Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-525/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi – Ərizəçi2 iştirakı ilə, Ərizəçi2 Maraqlı şəxs olmaqla «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 17 noyabr 2022-ci il tarixdə Ərizəçi2 maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı – Ərizəçi1 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi ravonu, Namiq Məlikov küçəsi dalan 8, ev 21- də yaşamış qardaşı Ərizəçi1 xx.xx.2022 ci il tarixdə vəfat etmişdir. Onun ölümü haqqında şəhadətnaməni almamışdır. Qardaşı mərhum Ərizəçi1 evli olmamış və övladı yoxdur. Məhkəmə iclasında iştirak edən ərizəçi - Ərizəçi2 ərizə ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirmişdir ki, mərhum ailəsi ilə birlikdə yaşayırdı, qonşum idi. Mərhum 2022-ci ilin yay aylarında vəfat etmişdir. Vəfat edəndə məhlədə idim və təcili tibbi yardım maşını gəlmişdi. Dəfndə iştirak etmişdim. Mehdiabad ərazisində dəfn edilib. Məhkəmə iclasında şahid qismində iştirak edən K.Hüseynov bildirmişdir ki, mərhum bibisi oğludur. 10 iyul 2022-ci il tarixdə vəfat etmişdir. Dəfndə iştirak etmişdim. Mehdiabad ərazisində dəfn edilib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə kifayət qədər əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE 15622937 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1996-cı ildə Azərbaycan Respublikasında doğulmuşdur. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ İİİ № 430946 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X4, anası X2r. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ İİİ № 430972 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X4, anası X2r. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil Kommunaı Təsərrüfat Birliyinin 59 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş, 15 noyabr 2022-ci il tarixli, 1590 saylı arayışdan görünür ki, Ərizəçi2 N.Məlikov küçəsi, dalan 8, ev 21 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyası” PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 221 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:31-də “103” xidmətinə Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 8, ev 21 ünvanından naməlum şəxsin adına “halı pis” səbəbi ilə çağırış daxil olmuş, çağırışı 5 saylı bölmənin həkimi Mehriban Məmmədova icra edərək, xəstə X5 (26 yaş) "Nevrosteniya. Dəqiqləşdirilməmiş hipolenziya" diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:09-da həmin ünvandan Ərizəçi1 adına "halı pis" səbəbi ilə daxil olan təkrar çağırışı 5 saylı bölmənin həkimi Mehriban Məmmədova icra edərək, xəstəyə "Nevrosteniya. Dəqiqləşdirilməmiş hipotenziya" diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:27-də həmin ünvandan Ərizəçi1 adına "halı pis, qıcolma" səbəbi ilə daxil olan təkrar çağırışı 5 saylı bölmənin həkimi İradə Nəsirova icra edərək, ünvanda X5 (26 yaş) məxsus meyit ilə rastlaşmış və "Həkimə qədər ölüm. Kişi cinsli meyit" diaqnozu qoymuşdur. Meyit 20-ci polis bölməsinin əməkdaşı Abbaslıya təhvil verilir iş və hadisə barədə 20-ci polis bölməsinin əməkdaşı Məmmədov məlumatlandırılmışdır. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 5 №li şəhər poliknikası tərəfindən verilmiş 397 saylı arayışdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü, ünvan 1 ünvandan yaşayan Ərizəçi1 xx.xx.2022-ci il tarixdə rəhmətə getmişdir. Nəsimi rayonu 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə Forma N 106 almaq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-1910/75 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumun adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” X1 xx.xx.2022-ci il tarixli 4312 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumun adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin və şahidlərin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı Ərizəçi1 10 iyul 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş Mehdiabad ərazisindəki qəbirstanlıqda dəfn edilmiş, lakin ərizəçi ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçinin qardaşı - xx.xx.1996-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmuş Ərizəçi1 10 iyul 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmuş Ərizəçi1 10 iyul 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-525/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-525/2023
17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver