Məhkəmə qərarları › İş №2(102)-1908/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1908/2022

21.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1908/2022 21.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2535/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı, cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən ayır-ayrıqlıda verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən S.Süleymanovun 19 mart 2021-ci il tarixli əmr inin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və 10000 manat mənəvi zərərin cavabdeh Sumqayıt Bələdiyyəsindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4114/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 19 mart 2021-ci il tarixli, 25 saylı əmri ləğv edilmiş, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Sumqayıt Bələdiyyəsinin İcra aparatının hüquq şöbəsini müdiri vəzifəsinə bərpa edilmiş, mənəvi zərərin əvəzi olaraq 300 manatın cavabdeh Sumqayıt Bələdiyyəsindən alınaraq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməs i qət edilmişdir. Cavabdeh Sumqayıt Bələdiyyəsi apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2535/2021 nömrəli, 22 oktyabr 2021-ci il qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4114/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzi olaraq 300 manatın cavabdeh Sumqayıt Bələdiyyəsindən alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verib, apellyasiya instansiyasının qətnaməsinin qismən – mənəvi zərərin ödənilməsinin təmin edilməyən hissəsində ləğv, iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir. Cavabdeh Sumqayıt Bələdiyyəsi də kassasiya şikayəti verib, apellyas iya instansiyasının qətnaməsinin ləğv edilməsi, işin yeni apellyaisya baxışına qaytarılmasını xahiş etmişdir. İddiaçı kassasiya şikayəti icraata qəbul edilə bilməz. İş materiallarından müəyyən olunur ki, mənəvi zərərlə bağlı iddia tələbi 10000 manat həddində olmuş, birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən, yəni 300 manat həddində təmin etmiş, iddiaçı bu hissədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verməklə, mənəvi zərər tələbi 300 manat hissədə mübahisələndirilmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini 300 manat mənəvi zərərin tutulması hissəsində ləğv edib, həmin iddianı təmin etməmişdir. Başqa sözlə, iddiaçı tərəfindən hazırda qətnamənin mənəvi zərər aid mübahisələndirilən hissəsi 300 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən kassasiya şikayətində mübahisələndirlən hissə 5 min manatdan aşağıdır. Belə olan halda, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Cavabdeh Sumqayıt Bələdiyyəsinin kassasiya şikayətinə gəldikdə, cavabdehin kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normaları nın tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, cavabdeh kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində yalnız ümumi şəkildə Əmək Məcəlləsinin 69.3 və Mülki Prosessual Məcəllənin 88-ci maddələrini qeyd etməklə kifayətlənmiş, həmin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Bundan başqa, kassasiya şikayətinin “digər məsələlər” bölməsində işin faktiki halları sadalanmış, şikayətin bu hissəsində də apellyasiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulması şərh edilməmişdir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, ya xud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Bu baxımdan cavabdehin qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək imkanı istisna edilmir. Qeyd olunanlara əsasən, kassasiya şikayətlərinə baxmaq üçün prosessual əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri icraata qəbul edilə bilməz. Odur ki, kassas iya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 402.1, 407.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh Sumqayıt Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2535/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri icraata qəbul edilməsin və kassasiya şikayətlərinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar