Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-527/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər "Cavabdeh1" ASC-yə, "X1 Mərkəzi" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X4rşı "hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Cavabdeh1" ASC-yə, "X1 Mərkəzi" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X4rşı "hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ASC-dən kredit almaqla ona məxsus Qəbələ şəhəri “Rus meşəsi” ərazisində 0.30 ha torpaq sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasını (mehmanxananı) girov qoymuşdur.Ödənişlər vaxtında yerinə yetirilmədiyi üçün Bank məhkəməyə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(004)-2815/2009 saylı icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və iddiaçıya məxsus əmlak satışa çıxarılmışdır. İddiaçının icra hərəkətləri, qiymətləndirmə və hərraclar barədə məlumatı olmamışdır. İddiaçının əmlakı ilk əvvəl 400.000 manat qiymətləndirilməklə satışa çıxarılmışdır. Həmin qiymətlə hərrac baş tutmamışdır. Sonradan bank və icra şöbəsinin nə etdiklərindən iddiaçının məlumatı olmamışdır. İddiaçı bunları 2019-cu ilin may ayının 15-dən sonra Qəbələ rayon İcra Şöbəsinə gələn yeni icra məmuru onu ora dəvət edəndən sonra bilmişdir.Bugünə qədər iddiaçıya bu barədə məlumat verilməmiş və işin bağlandığını bilmişdir.Çünki həmin yeri iddiaçı başqalarına həvalə edib çıxmış və həmin borc da aralarında bağlanmış olmuşdur. Bu məsələ təxminən 2010-cu illərdə baş vermişdir. Lakin 9 il sonra Bank əmlakı aldığı halda hələ pul da tələb edir.2012-ci ildə Bank tərəfindən 1 saylı İnzibati- İqtisad Məhkəməsinə müraciət edilmiş və iddiaçının əmlakına dair qiymətləndirmə rəyinin ləğv edilməsi xahiş edilmişdir. İddiaçının bu məhkəmədən xəbəri olmamışdır. İddiaçını tərəf kimi işə cəlb ediblər, lakin heç bir bildiriş və ya qərar ona göndərməmişlər. Hətta işə o dərəcədə məxfi baxıblar ki, qətnamədə tərəf kimi iddiaçının adını yazmağı unudublar. Bundan əlavə, qətnamədə iddiaçının adı olmadığına görə ona qətnaməni də göndərməyiblər. İddiaçının bu hadisələrdən xəbəri olmamışdır. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 iqt (81)- 2216/2012 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və iddiaçının əmlakına dair ekspert rəyi ləğv edilmiş və əmlakına 26.187 manat qiymət qoyulmuşdur. Həmin 26.187 manat ilkin satış qiyməti ilə iddiaçının oteli hərraca çıxarılmış və bank xx.xx.2013-cü il tarixdə bu əmlakı almışdır. İddiaçıya məxsus əmlak 27.187 manat qiymətləndirilməklə satılması üçün hərraca çıxarılmışdır. Qəbələ rayon İcra Şöbəsinin 292/09 saylı xx.xx.2013-cü il tarixli sifariş məktubu ilə iddiaçının əmlakı hərraca çıxarılmışdır, iddia ərizəsinə əlavə edilmiş açıq hərracın keçirilməsinə dair xx xxxx 2013-cü il tarixli, 897 saylı bildirişdən görünür ki, ilkin satış qiyməti 27.187 manat olmaqla xx.xx.2013-cü il tarixdə Qəbələ şəhəri “Rus meşəsi” ərazisində 0.30 ha torpaq sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməçi sahədən ibarət qeyri-yaşayış binasının açıq hərracda satılmasına dair bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş həmin bildirişin göndərilməsinə dair poçt qəbzindən göründüyü kimi iddiaçıya göndərilən bildirişlər ona çatdırılmamışdır. Belə ki, həmin bildirişdə göstərilir ki, guya iddiaçı Bakı şəhəri, H.Bəy Zərdabi küçəsi, ev 8, mənzil 13-14-də yaşamış və məktub da ora göndərilib. Lakin poçt qəbzindən də göründüyü kimi məktub geri qaytarılmışdır. Çünki həmin evi iddiaçı 2011-ci ildə satıb çıxmışdır. Hətta satmamışdan qabaqda, o, həmin mənzildə yaşamamışdır.Birinci hərrac baş tutmadığından X1 Mərkəzi xx.xx.2013- cü il tarixdə təkrar hərracın keçirilməsinə dair xx.xx.2013-cü il tarixli, 1249 saylı bildiriş göndərmişdir. Həmin bildirişin göndərilməsinə dair poçt qəbzindən göründüyü kimi həmin bildiriş də iddiaçıya çatmamışdır. İddiaçının ümumiyyətlə bu hərracların necə və nə vaxt keçirilməsinə dair məlumatı olmamışdır. X1 Mərkəzinin Hərracın xx.xx.2013-cü il tarixli, 214 saylı protokolunun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ASC Qəbələ şəhəri “Rus meşəsi” ərazisində 0.30 ha torpaq sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməçi sahədən ibarət qeyri-yaşayış binasını 16695 manata almışdır. İddiaçının hərraclardan məlumatı olmamışdır. Belə ki, ona göndərilmiş hərrac bildirişlərindən göründüyü kimi həmin bildirişlər iddiaçıya çatdırılmamışdır. Bu səbəbdən də hərrac etibarsız hesab edilməlidir. Həmçinin, iddiaçının təkcə bu hərraclar barədə deyil, əmlakına qoyulan qiymətdən də xəbəri olmamışdır. Bağa necə və nə vaxt qiymət qoyulması barədə heç bir bildiriş daxil olmayıb bu səbəbdən də evin qiymətləndirilməsi barədə də məhkəmə qətnaməsindən apelyasiya şikayəti vermiş və iş hazırda Bakı Apelyasiya Məhkəməsində icraatdadır. (iş nömrəsi 2-2(103)-525/2019) Qeyd olunan əmlak Qəbələnin ən gözəl yerində yerləşir. Həmin otelin yanında “X10”, “X7”, “Qəbələ Xanlar restoranı” və s. qeyri-yaşayış sahələri var. Düzdür, təmiri elə də əla təmirli olmasa da, həmin əmlakın dəyəri ən azından 26.000 manat ola bilməz. İddiaçı şəxsən özü əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssisə müraciət etmiş və hazırda bu əmlakın dəyərinin 451.000 manat olduğuna dair rəy almışdır. Göstərilənlərə əsasən Qəbələ şəhəri “Rus meşəsi” ərazisində 0.30 ha torpaq sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməçi sahədən ibarət qeyri-yaşayış binasına dair X1 Mərkəzinin hərracın nəticələrinə dair xx.xx.2013-cü il tarixli, 214 saylı protokolunun və alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 ASC-nin adına verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "Cavabdeh1" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etirazını bildirərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər "Cavabdeh1" ASC-nin və "X1 Mərkəzi" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9 tərəfindən məhkəməyə məktubla müraciət edilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(004)-2815/2009 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 X5 hesabına ödənilməli 120.647,61 manat məbləğində pulun ödənilməsini təmin etmək məqsədi ilə tutma İddiaçı mülkiyyətində Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binaya yönəldilməsi, İddiaçı mülkiyyətində olan Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasının açıq hərracdan satılması və satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsi üçün Cavabdeh1 X3 hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 iqt (81)-2216/2012 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı məxsus Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasının 400.000 manat məbləğində qiymətləndirilməsinə dair əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi ləğv olunmaqla, yenidən keçirilmiş ekspert qiymətləndirilməsinə əsasən əldə edilmiş daşınmaz əmlakın dəyərinin 26187 manat məbləğində müəyyən edilməklə yekun qiymət hesab edilməsi qət edilmişdir. İş materiallarındakı «X1 Mərkəzi» MMC-nin tələbkar Cavabdeh1 ASC-yə, borclu İddiaçı ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2013-cü il tarixli, 897 №-li bildirişdən görünür ki, Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasınınilkin satış qiyməti 26187 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxx 2013-cü il tarixə təyin edilmişdir. İş materiallarındakı «X1 Mərkəzi» MMC-nin tələbkar Cavabdeh1 ASC-yə, borclu İddiaçıünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2013-cü il tarixli, 1249 №-li bildirişdən görünür ki, Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasınınsatış qiyməti 22258 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 01 avqust 2013-cü il tarixə təyin edilmişdir. İşin materiallarında olan xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli xəbərnamələrin surətlərindən görünür ki, «X1 Mərkəzi» MMC tərəfindən borcluya göndərilmiş bildirişlər borclunun köçməsi səbəbindən geri qaytarılmışdır. İşin materiallarında olan «Hərracın nəticələri haqqında» xx xxxxxx 2013-cü il tarixli, 214 №-li protokoldan görünür ki, hərracın təşkilatçısı – «X1 Mərkəzi» MMC-nin direktoru İ.Bayramovilə alıcı Cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi R.R.Şirinov Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 16.695 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, “Rus meşəsi” sahəsiCavabdeh1 ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(102)-70/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-525/2019 saylı qətnaməsi ilə 3-cü şəxs İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-525/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Eyni Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Göstərilən Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Eyni Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qəbələ Rayon İcra Qrupunun sifarişi əsasında «X1 Mərkəzi» MMC tərəfindən Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının açıq hərracda satışı üçün elan verilmiş və ilkin hərracxx.xx.2013-cü il tarixində, təkrar hərrac isə xx.xx.2013-cü il tarixində keçirilmiş, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə Cavabdeh1 ASC-yə təklif olunmuş və nəticədə ASC tərəfindən ipoteka predmeti əldə edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Eyni Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, qüvvədə olan qanunvericiliyə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmiş və bundan sonra həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Qərarda qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Göründüyü kimi, hərracın keçirilməsini həyata keçirən «X1 Mərkəzi» MMC tərəfindən «İpoteka haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan Cavabdeh1 ASC də öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı hərracın keçirilməsindən xəbərinin olmadığını bildirsə də, hərracın keçirilməsindən 6 (altı) il keçdiyini nəzərə alaraq, məhkəmə həmin halı inandırıcı hesab etmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "Cavabdeh1" ASC-yə, "X1 Mərkəzi" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X4rşı "hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "Cavabdeh1" ASC-yə, "X1 Mərkəzi" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X4rşı "hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-527/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-527/2020
24.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver