Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5196/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi mərhum həyat yoldaşı - xx.xx.1959-cu il təvəllüdlü X3 15 mart 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi, qətnamənin icrasının Yasamal Rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi tərəfindən məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ünvanlanaraq, xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçinin mərhum həyat yoldaşı xx.xx.1959-cu il təvəllüdlü X7 15 mart 2024-cü il tarixdə vəfat etmişdir. Bakı şəhər Təcili və X4 Stansiyasının 09 saylı bölməsi tərəfindən təqdim edilmiş, 28 aprel 2018-ci il tarixli xəbərdarlıq vərəqəsinə əsasən xəstə - X3 yanına 28 aprel 2018-ci il tarixdə, saat 11:42-də gəlinmiş, ölümün ilkin səbəbi bölməsində həkimə qədər ölüm, kişi cinsli meyit qeyd edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-M-15-1679/25№li məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərin nəzərə alınması xahiş edilir. Lakin Təbib PHŞ “Neftçala rayon Baş Səhiyyə Mərkəzi” PHŞ şəhər poliklinikasına ərizə ilə müraciət etdikdə çox təəssüf ki, məktuba xx.xx.2025-ci il tarixində 689 saylı arayış ilə cavab verərək bildirilmişdir ki, xx.xx.2018-ci ildə vəfat etmiş X3 ölümü barədə Neftçala RMX-sında heç bir tibbi sənəd verilməmişdir. Azərbaycan Respublikası Neftçala rayon Xıllı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 34№-li arayışda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayon sakini Ərizəçi ona görə ki, onun mərhum həyat yoldaşı X7 xx.xx.1959-cu il tarixində anadan olmuş, xx.xx.2018-ci il tarixində vəfat etmiş və Xıllı qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Qeyd edilənlərdən görünür ki, mərhum həyat yoldaşı dəfn olunmuş, lakin ölümün səbəbi göstərilməmişdir əsası ilə ölüm haqqında tbbi şəhadətnamənin verilməsindən imtina edilmiş və dolayısı ilə də ölüm faktı qeydə alına bilməmişdir. X1 Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzi çıxarışında da qeyd edildiyi kimi, 2016-cı il tarixindən prostatvəzi xərçəng Ct3nXm1 xəstəliyindən əziyyət çəkirdi. Ölüm haqqında şəhadətnamənin alınması bir dıra hüquqi məsələlərin həllində gərəkli olacaqdır. Ölüm haqqında şəhadətnamənin başqa şəkildə alınması mümkün deyildir. Qəbiristanlıq nümayəndəsi də tez-tez onunla əlaqə saxlayaraq tibbi şəhadətnaməni tələb edir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X5 ifadə verərək bildirdi ki, mərhum Hilal Məmmədov bacısının qaynatası olub. ərizəçi də bacısının qayınanasıdır. Mərhum onkoloji xəstə idi, 2018-ci ildə vəfat etmişdir. Neftçala rayonunda dəfn olunmuşdur, yas mərasimlərində iştirak etmişdir. Yas mərasimləri evdə də, mərasim evində də təşkil olunub. X9 ifadəsində bildirdi ki, mərhumun və ərizəçinin oğludur. Atası 2018-ci ildə Bakıda rəhmətə gedib. Ağır xərçəng xəstəsi idi. xx.xx.2018-ci il tarixdə günortadan sonra rəhmətə getmişdir. Neftçala rayon Xıllı kəndində dəfn olunub. Yas mərasimi Neftçalada evdə olub. Bakıda da qonşulara yüngül mərasim olub. 2011-ci ildə ailə qurub. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İİİ-ЖГ seriyalı, 482385 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X2 arasında xx.xx.1985-ci il tarixdə 467№-li akt qeydi ilə qeydiyyata alınmaqla nikah bağlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xəstəlik tarixindən çıxarışlarından görünür ki, X6 prostat vəzin xərçəngi diaqnozu qoyulmuşdur. Təcili və X4 Stansiyasının xx.xx.2018-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 11:42-də X6 məxsus kişi cinsli meyit qeydə alınmışdır. Azərbaycan Respulikası Neftçala rayonu Xıllı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 34 №-li arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayon sakini Ərizəçi ona görə ki, onun mərhum həyat yoldaşı X7 xx.xx.1959-cu il tarixində anadan olub, xx.xx.2018-ci il tarixində vəfat edib və Xıllı qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 1679/25 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməli olması bildirilmişdir. “Neftçala RMX” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 1071 saylı arayışından görünür ki, xx.xx.1959-cu ildə Neftçala rayonu, 26-Bakı Komissarı adına qəsəbədə anadan olmuş və xx.xx.2018-ci ildə vəfat etmiş X3 ölümü ilə bağlı “Neftçala RMX” PHŞ-sı tərəfindən heç bir ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, X1 dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi X3 məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı X7 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Neftçala rayonu Xıllı qəsəbə qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması rəsmiləşdirilmə işlərinin aparılması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-5196/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5196/2025
22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver