Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5372/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi, tərcüməçi X2 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı xx.xx.1970-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi, qətnamənin icrasının Nəsimi rayonu Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum həyat yoldaşı xx.xx.1970-ci il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bakı şəhər Təcili və X1 Stansiyasının 10 saylı bölməsi tərəfindən təqdim edilmiş, 28 avqust 2025-cü il tarixli, xəbərdarlıq vərəqəsinə əsasən xəstə X7 yanına 28 aprel 2018-ci il tarixdə, saat 11:31-də gəlinmiş, ölümün ilkin səbəbi bölməsində həkimə qədər ölüm, kisi cinsli meyit qeyd edilmişdir. 1 saylı Bakı ''Asan Xidmət” mərkəzinin Rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş, xx.xx.2025-ci il tarixli, 3-16-5\2 871-25 №-li məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi X4 ölümünün qeydiyyata alınması barədə ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Lakin, Az. Res. Tibbi Ərazi Bölmələrini X5 Hüquqi Şəxsin Bakı Baş Səhiyyə mərkəzinin “X11 5 №-li şəhər Poliklinikası ərizə ilə müraciət etdikdə çox təəssüf ki, məktuba 18-1-148\2-266-2025 saylı arayış ilə cavab verərək bildirmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü, X7, Bakı şəhəri Nəsimi rayon, Vaqif 11, mən.35 a ünvanda yaşayan, xx.xx.2025-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət ünvan 2əhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbi bilinmədiyinə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. Az. Res. Bakı şəh.. Suraxanı ray.. Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 289 №-li arayışda qeyd edilmişdir ki. Ərizəçi ondan ötrü ki, mərhum həyat yoldaşı X7 xx.xx.2025-ci il tarixində vəfat etmiş, Zığ qəsəbəsi Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Bu sənəd gələcəkdə bir çox ortaya çıxacaq hüquqi məsələlərin həllində gərəkli olacaqdır. Ölüm haqqında şəhadətnamənin başqa şəkildə tərəfindən alınması isə qeyri-mümkündür. Eyni zamanda qəbiristanlıq ərazisində də mərhumun dəfn edilərkən, ölüm haqqında şəhadətnamə istənilməktədir. Hazırda qəbiristanlıq nümayəndəsi tez-tez onunla əlaqə saxlayaraq tibbi şəhadətnaməni tələb etməkdədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 öz ifadəsində göstərmişdir ki, ərizəçinin hazırki faktiki həyat yoldaşıdır. Bir gün ögey qızına zəng edildi ki, atası vəfat etmişdir. Dədə Qorqud qəbirstanlığında dəfn edilmişdir. Özləri bunun şahidi olmuşdur. Ərizəçi həmin vaxtı işdə olmuşdur. Mərhum içki aludəçisi olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X6 öz ifadəsində göstərmişdir ki, 28 avqust 2025-ci il tarixində qardaşı Elçin ona zəng etmiş, onunla bir yerdə Dədə Qorqud qəbirstanlığına getmişlər. Onlar qəbirstanlığa çatanda artıq məhrum dəfn edilmişdi. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Suraxanı Rayon Bələdiyyəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 289 nömrəli arayışa əsasən Ərizəçi mərhum həyat yoldaşı X7 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Bakı şəhər Təcili və X1 Stansiyasının 10 saylı bölməsi tərəfindən təqdim edilmiş 28 avqust 2025-cü il tarixli xəbərdarlıq vərəqəsinə əsasən xəstə X7 yanına 28 aprel 2018-ci il tarixdə, saat 11:31-də gəlinmiş, ölümün ilkin səbəbi bölməsində həkimə qədər ölüm, kişi cinsli meyit qeyd edilmişdir. Azərbaycan Respublikası «Bakı Baş Səhiyyə Mərkəzi» X11 5 saylı Şəhər Poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü, ünvan 3 ünvanında yaşayan X7 xx.xx.2025-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət ünvan 2əhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına və ölümün səbəbini bilmədiklərinə görə Forma №106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. 1 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Vİİ-ЖГ seriyalı, 383086 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X7 və Ərizəçi arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanmışdır. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdə X4 məzarı əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi məhkəmə iclasındakı izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1970-ci il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və “Dədə Qorqud” qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1970-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5372/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5372/2025
19.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver