Məhkəmə qərarları › İş №2(006)-5160/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5160/2022

13.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5160/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1938-ci ildə Quba rayonunun İ Nügədi kəndində anadan olmuş anası X5 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 1938-ci ildə Quba rayonunun 1-ci Nügədi kəndində anadan olmuşdur. Sonuncu qeydiyyat ünvanı Quba rayonunun 1-ci Nügədi kəndi olmuşdur. X2 faktiki yaşadığı ünvan 3 ünvanında 07 noyabr 2020-ci il tarixində özünü birdən-birə pis hiss etdi. Sonra onun vəziyyətinin pisləşdiyini görərək elə həmin vaxt Təcili və X4 çağırsaq da onun həyatını xilas etmək mümkün olmamışdır. O, 07 oktyabr 2020-ci il tarixində vəfat etmişdir. O, X2nın barəsində ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi barədə qeydiyytda olduğu ünvanın aid olduğu Azərbaycan Respublikası Səhiyyə Nazirli Quba Mərkəzi Xəstəxanası 1-ci X18 Məntəqəsinə müraciət etdi. Həkim Məntəqəsi tərəfindən yazılı şəkildə ona bildirildi ki, 1938-ci il təvəllüdlü X3 rayonunun 1-ci Nügədi kəndində qeydiyyatda olsa da ömrünün axır illərini Bakı şəhərində yaşayıb və orada vəfat edib. Onlar onun heç bir xəstəlik tarixi və məlumatı yoxdur. Həmçnin o, ölümün qeydə alınması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Quba Rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etdi. Ərizəsinə həmin Qeydiyyat Şöbəsindən ona 03.xx.xx.2021-ci il tarixli cavab məktubu ilə imtina verilmiş və orada göstərilmişdir ki, “..ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və va vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alma bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ananız X5 ölümünün qeydə alınması mümkün deyil. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edəsiniz". Həmçinin Quba Rayon Qeydiyyat şöbəsinin 03 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, X9 barəsində Quba rayon qeydiyyat şöbəsində ölüm haqqında akı qeydi aşkar edilməmişdir. Arxiv məlumatları: Quba rayon üzrə xx.xx.2020-xx.xx.2021-ci illər ölüm haqqında akt qeydləri yoxlanılmışdır. Quba rayonunun 1-ci Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Quba rayonunun 1-ci Nügədi kəndində qeydiyyatda olmuş X11 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etmiş və həmin tarixdə də Quba rayonu Birinci Nügədi kənd qəbbirstanlığında dəfn olunmuşdur. Məhkəmənin hazırlıq iclasına anamın ölüm faktını təsdiq edən 2 nəfər şahid gətirəcək. Ölüm faktının müəyyən olunması və qeydə alınması ona müəyyən sənəd işləri ilə əlaqədar olaraq ailə tərkibi barədə arayışın təqdim edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Quba Rayon İcra Hakimiyyəti Başçısının İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 393059 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Quba rayonunun İ Nügədi kəndində anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında X9 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixdə Quba RPŞ tərəfindən verilmiş AZE seriyalı, 04090759 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 1938-ci il tarixdə Quba rayonunun İ Nügədi kəndində anadan olmuşdur. xx.xx.1957-ci il tarixdə verilmiş İ-ИЕ seriyalı, 087012 saylı evlənmək haqqında şəhadətnamədən görünür ki, X7 ilə X1 xx.xx.1957-ci il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/Q-626 saylı məktubun surətindən görünür ki, ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Təcili və X4 Stansiyasının Ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 10:10-da çağırışa gələn təcili tibbi yardım briqadası tərəfindən X9 ölmüş vəziyyətdə aşkarlanmışdır. İ X18 Məntəqəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X9 Bakı şəhərində vəfat etdiyindən, onlarda mərhumun heç bir xəstəlik tarixi və məlumatı yoxdur. Quba rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, X9 barəsində Quba rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Quba RİHB-nin Birinci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş 879 №-li arayışın surətindən görünür ki, Quba rayonu Birinci Nügədi kəndində anadan olmuş mərhum X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş həmin tarixdə də Quba rayonu Birinci Nügədi kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, mərhum onun qayınanasıdır. xx.xx.2020-ci il tarixdə vəfat edib, Qubada dəfn olunub. Dəfndə iştirak etmişdir. Ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizə ünvanlanması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 1938ci il tarixdə Quba rayonunun Birinci Nügədi kəndində doğulmuş X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1938-ci il tarixdə Quba rayonunun Birinci Nügədi kəndində doğulmuş X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar