Məhkəmə qərarları › İş №2(006)-5075/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5075/2025

27.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5075/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.2005-ci il tarixdə doğulan oğlu X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixdə doğulan oğlu - X7 xx.xx.2025-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında yerləşən evdə rəhmətə getmişdir. Belə ki, oğlu 7 yaşından etibarən ürək xəstəsi olmuşdur və ürək xəstəliyinin kəskinləşməsi səbəbindən həyatını itirmişdir. Oğlu rəhmətə getdikdən sonra onlar onu Siyəzən rayonu, Sədan kəndində yerləşən kənd qəbiristanlığında dəfn etmişlər. Oğlunun yas mərasimini həm Siyəzən rayonunda, həm də yaşadıqları ünvan 1 ünvanında keçirilmişdir. Hazırda həmin sənəd onlara vacib lazım olduğu üçün ərizəçi ölüm haqqında şəhadətnamə götürmək üçün Nəsimi rayonunun Qeydiyyat şöbəsinə müraciət etmişdir. O, isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir. Oğlunun ölüm faktını yasda iştirak edən X11 və X3 - şahidlər də məhkəmə iclasında təsdiq edə bilər. Ərizəçi ərizə təqdim edərək ərizədə texniki yanlışlıq olaraq göstərilmiş 6 sentyabr tarixinin 6 avqust tarixi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 öz ifadəsində göstərmişdir ki, ərizəçinin bacısıdır, münasibətləri yaxşıdır. Uşaq 9 yaşından xəstədir. Müalicə üçün Türkiyə Respublikasına belə aparılıb. Axırıncı dəfə səfərbərliyə görə Qobuda olub. Uşaq 16 yaşında olanda Xırdalan şəhərində “Yaşıl Ada” adlı restoranda ürək tutmasından özündən getmişdir. Çox əziyyətlə onu geri qaytarmışlar. Məhkəmə iclasında dindirilmiş şahid X15 öz ifadəsində göstərmişdir ki, ərizəçinin atasıdır, münasibətləri yaxşıdır. xx.xx.2025-ci il tarixdə uşağı X12 xəstəxanasına aparmışdılar. Amma oraya çatanda artıq gec idi. 7-9 yaşından ürək xəstəliyi var idi. Müalicə üçün Türkiyə Respublikasına aparmışdılar. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, mülki işin materiallarında olan: Həmyə Bələdiyyəsinin 95 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Siyəzən rayonu Sədan kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası «Respublika Təcili və X6 Mərkəzi» X13 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:27-də Mərkəzi Çağrı Xidmətinə ünvan 2 ünvanından X7 (20 yaş) adına ağzı köpüklənib səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Yasamal TTTYS 1 saylı bölməsinin həkimi Nərmin Pənahova icra edərək X5 (20 yaş) “Həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu qoymuşdur. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bakı şəhəri Nəsimi Rayon X1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş eyni tarixli qərarın surətindən aydın olur ki, X2 ölməsi faktı ilə bağlı Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası «Bakı şəhər Baş Səhiyyə Mərkəzi» X14 5 saylı Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2005ci il təvəllüdlü X2 ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 №-li qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilməsi qaydasının 4.4.5-ci bəndinə əsasən tərəflərindən mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Məhkəməyə təqdim edilmiş fotoşəkildə X2 məzarı əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi məhkəmə iclasındakı izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Siyəzən rayonu ərazisində yerləşən Sədan kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və xx.xx.2005-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar