Məhkəmə qərarları › İş №2(006)-5098/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5098/2020

27.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5098/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə üzrəmülkiişə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək,xx.xx.1975-ci il təvəllüdlü X6 Yevlax şəhərində xx xxxxxx 2020-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməsi, X6 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, oğlu X8 xx.xx.1975-ci il tarixində Bakı şəhərində anadan olmuşdu və ünvan 1 ünvanında qeydiyyatda olmaqla mənimlə birlikdə həmin ünvanda yaşayırdı. X16 2020-ci ilin yanvar ayının əvvəlində yuxarı tənəffüs yollarında kəskin infeksiya səbəbindən xəstələnmiş və xx.xx.2020-ci il tarixdə hərarəti çox yüksəldiyindən onu təcili tibbi yardım vasitəsi ilə X9 aparmışlar. Xəstəxanada aparılan intensiv terapiyanın oğluna heç bir müsbət təsiri olmadı və onun səhhəti daha da ağırlaşmışdır. O, oğluNun artıq ölüm ayağında olduğunu görmüş, onu ata yurdu olan Yevlax şəhərinə aparmaq qərarına gəlmiş və onu xəstəxanadan çıxarıb ünvan 2 ünvanına aparmışlar. xx.xx.2020-ci il tarixdə isə vəziyyəti kritik həddə çatdığı üçün tibbi yardım göstərilməsi məqsədi ilə Yevlax rayon X4 X11 X1 həkim briqadası çağırıldı. Lakin həkimlər gəlib çatanadək X16 həmin ünvanda vəfat etmişdi. Yevlax rayon X4 X11 X1 verdiyi arayış əsasında isə oğlu Yevlax şəhər qəbirstanlığında dəfn olundu. O, ölümün qeydə alınması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Həmin təşkilatdan ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğundan ölümün qeydiyyata alınmasının mümkün olmadığını və ölüm faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğunu bildirən imtina məktubunu verdilər. Bundan sonra X2 barəsində ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi barədə onun vəfat etdiyi Yevlax şəhərində yerləşən İcbari Tibbi Sığorta Üzrə Dövlət X10 Bölmələrinin İdarəetmə Birliyi “Yevlax rayon X4 Hüquqi Şəxsə və həmçinin qeydiyyatı üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı poliklinikaya müraciət etdilər. İcbari Tibbi Sığorta Üzrə Dövlət X10 Bölmələrinin İdarəetmə Birliyi “Yevlax rayon X4 Hüquqi Şəxs tərəfindən yazılı şəkildə bizə bildirildi ki, oğlunun son beş il ərzində Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciəti, hər hansı bir xəstəliklə bağlı qeydiyyatı və ya hər hansı bir tibbi sənədi tərəflərindən aşkar edilmədiyindən onun barəsində tibbi şəhadətnamə tərtib edilə bilinmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Poliklinika isə ona ünvanladığı yazılı və şifahi müraciətlərinə etinasız yanaşaraq məhəl qoymur. X2 ölüm faktını və Yevlax şəhər qəbirstanlığında dəfn edilməsi faktını təsdiqləyən şahidləri var. Olüm faktının müəyyən olunması və qeydə alınması ona X2 ölümü ilə əlaqədar olan dəfn üçün müavinatın alınması üçün lazımdır. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Şöbənin rəisi vəzifəsini icra edən Aytən Muradova məhkəməyə məktub ünvanlayaraq mülki işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, mərhum onun xalası oğludur. Yanvar ayının 11-i rəhmətə getmişdir. Spirtli içkilər qəbul edirdi. Beynində xəstəliyi vardı. X3 ailəsi ilə birlikdə Yevlax şəhərinə aparılmış, oranın qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasəntəmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən məlum olur ki, xx.xx.2020-ci il tarixində saat 00:40 radələrində X6 adına çağırış daxil olmuşdur. Çağırışa gələn həkimlər “kişi cinsinə məxsus meyit” aşkar etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs oğlunuz X6 ölümünün qeydiyyata alınması barədə ərizənizə cavab olaraq oğlunun bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan çıxarışdan görünür ki, X6 əsas diaqnozu yuxarı tənəffüs yollarının kəskin inyeksiyasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Yevlax Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, X8 xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhərində vəfat etmişdir. Mərhum Yevlax şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, xx.xx.1975-ci il təvəllüdlü X6 Yevlax şəhərində xx xxxxxx 2020-ci il tarixində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1975-ci il təvəllüdlü X6 Yevlax şəhərində xx xxxxxx 2020-ci il tarixində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X6 Yevlax şəhərində xx xxxxxx 2020-ci il tarixində vəfat etməsi faktı müəyyən edilsin. X6 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar