Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5168/2025 15.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, *2.1*.1992-ci il tarixdə doğulmuş X5 26.*4.1995-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 oktyabr 1992-ci ildə doğulmuş qızı X12 1995-ci ildə 26 aprel tarixində vəfat etmişdir. Onu Sumqayıt şəhərində H.Z.Tağıyev qəsəbəsindəki qəbrstanlıqda dəfn etmişlər. Sumqayıt Tibb Mərkəzi Publik hüquqi şəxsi 7 nömrəli Ailə Sağmalıq Mərkəzi tərəfindən verilmiş 16.*9.2*25-ci il tarixli 99 №-li arayışla uşağın doğumu haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna səbəb kimi isə poliklinikaya müraciət olunmaması göstərilmişdir. Lakin, uşağın ölümünə dair şəhadətnaməni almamışlar. Hazırda vərəsəlik işi ilə əlaqədar uşağın ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət edərək X6 ölümünün qeydiyyata alınmasına dair arayış almaq istəmiş, lakin həmin şöbənin 15.*8.2*25-ci il tarixli 3-1-5-5/8-H-2943/16/2*25 nömrəli məktubu ilə ərizəsinin təmin olunmasından imtina olunmuşdur. İmtinaya səbəb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.1*.2**3-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının Dövlət qeydiyyatı Qaydasının» 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi qeyd edilmişdir. Yuxarıda qeyd etdiyi kimi uşağın ölümü ilə bağlı müvafiq sənədləri vaxtında alıb aidiyyətı orqana təqdim etməmişdir. Hazırda vərəsəlik işi ilə əlaqədar notariat orqanında bütün vərəsələrin dairəsi müəyyənləşdirilərkən 1995-ci ildə vəfat etmiş qızı Nübar Hüseynovanın ölümü haqqında qeydin aparılmaması və bu səbəbdən onun ölüm şəhadətnaməsinin olmaması problem yaratmışdır. Odur ki, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. İddiaçı məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadna keçirilməklə iddianın təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirdi ki, o, ərizəçinin qonşusudur. Uşaq iflic doğulduğundan nə yerimiş nə də danışmışdır. 26.*4.1995-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhərində dəfn edilmişdir. Məhkəmə şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 *2.1*.1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Onun atası X7, anası X8r. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsinin 15.*8.2*25-ci il tarixdə Ərizəçi ünvanlanmış məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxsi 7 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən 16.*9.2*25-ci il tarixdə verilmiş 99 saylı arayışdan görünür ki, *2.1*.1922-ci il təvəllüdlü X13 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmayıb. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 21.*8.2*25-ci il tarixli aktdan görünür ki, X1, X2, X1* və X3 *2.1*.1992-ci il tarixdə doğulmuş X5 26.*4.1995-ci il tarixdə vəfat etməsi və Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə qəbiristanlığında dəfn olunmasını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19.11.2*25-ci il tarixli məktubda göstərilmişdir ki, *2.1*.1992-ci il təvəllüdlü Hüseynova Nübar (Nubar) Vasib qızı barəsində cinayət təqibi, məhkumluğu və axtarışa elan olunması barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 3*7.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin qızı X5 26.*4.1995-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçin ərizəsi təmin edilməklə *2.1*.1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş X5 26.*4.1995-ci il tarixdə Sumqayıt şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *2.1*.1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş X5 26.*4.1995-ci il tarixdə Sumqayıt şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №2(006)-5168/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5168/2025
15.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver