Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5215/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, Ərizəçi "mediasiya prosesində bağlanmış sazişin təsdiq edilməsinə dair" ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesində bağlanmış sazişin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesi nəticəsində mediator tərəfindən təsdiq edilmiş 06 may 2023-cü il tarixli barışıq sazişinin alimentin ödənilməsi tələbinin məcburi icra edilməsi üçün təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Ərizə onun əsaslanmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmi olaraq qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahdan iki uşağları olmuşdur. xx.xx.2012-ci il tarixdə X3 və xx.xx.2014-cü il tarixdə X4 anadan olmuşdur. Qeyd olunmalıdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 4655/2022 saylı , xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin olunmuşdur, aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 iddiaçının yanında saxlanılmış və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 125 manat, cəmi 250 manat aliment tutulması qət edilmişdir (X5). Qeyd olunmalıdır ki, xx.xx.2023-cü il tarixdə Bakı 16 saylı Mediasiya Təşkilatında aralarında barışıq sazişi imzalanmışdır. Sazişlə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf Cavabdeh l- ci tərəfə Ərizəçi , hər uşağa görə hər ay 200 (iki yüz) manat aliment ödəməsini öhdəsinə götürür. Alimentin ödənilməsi 2023-cü ilin iyun ayından başlayaraq hər ayın 1-dən 10- na kimi 1-ci tərəfin Ərizəçi kart hesabına ödəniləcəkdir. Qeyd olunmalıdır ki, barışıq sazişi bağlandıqdan sonra şərtləri Cavabdeh tərəfindən pozulmuşdur, yerinə yetirilməmişdir. Sazişlə razılaşdırılmış aliment məbləğini də ödəməmişdir, sazişin şərtləri 10 gün müddətində yerinə yetirilməli olduğu halda yerinə yetiriləmişdir. Sazişin 6-cı bəndində imzalandığı gundən tərəflər üçün məcburi xarakter daşıması, tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra edilməlidir.İddiçı işsizdir və uşaqları maddi cəhətdən təmin etmək iqtidarında deyildir. Ağır stress keçirir. Sazişin şərtlərinin pozulması nəticəsində onun və uşaqların hüquqları kobud şəkildə pozulmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh ərizənin təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 4655/2022 saylı , xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə Ərizəçi arasında xx.xx.2012-ci il tarixli nikahın pozulması, tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 anaları Ərizəçi yanında saxlanılması və xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq Ərizəçi ödənilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00857 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf Cavabdeh l- ci tərəfə Ərizəçi , hər uşağa görə hər ay 200 (iki yüz) manat aliment ödəməsini öhdəsinə götürür. Alimentin ödənilməsi 2023-cü ilin iyun ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 1-ci tərəfin Ərizəçi kart hesabına ödəniləcəkdir. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, Cavabdeh ilə Ərizəçi arasında barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilməmişdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00857 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf Cavabdeh l- ci tərəfə Ərizəçi, hər uşağa görə hər ay 200 (iki yüz) manat aliment ödəməsini öhdəsinə götürür.
2. Alimentin ödənilməsi 2023-cü ilin iyun ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 1-ci tərəfin Ərizəçi kart hesabına ödəniləcəkdir.
Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.