Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-517/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yoldaşı, X3 31.08.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri 22.01.1949-cu il təvəllüdlü X5 31.08.2021-ci il tarixində vəfat etmişdir. Vəfat etdiyi vaxt ünvan 1 ünvanında olmuşdur. Ölümü təcili tibbi yardım xidmətinin həkimləri qeydə alsalar da, o, üzrlü səbəblərə görə müvafiq qeydiyyat şöbəsinə müraciət etməmişdir. Hələ bilmişdir ki, təcili tibbi yardımının işçiləri ölümü qeydə almaqla yanaşı müvafiq aktı dövlət orqanlara özləri göndərirlər. Lakin indilərdə ona məlum olub ki, təcili tibbi yardım stansiyasının əməkdaşları bu haqda lazımi orqanlara məlumat verməmişlər. Ona görə də, ərinin ölümünü qeydiyyata almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onu da bildirir ki, mərhum ərinin şəxsiyyət vəsiqəsinin əsli də bu günə qədər ondadır. Mərhumun dəfn mərasimi onun tərəfindən təşkil olunmuş və bunun üçün bütün zəruri müvafiq işlər yerinə yetirilmişdir. Əri Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Qəbir daşı da mövcuddur və müvafiq məlumatlar, eləcə də mərhum ərinin fotoşəkili də orada öz əksini tapır. Bu günlərdə o, ərinin ölüm faktının qeydə alınması məqsədilə və müvafiq ölüm haqqında şəhadətnamə verilməsi xahişi ilə ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs ölüm faktının qeydiyyata alınmasının mümkünsüz olduğunu bildirərək, ölüm faktının müəyyənləşdirilməsi üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyvə edilmişdir. Bir daha qeyd edir ki, əri X3 vəfatından 40 gün keçməsinə baxmayaraq, bu günə qədər onun ölüm faktı qeydə alınmamış və bu səbəbdən də ölüm faktı dövlət qeydiyyatına alınmamışdır. Bu da yol verilməzdir, çünki bir şəxs sağ deyilsə, o zaman onun ölümü müvafiq qaydada qeydiyyata alınmalıdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumun qızıdır. Atası son zamanlar xəstə idi. Belə ki, o, “Covid-19” virusuna yoluxmuş və ciyərinin 35%-i buzlaşmışdı. Atasını Türkan qəsəbəsindən evə gətirmişlər və onu 9 gün ərzində müalicə etmişlər. Atası 31.08.2021-ci il tarixdə vəfat etmişdir. Dəfn mərasimində özü ilə yanaşı qohumlar da iştirak etmişlər. X2 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumun qızıdır. Atası uzun müddət yüksək vəzifələrdə o cümlədən, Xarici İşlər Nazirliyində çalışmışdır. Son zamanlar xəstə olmuşdur. X1 müalicə etmələrinə baxmayaraq, 31.08.2021-ci il tarixdə rəhmətə getmişdir. Mərhumu Suraxanı rayonu Qaraçuxur qəsəbə qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı qohumlar da iştirak etmişlər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin həyat yoldaşıdır. Bakı şəhəri Təcili və X9 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 31.08.2021-ci il tarixdə 72 yaşlı X3 adına çağırış verilmişdir. Həkim tərəfindən kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* saylı müşayiət vərəqəsindən görünür ki, 22.01.1949-cu il təvəllüdlü X7 31.08.2021-ci il tarixdə “Covid-19” virusuna yoluxması səbəbilə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 12.10.2021-ci il tarixli 05/2098/76 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumənin adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş 17.01.2022ci il tarixli, 22 saylı arayışından görünür ki, X7 31 avqust 2021-ci il tarixdə vəfat etmiş və Qaraçuxur qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi həyat yoldaşı X3 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 22.01.1949-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuş X7 31.08.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22.01.1949-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuş X3 31.08.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-517/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-517/2022
26.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver