Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5383/2025 19.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “əmrin ləğvi, işə bərpa, məcburi buraxılan günlər üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “əmrin ləğvi, işə bərpa, məcburi buraxılan günlər üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2026-cı il tarixdə ərizə ilə müraciət edərək, iddiaçı və cavabdeh arasında barışıq əldə edildiyini və məhkəməyə barışıq sazişinin təqdim edildiyini bildirmiş, bu səbəbdən iştirakları olmadan mülki işə baxılmasını və təqdim edilmiş barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2026-cı il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixinə, saat 16:45ə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilməyəcək. Həmçinin diqqətə çatdırır ki, tərəflərindən bütün zəruri sübut və məlumatlar əvvəlki məhkəmə iclaslarında təqdim edilmiş, həmçinin tərəflər arasında barışıq əldə olunmuş və bununla bağlı barışıq sazişi də məhkəməyə təqdim edilmişdir. Odur ki, iştirakı olmadan məhkəmə baxışının keçirilməsi və tərəflər arasında barışıq əldə olunduğunu nəzərə alaraq yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılaraq tərəflər arasında bağlanmış barışıq sazişinin sazişdə göstərilən şərtlərlə təsdiq edilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər:
1. İddiaçı öz tələbi üzrə iddiaçının işdən azad edilməsi barədə cavabdeh tərəfindən verilmiş əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının əvvəlki işinə (vəzifəyə) bərpa edilməsi, işə bərpa olunana qədər xx.xx.2025-ci il tarixdən başlayaraq məcburi iş buraxdığı günlər üçün orta əmək haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsi, hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün xx.xx.2025-ci il tarixdən başlayaraq 1 faiz məbləğində ödənc verilməsi, minimum əmək haqqından aşağı ödənilmiş 2024-cü ilə dair 435 manat, 2025-ci ilə dair 1600 manat ödənilməmiş əmək haqqının ödənilməsi, cavabdeh tərəfindən vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində kompensasiyanın ödənilməsi, ödənilməmiş məzuniyyət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı verilməsi barədə tələbindən Cavabdeh2 xeyrinə imtina edir.
2. İddiaçı bu sazişi imzalamaqla təsdiq və bəyan edir ki. Cavabdeh2 tərəfindən onun əmək hüquqları, həmçinin qanunla və (və ya) tərəflər arasında bağlanmış hər hansı razılaşma ilə qorunan heç bir hüquqları pozulmamış, Cavabdeh2 işəgötürən olaraq istər aralarındakı əmək münasibətlərinin qüvvədə olduğu müddət ərzində, istərsə də bu münasibətlərə xitam verildikdən sonrakı müddət ərzində İddiaçı qarşısında bütün öhdəliklərini icra etmişdir, İddiaçı Rami qızının Cavabdeh2 qarşı heç bir iddiası, şikayəti, etiraz və ya hər hansı tələbi qalmamışdır, həmçinin aralarında olmuş əmək münasibətləri və bununla bağlı meydana gəlmiş digər hüquq münasibətləri ilə bağlı gələcəkdə məhkəmədə iddia qaldırmayacaq, bu və ya digər formada və məzmunda hüquq mühafizə orqanlarına, inzibati orqanlara (o cümlədən X2 Xidmətinə, Dövlət Vergi Xidmətinə, Dövlət Sosial Müdafiə Fonduna və bütün digər dövlət orqanlarına), idarə, müəssisə və təşkilatlara müraciət etməyəcək, cavabdehin işgüzar nüfuzunu ləkələyən əməllərə yol verməyəcək.
3. Cavabdeh2 İddiaçı barəsində qəbul edilmiş iddiaçının işdən azad edilməsi barədə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən verilmiş əmrin ləğv edilməsi öhdəliyini öz üzərinə götürür və İddiaçı barəsində əmək müqaviləsinə xitam vermək əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndini göstərilməklə yeni əmr qəbul etmək öhdəliyini öz üzərinə götürür və xx.xx.2025-ci il tarixli əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə məxsus elektron baza məlumatlarından çıxarılması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən yeni əmrin həmin baza məlumatlarına əlavə edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə müraciət ünvanlamağı öz üzərinə öhdəlik götürür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh2 qarşı “əmrin ləğvi, işə bərpa, məcburi buraxılan günlər üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər – bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh2 arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin: 1.İddiaçı öz tələbi üzrə iddiaçının işdən azad edilməsi barədə cavabdeh tərəfindən verilmiş əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının əvvəlki işinə (vəzifəyə) bərpa edilməsi, işə bərpa olunana qədər xx.xx.2025-ci il tarixdən başlayaraq məcburi iş buraxdığı günlər üçün orta əmək haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsi, hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün xx.xx.2025-ci il tarixdən başlayaraq 1 faiz məbləğində ödənc verilməsi, minimum əmək haqqından aşağı ödənilmiş 2024-cü ilə dair 435 manat, 2025-ci ilə dair 1600 manat ödənilməmiş əmək haqqının ödənilməsi, cavabdeh tərəfindən vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində kompensasiyanın ödənilməsi, ödənilməmiş məzuniyyət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun cavabdehdən tutularaq Tağızadə Məry əm Ramil qızına verilməsi barədə tələbindən Cavabdeh2 xeyrinə imtina edir.
2. İddiaçı bu sazişi imzalamaqla təsdiq və bəyan edir ki. Cavabdeh2 tərəfindən onun əmək hüquqları, həmçinin qanunla və (və ya) tərəflər arasında bağlanmış hər hansı razılaşma ilə qorunan heç bir hüquqları pozulmamış, Cavabdeh2 işəgötürən olaraq istər aralarındakı əmək münasibətlərinin qüvvədə olduğu müddət ərzində, istərsə də bu münasibətlərə xitam verildikdən sonrakı müddət ərzində İddiaçı qarşısında bütün öhdəliklərini icra etmişdir, İddiaçı Rami qızının Cavabdeh2 qarşı heç bir iddiası, şikayəti, etiraz və ya hər hansı tələbi qalmamışdır, həmçinin aralarında olmuş əmək münasibətləri və bununla bağlı meydana gəlmiş digər hüquq münasibətləri ilə bağlı gələcəkdə məhkəmədə iddia qaldırmayacaq, bu və ya digər formada və məzmunda hüquq mühafizə orqanlarına, inzibati orqanlara (o cümlədən X2 Xidmətinə, Dövlət Vergi Xidmətinə, Dövlət Sosial Müdafiə Fonduna və bütün digər dövlət orqanlarına), idarə, müəssisə və təşkilatlara müraciət etməyəcək, cavabdehin işgüzar nüfuzunu ləkələyən əməllərə yol verməyəcək.
3. Cavabdeh2 İddiaçı barəsində qəbul edilmiş iddiaçının işdən azad edilməsi barədə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən verilmiş əmrin ləğv edilməsi öhdəliyini öz üzərinə götürür və İddiaçı barəsində əmək müqaviləsinə xitam vermək əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndini göstərilməklə yeni əmr qəbul etmək öhdəliyini öz üzərinə götürür və xx.xx.2025-ci il tarixli əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə məxsus elektron baza məlumatlarından çıxarılması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən yeni əmrin həmin baza məlumatlarına əlavə edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə müraciət ünvanlamağı öz üzərinə öhdəlik götürür. İddiaçı Cavabdeh2 qarşı “əmrin ləğvi, işə bərpa, məcburi buraxılan günlər üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Vüsalə Musayeva