Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5078/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində göstərməklə, «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1945-ci il tarixdə anadan olmuş anası X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhərində doğulan və ünvan 1 ünvanında qeydiyyyatda olan anası xx.xx.1945-ci il təvəllüdlü X3 ünvan 2 ünvanında rəhmətə getmişdir. Bildirir ki, anasının vəziyyəti xx.xx.2024-ci il tarixdə qəfildən pisləşmiş və onlar tez təcili yardım çağırmışlar. Təcili yardım çatanda anası artıq vəfat etmişdir. Anası rəhmətə getdikdən sonra onu Bakı şəhəri Suraxanı rayon Əmircan qəsəbəsi Tatar qəbirstanlığında dəfn etmişlər. Lakin hələ qəbirüstü abidəsini götürməmişlər. O, isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, əlində əsaslı sənədlər olmadığı üçün imtina edilmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə alması ona bir çox sənədləşmə işlərinin aparılması üçün zəruridir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X8 bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. Qaynanasının bağırsaqlarında problem var idi və o uzun müddət idi ki, bu xəstəlikdən əziyyət çəkirdi. Yaşlı idi və nəvəsinin ölümündən sonra vəziyyəti daha da ağırlaşmışdı. Təcili tibbi yardım çağırsalar da, təcili tibbi yardım çatanadək o, artıq vəfat etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X4 bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçi illərdir ki, tanıyır və ailəvi dostluq edirlər. Mərhumə xəstə idi və ərizəçi onu xəstəxanaya yerləşdirmək istəyirdi. Lakin mərhumənin halı daha da pisləşdi və az müddət sonra vəfat etdi. Mərhuməni Əmican qəsəbəsi Tatar qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında iştirak etmiş şahid X6 oğlu bildirmişdir ki, o, ərizəçini uşaqlığından tanıyır. Ərizəçinin böyük qızı ilə dost olmuşlar və bu münasibətləri indiyənədək davam edir. Son vaxtlar Rumiya xanım özünü pis hiss edirdi. Onu həkimlərə aparırdılar. Sonradan isə öyrənmişlər ki, Rumiya xanım vəfat edib. Mərhuməni Əmircan qəsəbəsi Tatar qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində o da iştirak etmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə yuxarıda qeyd edilən məktubu nəzərə alıb, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhər Təcili və X1 5 saylı Bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 11:15-də ünvan 4 ünvanına X3 adına çağırış daxil olmuş, xəstəyə həkiməqədər ölüm diaqnozu qoyulmuşdur. - Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, ölümün qeydə alınması ilə bağlı zəruri sənədlər təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. - Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, X3 (xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Əmircan qəsəbəsi Tatar qəbirstanlığında dəfn edilmişdir. - 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, 1-ci mkr Tbilisi prospekti ev 60 mənzil 45 ünvanında yaşayan xx.xx.1945-ci il təvəllüdlü X3 Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2024cü il tarixdə saat 11:15 radələrində qeyd edilən ünvanda vəfat etmişdir. Mərhumənin qızı Ərizəçi poliklinikaya sentyabr ayında ölüm haqqında tibbi şəhadətnamə almaq üçün müraciət etmişdir və ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məlumat üçün bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 5 nömrəli qərarına əsasən verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1945-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına və şahid ifadələrinə əsasən X2 Suraxanı rayonu Əmircan qəsəbəsi Tatar qəbirstanlığında dəfn edildiyi faktı təsdiq edildiyindən, ərizə təmin olunmalı, xx.xx.1945-ci il tarixində anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1945-ci il tarixində anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5078/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5078/2024
11.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver