Məhkəmə qərarları › İş №2(006)-5289/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5289/2021

13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5289/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, Ərizəçı Ərizəçi maraqlı şəxs qisməndə Maraqlı şəxs cəlb edildiyi “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsinə dair üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 1935-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi AZ-T № 011632 nömrəli doğum haqqında şəhadətnaməsinə əsasən o, xx.xx.1941-ci ildə anadan olmuş və anası X9r. Azərbaycan Respublikası Milli Arxiv idarəsinin 9/252 saylı, 25.06.2015-ci il tarixli məktubuna əsasən Məryəm xanım Əbdülbağı qızının 1912-ci ildə anadan olduğu və atasının X12 olduğu göstərilir. X14 24 sentyabr 2019-cu il tarixli AZ İ №977231 saylı ölüm haqqında şəhadətnaməyə əsasən 26 mart 1995-ci il tarixində vəfat etmişdir. Lakin Ərizəçi ana tərəfdən babası X6 vəfat etməsi barədə rəsmi sənəd onda mövcud deyildir. Nəzərə alınmalıdır ki, onun babası Azərbaycan Demokratik Respublikası dövründə Musavat partiyasının fəal iştirakçısı olduğu üçün 1927-ci ildə cinayət məsuliyyətinə cəlb edilmiş və 10 il müddətinə islah əmək düşərgəsinə göndərilmişdir. İctimai siyasi xadimlərə qarşı repressiya başladığı dövrdə 1935-ci ildə islah əmək düşərgəsində nəmalum şəraitdə vəfat etdiyi ailəsinə bildirmiş, lakin harada dəfn edilməsi barədə məlumat verilməmiş, o cümlədən vəfat etməsi faktına dair hər hansı sənəd ailəsinə təqdim edilməmişdir. Qeyd olunan fakt akademik Ziya Büynadovun müəllifliyi ilə “Tarix” qazetinin 08.12.1990-cı ilə aid nəşrinin 2-ci vərəqəsində göstərilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan SSRİ yaradıldıqdan sonra həm dəfələrlə əlifba (ərəb, latın və kiril) dəyişikliyi aparıldığı və həmçinin soyadların məcburi dəyişdirilməsi ilə əlaqədar bəzi sənədlərdə X5 adı, soyadı və ata adı X3 göstərilmişdir. Hazırda X2 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi torpaq sahəsi 36 kv.m olan həyətlər 5 kv.m olan evin vərəsəlik qaydasında qəbulu məqsədilə onun ölüm faktının müəyyən edilməsi zəruridir. Ərizəçinin nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində qoyulmuş Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, mərhum X10 onun babasının atasıdır. Mərhum X10 1927-ci ildə represiyaya göndərilmiş, 1935-ci ildə güllələnib öldürülmüşdür. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsinin arxivi tərəfindən verilmiş arayışından görünür ki, X22 və X7 nikahlarının pozulması haqqında 09 iyun 1959cu il tarixli 170 №li akt qeydi saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxivinin 02.02.2015-ci il məktubundan görünür ki, Bakı şəhər oktyabr rayon sovetinin İcraiyyə Komitəsinin maliyyə şöbəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1933-1934-cü illərə dair torpaq vergisi almaq və vergi daxil olması hesab kartoçkalarında qeyd olunur ki, Məmmədyarov küçəsi, ev 69 ünvanında yerləşən ümumi torpaq sahəsi 36 kv.m, həyətlər - 5 kv.m olan evin sahibi X11 olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxivinin 25.06.2015-ci il məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin Bakı şəhəri Cümə məscidinin sənədlərində Məryəm xanım Əbdülbağı qızının doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi:1912-ci il, valideynləri: atası- X13. Anası – Mədinə xanım Mirzə Əbülqasım qızı. İş materiallarında olan Bak şəhəri Səbail rayon qeydiyyat şöbəsinin 24.09.2019-cu il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X14 26.03.1995-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.04.1995-ci il tarixdə 203 №ilə qeyd edilmişdir. Ölümün səbəbi kəskin ürək damar çatmamazlığıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ərizə ilə bağlı məhkəmə qeyd edir ki, Ərizəçi ana tərəfdən babası X6 1935-ci ildə vəfat etməsi bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi və məhkəmə araşdırması zamanı da bu, öz təsdiqini tapmadı. Şahid ifadəsinə münasibətdə isə məhkəmə hesab edir ki, şahid ifadəsi iş materialları ilə öz təsdiqini tapmadığı üçün sübut kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Ərizəçi maraqlı şəxs qisməndə Maraqlı şəxs cəlb edildiyi “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 311, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçı Ərizəçi maraqlı şəxs qisməndə Maraqlı şəxs cəlb edildiyi X4 (soyad dəyişikliyindən əvvəl X1) 1935-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar