Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5044/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhər Səbail rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair əizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizənin məzmunu: Ərizəçi (Bakı şəhər Səbail rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı, xx.xx.1984-cü il tarixdə doğulmuş X9 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 ilə anası X7 1982-ci ildə rəsmi nikah bağlamaqla evlənmişlər. Həmin nikahdan o və qardaşı xx.xx.1984-cü il təvəllüdlü X13 doğulmuşlar. xx.xx.2005-ci il tarixdə qardaşı X13 Mərdəkan ərazisində dənizdə boğulma səbəbindən vəfat etmişdir. Həmin tarixdə qardaşı Biləcəri qəbiristanlığında dəfn edilmişdir. O, mərhum qardaşının adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin həmin şöbə tərəfindən ona xx.xx.2025-ci il tarixli məktub göndərilərək, ölüm haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Bu səbəbdən, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhər Səbail rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub göndərərək, iş yükünün çoxluğu ilə əlaqədar mülki işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən məktubu nəzərə alaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, ərizəçinin anası onun bibisi qızıdır. Aralarında münasibətlər yaxşıdır. Qərəz yoxdur. Eynur Elyanın böyük qardaşı idi. Dənizdə batmışdı. Eynurun ölüm xəbərini birinci o bilib. Eynurun anası ona xəbər verib. Anası ilə o, evdə olublar. Anasına təhvil verilib. Eynur onun bibisi nəvəsidir. Çox yaxşı münasibləri olub. Hadisə baş verən günü meyidi dənizdən çıxardıb evə gətirib təhvil veriblər. Bakıda dəfn olunub. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə elti olublar. Ədavətləri olmayıb. Xəbər gəldi ki, uşağın başına iş gəlib. O, dənizdə batmışdı. Haradasa 2005-ci ilin avqust ayı olardı. Çünki, onun uşaqları o vaxt körpə idi. Həmin vaxt qardaşıgildə qonaq olub. Uşaqlarını da qardaşıgildə qoyub hadisə ilə bağlı özü də getmişdir. Elmlərdəki evlərindən Eynurun cənazəsini götürüblər. İş materialları: Rusiya SFSR Motovilixinskiy rayon VVAQ Şöbəsinin verdiyi İİİ-BQ № 465060 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1983-cü il tarixdə Perm şəhərində anadan olmuşdur. X1 və X4r. Rusiya SFSR Motovilixinskiy rayon VVAQ Şöbəsinin verdiyi İİİ-BQ № 273286 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1984-cü il tarixdə Perm şəhərində anadan olmuşdur. X1 və X4r. Azərbaycan Respublikası vətəndaşının AZE № 02214318 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1984-cü ildə Rusiya Federasiyası Perm şəhərində anadan olmuşdur. Məzarüstü xatirə lövhəsinin (mərmər baş daşının) üzərində olan rəsmdən və yazılardan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X13 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, qəbristanlıqda dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-5xx-xx/2025 saylı arayışdan görünür ki, X13 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları 2002-2008-ci illərə dair ilkin akt qeydləri üzrə Səbail rayon qeydiyyat şöbəsində yoxlanılmışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə «Vətəndaşlıq vəziyyəti aktları» Avtomatlaşdırılmış Qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Bakı şəhəri Xəzər rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli 2-2/312/3-179018/2025 saylı məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X9 xx.xx.2005-ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dəniz sularında boğulması faktı ilə bağlı toplanmış material xx.xx.2018-ci il tarixli aktla məhv edildiyindən aparılmış araşdırmanın nəticəsi barədə məlumat verilməsi mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli 13098 saylı ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1984-cü il tarixdə Rusiya Federasiyası Perm şəhərində doğulmuş X13 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1984-cü il tarixdə Rusiya Federasiyası Perm şəhərində doğulmuş X9 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixdə Rusiya Federasiyası Perm şəhərində doğulmuş X9 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5044/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5044/2025
22.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver