Məhkəmə qərarları › İş №2(006)-5245/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5245/2024

05.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5245/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «ölüm faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü X1 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən '‘Araz” marketdə xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: xx.xx.1964-cü il təvəllüdlü X2 ərizəçinin həyat yoldaşıdır. Onlar birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Mixail Kaveroçkin 21 ünvanında yaşamışlar. Həyat yoldaşı xx.xx.2024-cii il tarixdə təxminən saat 18 radələrində Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən “Araz” marketdə olarkən qəflətən ürək çatışmazlığından vəfat etmişdir. Həyat yoldaşının halı pisləşdiyi üçün o, Təcili və Təxirə salınmaz X5 müraciət etmiş, daha sonra hadisə yerinə həkim briqadası gəlmiş və həyat yoldaşının artıq vəfat etdiyini bildirmişlər. Bu barədə ona ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim edilmiş, ölüm hadisəsi barədə ərazi üzrə prokurorluq orqanına məlumat verilmişdir. Bakı şəhəri Nəsimi rayon Prokurorluğu tərəfindən verilmiş arayışda həyat yoldaşının heç bir kənar müdaxilə olmadan vəfat etdiyi göstərilmişdir. O, həyat yoldaşının ölümü ilə bağlı Maraqlı şəxsnə məlumat vermişdir, müraciətinə cavab olaraq ona həmin qurum tərəfindən məktub verildi və məhkəməyə müraciət edə biləcəyim izah olundu. Mərhum həyat yoldaşı xx.xx.2024-cü il tarixdə Zirə qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Bu faktı təsdiq edən Bakı şəhəri, Xəzər rayonu, Zirə Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 81 saylı arayış da verilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-İ seriyalı 565409 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, Ərizəçi ilə X2 arasındakı nikah xx.xx.2010-cu il tarixdə 20 akt qeydi ilə bağlanmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi" X10 “Bakı Baş Səhiyyə Mərkəzi” X10 Zirə Sağlamlıq Mərkəzinin 18-1-1-72/3-80/2024 nömrəli xx.xx.2024cü il tarixli məktubuna əsasən, xx.xx.1964-cü il təvəllüdlü X1 ölmü evdə qeydə alınmadığından Zirə Sağlamlıq Mərkəzində ölüm haqqında tibbi şəhadətnamə tərtib edilməmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-A/2177/24 nömrəli Ərizəçi ünvanlanmış məktubuna əsasən, X1 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"nın 8.5 bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bakı şəhəri Xəzər Rayonu Zirə Bələdiyyəsinin 81 saylı xx.xx.2024-cü il tarixli arayışına əsasən, X2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Bakı şəhəri Zirə qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Təcili və X3 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, X1 adına 19:22-də çağırış daxil olmuş, həkimə qədər ölüm müəyyən edilmişdir. Qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, mərhum X2 dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X4 ifadəsində bildirdi ki, Ərizəçi bacısı, yəni, mərhumun baldızıdır. xx.xx.2024-cü il tarixdə bacısı Ərizəçi ona zəng edib bildirdi ki, əri Xoşbəxtin vəziyyəti pis olduğu üçün X9 çağırıb. Lakin X9 gələnə qədər əri ürək tutmasından vəfat etmişdir. Mərhum adəti üzrə Bakı şəhəri Zirə qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Sonra keçirilmiş yas mərasimlərində iştirak etmişdir. Yas Zirə mərasim evində keçirilmişdir. X7 ifadəsində bildirdi ki, Ərizəçi bacısı qızı, yəni mərhumun baldızı qızıdır. xx.xx.2024-cü il tarixdə ona biologiya müəlliməsi zəng vurub bildirmişdir ki, xalası qızının atası marketdə ürək tutmasından vəfat etmişdir. Mərhum həmin tarixdə Bakı şəhəri Zirə qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Dəfndə də, yas mərasimlərində də iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, ərizəçinin əri (ərizəçinin mərhumun arvadı olması işə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surəti ilə təsdiq edilir) X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri Zirə qəsəbə qəbristanlığında dəfn edilmişdir, lakin ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə ərinin ölümünə görə dəfn üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin alınması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar