Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5147/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X8 Ərizəçi atasıdır. 09 oktyabr 2022-ci il tarixində atası yaşadığı evində ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət almışdır. Bundan sonra Təcili Tibbi yardım çağırmış və təcili tibbi yardımın həkimləri atasının vəziyyətinin ağır olduğunu qeyd edib və onu xəstəxanaya yerləşdirmişlər. Qısa müddət sonra atası xəstəxanada vəfat etmişdir. X21 atasının morq müayinəsinə ehtiyac olmadığını bildirərək ona onun ölüm haqqında tibbi şəhadətnamə əvəzinə ölüm faktını təsdiq edən arayış və möhürlü məktub təqdim etmişlər. Atası el adəti ilə 10 oktyabr 2022-ci il tarixində Bilgəh qəsəbə qəbristanlığında dəfn etmişlər və yas mərasimi etmişlər. Onun başı bu prosedurlara qarışdığından onun ölməsinə dair ölüm şəhadətnaməsini həmin vaxt almamışdır. Sonradan bunun üçün Bakı şəhəri 5 nömrəli Şəhər Poliklinikasına və Maraqlı şəxsnə müraciət etsə də, onlar bundan imtina etmişlər. Göstərilənlərə əsasən, 01 fevral 1947-ci il təvəllüdlü atası Ərizəçi 09 oktyabr 2022-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun dostudur. X1 dəfn mərasimində və bununla bağlı bütün prosedurlatrda yaxından iştirak etmişdir. Mərhum təxminən 2022-ci ilin oktyabr ayında vəfat etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. X3 onun qayınatası olmuşdur. Mərhum 09 oktyabr 2022-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Mərhumun dəfn mərasimində yaxından iştirak etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 20 oktyabr 2022-ci il tarixli, 321 nömrəli arayışından görünür ki, X2 rayonu, Bilgəh qəsəbə qəbirstanlığında 10 oktyabr 2022-ci il tarixində dəfn edilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X25 X23 X24 tərəfindən Ərizəçi ünvanlanmış 11 oktyabr 2022-ci il tarixli, 5161 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1947-ci il təvəllüdlü X8 09 oktyabr 2022-ci il tarixində saat 18:10 radələrində X20 X10 Yardım şöbəsinə daxil olmuş və 09 oktyabr 2022-ci il tarixində saat 22:30 radələrində aparılan reanimasion tədbirlərə baxmayaraq xəstədə ölüm hadisəsi baş vermişdir. Xəstə X10 Yardım şöbəsində 4 saat, 20 dəqiqə qalmışdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X25 Bakı Baş Səhiyyə X22 Şəxs 5 №-li Şəhər Poliklinikası tərəfindən Nəsimi Rayon Məhkəməsinə ümvanlanmış 444 saylı, 24 oktyabr 2022-ci il tarixli məktubda bildirilmişdir ki, 01 fevral 1947-ci təvəllüdlü X8 09 oktyabr 2022-ci il tarixində KTM-də rəhmətə getmişdir. Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiyinə görə Forma № 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi bildirilmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 21 oktyabr 2022-ci il tarixli, 05/Q-1742/75 saylı məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır.
13. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 noyabr 2009-cu il tarixində verilmiş AZ-İİ № 363200 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1994-cü il tarixində anadan olmuş, atası X8, anası X5r.
14. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı 16003645 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X8 01 fevral 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X8 09 oktyabr 2022-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Sabunçu rayonu Bilgəh qəsəbə qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
17. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
18. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
20. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi atası X6 09 oktaybr 2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. 01 fevral 1947-ci il təvəllüdlü X6 09 oktyabr 2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov