Məhkəmə qərarları › İş №2(006)-5169/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5169/2024

27.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5169/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Galaxy S24 Ultra Samsing S928 12/512 GB Titanium Black markalı mobil telefon və Galaxy Watch6 markalı saatın alınaraq ona qaytarılması, Galaxy S24 Ultra Samsing S928 12/512 GB Titanium Black markalı mobil telefonu və Galaxy Watch6 markalı saatı cavabdehdən alınaraq ona qaytarılması mümkün olmadıqda həmin telefonun və saatın dəyərinin və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cu il tarixdə Smart Elektronics şirkətindən dəyəri 3.019 manat olan Galaxy S24 Ultra Samsung S928 12/512 GB Titanium Black markalı mobil telefon və Galaxy Watch 6 markalı saat almışdır. Beynəlxalq Bankın tam kartı vasitəsi ilə tam ödəniş 3.019 manat Smart Elektronics şirkətindən ödənilmişdir. Həmin kart kredit kartı olduğundan hər ay onun tərəfindən banka da kredit borc görə 168 manat ödəniş edilir. İlk aldığı gündən müvəqqəti olaraq telefonu və saatı işlətmək üçün cavabdeh ondan almışdır. Cavabdeh ona məxsus olan Galaxy S24 Ultra Samsing S928 12/512 GB Titanium Black markalı mobil telefonu və Galaxy Watch6 markalı saatı qaytarmır. Dəfələrlə geri qaytarılmasını tələb etsə də qaytarmaq niyyətində olmadığını bildirir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Əiiverdi oğlu xx.xx.2008-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların nikahları Yasamal rayon qeydiyyat şöbəsində 661 №-li aktla qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 iki övladları dünyaya gəlmişdir. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan ailə münasibətlərinə son qoyulmuş, nikahları məhkəmə qaydasında pozulmuşdur. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3440/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, İddiaçı Əiiverdi oğlu və Cavabdeh arasında 05 iyul 2008-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 661 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında saxlanması, cavabdeh İddiaçı Əiiverdi oğlundan xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddiaçının hazırda tələb etdiyi mobil telefon birgə nikah dövründə Cavabdeh ad günü hədiyyəsi olaraq alınmışdır. Belə ki, sözgedən Galaxy S24 Ultra Samsung S928 12/512 GB Titanium Black markalı mobil telefonu və telefon alınan zaman üzərində hədiyyə olaraq verilmiş Watch 6 markalı saatı (smartelectronics mağazasında kompaniya idi telefon alana saat hədiyyə verilirdi) iddiaçı xx.xx.2024-cü il tarixində cavabdehə doğum günü hədiyyəsi olaraq almışdır. Belə ki, Cavabdeh doğum günü xx.xx.2024-cü il tarixindədir. Tərəflər birgə nikahda olduqları zaman X3 ona 2024-cü il doğum günü üçün telefon alacağını bildirmişdir. Lakin, telefonun yeni modelinin 1-2 həftəyə mağazaya gələcəyindən və mağazada yeni kompaniya olacağından (yeni telefon alana saat hədiyyə olunacaq kompaniyasından yararlanmaq üçün) doğum gününə hədiyyə olaraq alacağı telefonu doğum günündə deyil 12 gün sonra yəni xx.xx.2024-cü il tarixində almışlar. Yəni hazırda iddiaçının tələb etdiyi əmlaklar ona iddiaçı tərəfindən birgə nikah dövründə hədiyyə olaraq alınmışdır. Belə bir sual ortaya çıxır. Əgər iddiaçının dediyi kimi idisə nə üçün telefon və saat alınan kimi elə onun istifadəsinə vermişdi? Nikahda olduqları müddət ərzində nə üçün bir gün belə telefon onun istifadəsində olmayıb? Çünki telefon ona nikah dövründə ad günümə hədiyyə olaraq alınmışdır. Lakin, iddiaçı sonradan aralarında ailə münasibətləri pozulduqdan, nikahları məhkəmə qaydasında pozulduqunu görüb həmin əmlakları tələb etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və və vəkili Vəkil iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş bütün iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMCdən dəyəri 3019 manat olan Samsung S928 12/512GB Titanium Black markalı mobil telefon alınmışdır. Məhkəmə iclasında müyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında nikah müqaviləsi bağlanmamışdır. Məhkəmə hesab ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-dən dəyəri 3019 manat olan Samsung S928 12/512GB Titanium Black markalı mobil telefon və onun üstündə hədiyyə olaraq verilən Galaxy Watch6 markalı qol saatı tərəflərin birgə nikahı dövründə əldə edilmiş olsa belə, iddia ərizəsindən və iddiaçı tərəfin izahatından görünür ki, həmin əşyalar cavabdehin istifadəsinə verilmiş, cavabdeh isə həmin əşyaların hədiyyə olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024cü il tarixli 1/2024 №-li Qərarın 5.9-cu bəndinə əsasən İstehlak təyinatına görə ər-arvadın hər birinin istifadəsində ola bilən fərdi əşyaların (məsələn, mobil telefon, planşet, noutbuk və sair) ər-arvadın ümumi əmlakı hesab edilib-edilməməsi barədə mübahisə məhkəmələr tərəfindən nikah dövründə həmin əşyaların, ərin (arvadın) fərdi, yaxud ailənin ümumi istifadəsində olması nəzərə alınmaqla həll edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan başqa, məhkəmə iddiaçının geri tələb etdiyi əmlakların "xxxx" ASC-yə aid olan Tam kartı vasitəsi əldə etməsi, nikah pozulduqdan sonra həmin borcun onun tərəfindən ödənilməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 1/2024 №-li Qərarın 3.11-ci bəndinə əsasən ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Həmin qərarın 3.12-ci bəndinə əsasən isə konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. O cümlədən qərarın 3.14-cü bəndində qeyd olunmuşdur ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar