Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5171/2025 29.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair əizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası, 18.*4.1962-ci il tarixdə doğulmuş X5 oğlunun 27.*8.2*25-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası 18.*4.1962-ci il təvəllüdlü X2 27 avqust 2*25-ci il tarixdə vəfat etmişdir. Bakı şəhər Təcili və X1 Stansiyasının Sumqayıt TTTYS tərəfindən təqdim edilmiş, 27 avqust 2*25-ci il tarixli xəbərdarlıq vərəqəsinə əsasən xəstə - X5 oğlunun yanına 27 avqust 2*25-ci il tarixdə, saat 12:55-də gəlinmiş, ölümün ilkin səbəbi «qəflətən ölüm, kişi cinsli meyit» qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş, 17 sentyabr 2*25-ci il tarixli, 3-16-5/8-H-15-1672/25 №-li məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.1*.2**3-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. TƏBİB PHŞ «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ 3 nömrəli şəhər poliklinikası tərəfindən təqdim edilmiş *4 sentyabr 2*25-ci il tarixli, 18-1-1-1/3-577/2*25 №-li məktubda qeyd edilmişdir ki, 18.*4.1962-ci il təvəllüdlü X5 oğlunun son 2 il ərzində 3 nömrəli Şəhər Poliklinikasına müraciəti olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.*1.2*18-ci il tarixli *5 №-li Qərarı ilə təsdiq edilmiş «Ölüm haqqında şəhadətnamə»nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən 3 nömrəli şəhər poliklinikası tərəfindən mərhumun adına «Ölüm haqqında tibbi şəhadətnamə» verilməsi mümkün deyil. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 16 sentyabr 2*25-ci il tarixli 1625 №-li arayışda qeyd edilmişdir ki, X5 oğlu 27.*8.2*25-ci il tarixdə Dağüstü 1 qəbristanlığında dəfn olunmuşdur. Yuxarıda qeyd olunanlardan da görünür ki, mərhum atası vəfat etmiş, dəfn olunmuş, lakin ölümün səbəbi göstərilməmişdir əsası ilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş və dolayısı ilə də ölüm faktı qeydə alına bilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Bu sənəd gələcəkdə bir çox ortaya çıxacaq hüquqi məsələlərin həllində gərəkli olacaqdır. Ölüm haqqında şəhadətnamənin başqa şəkildə alınması isə qeyri-mümkündür. Eyni zamanda, qəbristanlıq ərazisində də mərhum dəfn edilərkən, ölüm haqqında şəhadətnamə istənilir. Hazırda qəbristanlıq nümayəndəsi tez-tez onunla əlaqə saxlayaraq tibbi şəhadətnaməni tələb edir. Tərəflərin iştirakı və izahatları: Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub göndərərək, iş yükünün çoxluğu ilə əlaqədar mülki işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən məktubu nəzərə alaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid – X3 öz ifadəsində bildirdi ki, ərizəçinin bacısıdır. Mərhum atalarında hipertoniya xəstəliyi var idi. Hadisə yerinə sonradan gəlmişdir. Ata və anası birlikdə yaşayırdı. Eyni həyətdə, lakin fərqli bloklarda yaşayırlar. Atası 27.*8.2*25-ci il tarixdə vəfat etmişdir. Yasamal rayonunda dəfn edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid – X4 öz ifadəsində bildirdi ki, ərizəçinin qaynatasıdır. Hadisə baş verdi, sonra məclis oldu və dəfn edildi. Ağır xəstəliyi yox idi. Bəlkə də var idi, o, demirdi. Qurd qapısında dəfn edilmişdir. İş materialları: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 oğlu 18.*4.1962-ci il tarixdə anadan olmuşdur. Sumqayıt Təcili və X1 Stansiyasının 27.*8.2*25-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 27.*8.2*25-ci il tarixdə Novxanı bağlar massivində olan həyət evi ünvanına X5 oğlunun adına çağırış daxil olmuş, təcili tibbi yardım briqadası saat 12:55-də həmin ünvana gəlmiş və həkim Dilşad Məmmədova həkimə qədər ölüm (kişi cinsli meyit) halının baş verdiyini qeyd etmişdir. Göstərilmişdir ki, ünvana çatdıqda dövşəmədə uzadılmış kişi cinsli meyit aşkar edilmişdir. Yoldaşının (Anna Şıxaliyeva) dediyinə görə, oturduğu yerdə qəflətən keçinib və yerə yıxılıb. Yıxılma zamanı başın sağ təpə nahiyəsi yerə dəyib. Həmin nahiyədə zədə aşkar edilmişdir. Yoldaşının deməsinə görə əri uzun illər hipertoniyadan əziyyət çəkib. Polis briqadası çağırılmışdır. Kriminal hadisə olmamışdır (bu cür hadisənin olması inkar edilir). Vərəqədə digər bilgilər də qeyd olunmuşdur. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 16 sentyabr 2*25-ci il tarixli 1625 saylı arayışından görünür ki, 18.*4.1962-ci il təvəllüdlü X5 oğlu 27.*8.2*25-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri Yasamal rayonu X7 küçəsində yerləşən Dağüstü-1 qəbristanlığının 2-ci sektorunda dəfn edilmişdir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin 17.*9.2*25-ci il tarixli məktubundan görünür ki, ərizəçinin 27.*8.2*25-ci il tarixdə vəfat edən X5 oğlunun ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X5 oğlunun ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. 3 nömrəli şəhər poliklinikasının *4 sentyabr 2*25-ci il tarixli 18-1-1-1/3-577/2*25 saylı məktubundan görünür ki, 18.*4.1962-ci il təvəllüdlü X5 oğlunun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Səbəb kimi qeyd edilmişdir ki, X5 oğlu sağlamlıq durumu ilə bağlı son 2 il ərzində həmin poliklinikaya müraciət etməmişdir. Qəbristanlıqda çəkilmiş fotoşəkildən görünür ki, X5 oğlunun məzarı kimi göstərilən yerdə yeni məzar var, üstü götürülməmiş, məzarüstü xatirə lövhəsi, yaxud baş daşı qoyulmamışdır. 15.*9.2*25-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizə təqdim edilməsi üçün 1** manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 3*7.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2**6-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2**8-ci il 3* iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 18.*4.1962-ci il tarixdə doğulmuş X5 oğlu 27.*8.2*25-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ərizə təmin edilməli, 18.*4.1962-ci il tarixdə doğulmuş X5 oğlunun 27.*8.2*25-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 1** manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18.*4.1962-ci il tarixdə doğulmuş X5 oğlunun 27.*8.2*25-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5171/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5171/2025
29.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver