Məhkəmə qərarları › İş №2(006)-5325/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5325/2021

19.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5325/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 3 saylı Bakı Maraqlı şəxs1iyyat şöbəsini və Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 5 saylı şəhər Poliklinikasını maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, 03.10.1951-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 04 iyul 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi ilə əlaqədar onun ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 03.10.1951-ci il tarixdə Bakı şəhərində doğulmuş anası X4 faktiki olaraq yaşadıqları Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 62 saylı evin 13 saylı mənzilində onunla birgə yaşadığı vaxtda, 04 iyul 2021-ci il tarixdə axşam saat altı radələrində qəfildən boğulma və təngənəfəs olmuşdur. O, dərhal evə təcili yardım çağırmışdır. Hətta anası artıq çəkili (170 kq) olduğu üçün mənzildən xəstəxanaya aparılması üçün eyni vaxtda FHN-ə də yardım üçün zəng etmişdir. BŞT və TTYS-in 3 saylı bölməsinin təcili yardım briqadası mənzilə gələrək ona tibbi yardım göstərməyə başlamışlar. Daha sonra FHN əməkdaşlarının köməkliyi ilə anası mənzildən çıxarılaraq təcili yardım maşınına yerləşdirilmişdir. Yolda olarkən anasının nəfəsi dayanmış, ürəyinin fəaliyyəti dayanmış, bu səbəbdən hərəkətdə olan təcili tibbi yardım maşını dayanaraq ona xüsusi masajlar, nəfəsvermə hərəkətləri edilsə də, anasını həyata qaytarmaq mümkün olmamışdır. Anası elə oradaca dünyasını dəyişmişdir. Təcili və X2 Stansiyası tərəfindən verilmiş 04.07.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqsində anasının ölüm səbəbi kimi kəskin ürək, ağ ciyər çatışmazlığı qeyd olunmuşdur. Mərhum anası adət-ənənələrə uyğun olaraq 05 iyul 2021-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən «Müsəlman Qəbristanlığı»nda dəfn olunmuşdur. Mərhum anası ünvan 1 ünvanda pasport qeydiyyatında olmuşdur, həmin mənzil pilot layihə çərçivəsində 2018-ci ildə sökülmüşdür. Mərhum anası 5 saylı şəhər Poliklinikasında qeydiyyatda olmuşdur. Bu yaxınlarda anasının vəfatı ilə əlaqədar dəfn üçün müavinətin alınması ilə əlaqədar ondan anasının ölüm haqqında şəhadətnaməsi tələb olunmuş, bununla əlaqədar o, öülm haqqında müvafiq arayışın alınması üçün 5 saylı şəhər Poliklinikasına müraciət etsə də, Poliklinikadan ona Forma № 106 verməkdən imtina etmişlər. Bunu 15.07.2021-ci il tarixli məktublarında mərhum anasının uzun müddət sağlamlıq durumu ilə bağlı poliklinikada müayinə və müalicə almadığı, bu səbəbdən ölümün səbəbini bilmədikləri ilə əsaslandırmışlar. Ölüm haqqında tibb şəhadətnaməsi təqdim edilmədiyi üçün 3 saylı Bakı Maraqlı şəxs1iyyat şöbəsi tərəfindən də ölümün qeydə alınmaması mümkün olmamışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər 3 saylı Bakı Maraqlı şəxs1iyyat şöbəsinə və Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 5 saylı şəhər Poliklinikasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndələrin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişlər. Məhkəmə mülki işə maraqlı şəxslər 3 saylı Bakı Maraqlı şəxs1iyyat şöbəsinin və Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 5 saylı şəhər Poliklinikasının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, mərhum X4 onların ailəvi dostları olmuşdur. 04 iyul 2021-ci il tarixdə rəhmətə gedib. Sabunçu qəsəbəsində yerləşən «Müsəlman Qəbristanlığı»nda dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. X5 Rafikovna məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X4 onun sinif yoldaşının anası olmuşdur. 04 iyul 2021-ci il tarixdə rəhmətə gedib. Sabunçu qəsəbəsində yerləşən «Müsəlman Qəbristanlığı»nda dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. Bakı şəhəri T və TTYS-in 3 saylı Yardımçı Stansiyasının 04.07.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 adına 22:15-də çağırış daxil olmuş, xəstəyə ilkin tibbi yardım göstərilmiş, göstərilən bütün müdaxilələrə rəğmən xəstə təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən saat 22.30-da vəfat etmişdir. Ölümün ilkin səbəbəi kimi kəskin ürək, ağ ciyər çatmamazlığı göstərilmişdir. Sabunçu bələdiyyəsinin 16 iyul 2021-ci il tarixli 69 saylı arayışından görünür ki, 1951-ci il təvəllüdlü X4 05 iyul 2021-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən «Müsəlman Qəbristanlığı»nda dəfn olunmuşdur. 3 saylı Bakı Maraqlı şəxs1iyyat şöbəsinin 14.07.2021-ci il tarixli 05/Q-2177/15 saylı məktubundan görünür ki, Ərizəçi həmin şöbəyə müraciət edərək, anası X1 ölümünün qeydə alınmasını xahiş etmişdir. Cavab olaraq bildirilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi – yəni ölüm haqqında tibbi şəhadətnamə AZS-106 nömrəli forma olmadıqda, ölüm məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə onun tərəfindən şöbəyə təqdim edilmədiyi üçün X1 ölümünün qeydə alınmasının imkan xaricində olduğu bildirilmişdir. 5 saylı şəhər Poliklinikasının 15.07.2021-ci il tarixli 1450 saylı məktubundan görünür ki, mərhumun sağlığında uzun müddət həmin Poliklinikaya müraciət etmədiyi, müayinə və müalicə almadığı üçün ölümün səbəbini bilmədiklərinə görə 106 saylı forma üzrə arayışı təqdim edə bilmədiklərini bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 03.10.1951-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 04 iyul 2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03.10.1951-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 04 iyul 2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar