Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5348/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2020-ci il tarixdə vəfat etmiş anası mərhum X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X8 xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmiş və Digah qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Ölüm faktı evdə baş verdiyinə görə hər hansı bir tibbi sənədlə təsdiqlənməmişdir. Həmçinin mərhum anası hər hansı bir xəstəliklə bağlı ərazi üzrə tibb müəssisəsində daimi qeydiyyatda olmamışdır. Ölüm şəhadətnaməsinin verilməsi üçün tərəfindən edilmiş müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/Q-1263/75 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunanları nəzərə alaraq, ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Bu səbəbdən də “Vətəndaşlıq vəziyyəti aktları” kitabında hər-hansı məlumat aşkar edilmədiyindən, Ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, anasının ölüm haqqında şəhadətnaməsi vərəsə kimi tanınmaq üçün notariat orqanına təqdim etməli olduğu vacib sənəddir. Həmin sənədin əldə edilməsi üçün anasının ölməsi faktı məhkəmə qaydasında təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən xx xxxxxxxx 2020-ci il tarixdə vəfat etmiş anası mərhum X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, hazırda anasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik çəkdiyini bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq Ərizəçi mülki işinə dair məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/Q-1263/75 saylı məktubdan görünür ki, X4 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzəriə çatdırılmışdır ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, ərizəçi anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 09982879 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Təcili və X7 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə X3 adına çağırış verilmişdir. Həkim qədər ölümdür. Qadın cinsli meyit aşkar edilmişdir. Digah İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 829 saylı arayışdan görünür ki, X8 xx.xx.2020-ci ilə kimi, yəni ölən günə kimi ünvan 3 ünvanında yaşamış və Digah qəsəbəsinin qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində X2 xx.xx.1975-ci ildə doğulduğu, xx.xx.2020-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, mərhum X8 onun anasıdır. Onun tam olaraq hansı xəstəlikdən əziyyət çəkməsi barədə məlumatı yoxdur. Çünki xəstəliyi barədə onlara heç bir məluamt verməmişdir. Lakin onun müalicə olunmasını bilirdi. Onlar xx.xx.2020-ci ildə Digah qəsəbəsində yaşayan dayısıgilə getmiş və X17 da orada olarkən rəhmətə getmişdir. X17 Digah qəsəbəsinin qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, mərhum X8 onun qardaşının arvadıdır. Rəhimə Hacıyeva xəstə olduğundan 1 saylı X16 (Semaşko) müalicə almışdır. Onlar xx.xx.2020-ci il tarixdə Digah qəsəbəsində yaşayan qardaşıgilə getmiş və pilləkənlərlə yuxarı çıxdıqda Rəhimə Hacıyeva halı pisləşmiş, nəfəs ala bilməmişdir. Gözlənilmədən isə gözlərini yumaraq rəhmətə getmişdir. X18 qəsəbəsinin qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum X8 onun baldızıdır. O, ünvan 1 ünvanında yaşayır. Onun əri xəstə olduğundan Rəhimə Hacıyeva da xx.xx.2020-ci il tarixdə onlara gəlmişdir. Pilləkənləri çıxarkən ürəyi sıxılmağa başlamışdır. Ona ürək dərmanı verilsə də vəziyyəti yaxşı olmamışdır. Bu səbəbdən də təcili tibbi yardım xidməti dəvət olunmuşdur. Lakin təcili tibbi yardım xidməti gələnədək Rəhimə Hacıyeva rəhmətə getmişdir. X18 qəsəbəsinin qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin anası olmuşdur. X1 qəsəbəsinin qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1975-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5348/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5348/2020
23.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver