Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2310/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa 30.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Xıdırov Əhliman Mehman oğlunun sədrliyi və məruzəsi, Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı və iddiaçının vəkilləri X6 və Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi boşdayanmaya görə əmək haqqının və kompensasiyanın ödənilməsi, dəymiş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2023-cü il tarixli, 2(105)-314/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İşçi qismində İddiaçı (bundan sonra – iddiaçı) ilə işəgötürən qismində Cavabdeh MMC (bundan sonra – cavabdeh yaxud MMC) arasında xx.xx.2016-cı il tarixli əmək müqaviləsi bağlanılmış, iddiaçı hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, işəgötürənin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixli əmr əsasında ştatların ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilmişdir.
2. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3284/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddiaçı X2 Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilmə si, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə öz vəzifəsinə bərpa edilməsi, mənəvi ziyan barədə iddia tələbi təmin edilməmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2183/2022 nömrəli mülki iş üzrə 8 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə 4 aprel 2022-ci il tarixli, KÇ 153 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının MMC-də tutduğu vəzifəsinə bərpa edilməsi və cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanmaqla iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən mediasiya xidməti haqq ı olaraq ödənilmiş 25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 215 manat və apellyasiya şikayəti üçün dövlət rüsumu olaraq ödənilmiş 120 manat, cəmi 360 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin mənəvi zərərə dair hissədə təmin edilməməsi qət edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1437/2023 nömrəli, 01 may 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2183/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabd ehin xx.xx.2022-ci il tarixli, KÇ 152 saylı və xx.xx.2022-ci il tarixli, 10 saylı əmrlərinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının öz vəzifəsinə bərpa edilməsi, habelə cavabdehdən 25 manat mediasiya xərcinin əvəzinin, 215 manat dövlət rüsumunun əvəzinin, istifadə edə bilmədiyi 54 günlük məzuniyyətə görə kompensasiyanın ödənilməsi, o cümlədən ona dəymiş mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, əmək fəaliyyəti dövründə əmək funksiyalarını vicdanla icra etmiş, icra intizamına həmişə riayət etmiş, barəsində hər hansı intizam tənbehi tətbiq edilməmiş və həvəsləndirmə təd birlərinə layiq görülmüşdür. Buna baxmayaraq, cavabdeh müəssisəyə yeni direktor təyin edildikdən sonra ona tam məlum olmayan səbəblərdən Hüquq Şöbəsinə qarşı qərəzli münasibət həyata keçirməyə başlamışdır. Hüquq Şöbəsinin əməkdaşları olaraq onlar müəssisə rəhbərinə çoxsaylı müraciətlər göndərsələr də, bu yazılı müraciətlərə baxılmamışdır. Bu şəxsi qərəzlilik xx.xx.2022-ci il tarixində əmək fəaliyyətinin həyata keçirildiyi məkanda ona qarşı zor tətbiq edilməsi ilə nəticələnmişdir. Bu faktla bağlı hazırda hüquq mühafizə orqanında araşdırılma aparılmaqdadır. xx.xx.2022-ci il tarixli əmr şəxsi düşmənçilik əsasında, tamamilə qanunsuz olaraq qəbul edilmiş və onların məlumatı olmadan əmək müqavilələrinə xitam verilmişdir. İşəgötürənə ərizə ilə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixində ona əmək kitabçası təqdim edilmişdir. Ərizə ilə bütün sənədləri tələb etməsinə baxmayaraq, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 9cu, 83-cü və 88-ci maddələrinin tələbi pozulmaqla əmək münasibətlərinə dair digər sənədlər ona qərəzli olaraq təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericilik aktlarının tələblərinə riayət edilməmiş və əmək müqaviləsinə şəxsi qərəzlilik əsasında qanunsuz olaraq xitam verilmişdir.
7. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı təmsil etdiyi qurumdakı vəzifəsindən əsaslı əmrlə azad edilmişdir. Həmin əmrin ləğv edilməsinə və onun işinə bərpa edilməsinə isə heç bir əsas yoxdur.
8. İş materiallarında olan; a) xx.xx.2022-ci il tarixli, 01 saylı təqdimata əsas ən, Cavabdeh MMC-də idarəetmənin optimallaşdırılması, əmək funksiyaları bölgüsünün restrukturizasiyası, hüquq xidmətinin peşəkar qaydada müqavilə əsasında üçüncü tərəflərdən əldə edilməsi struktur dəyişikliklərini, müəyyən işçilərin sayı və ştatlarının ixtisar edilməsini labüd etdiyindən, Cavabdeh MMC-nin X10 Cəmiyyətin direktoruna Hüquq Şöbəsinin rəhbəri və hüquqşünas ştat vahidlərinin xx.xx.2022-ci ildən ləğv edilməsinin məqsədəmüvafiq hesab edildiyini bildirmişdir. b) Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 10 saylı əmrinə əsasən, cəmiyyətin Hüquq Şöbəsinin rəhbəri və hüquqşünas ştat vahidlərinin ixtisar edilməsilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulan prosedur hərəkətlərinə başlanılmış, həmin ştatlarda çalışan əməkdaşların müvafiq qaydada xəbərdar edilərək onlara əmək qanunv ericiliyinin tələblərinin rəsmi qaydada izah edilməsi təmin edilmiş, xəbərdarlıq müddəti ərzində əmək haqları saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə, habelə iş ahəngini pozmamaq şərtilə hər iş həftəsinin fərqli iş günləri olmaqlaiki iş günü ərzində iddiaçı və X7 əmək funksiyalarının icrasından azad edilmişlər. Əmrin verilməsinə əsas X4 xx.xx.2022-ci il tarixli təqdimatı olmuşdur. c) Azərbaycan Respublikası ƏƏSMN-nin 19 may 2022-ci il tarixli məktubuna əsasən, işçilərin təkbaşına və ya başqaları ilə tətil etmək hüququnun olduğunu, təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və əsassız hesab edən işəgötürən məhkəməyə müraciət etməli, işçinin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, təkbaşına tətil eədn işçinin iş əgötürən tərəfindən əmək müqvailəsinin ləğv edilməsi əmək qanunvericiliyinin tələblərinin pozulması hesab edilir. Bu halda İXM-nin 53- cü maddəsi ilə müəyyən eidlmiş hallar mövcud olmadıqda işəgötürən həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilir. d) ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarına əsasən, əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. e) ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 30 iyun 2022-ci il tarixli məktubuna əsasən, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən X9 Xidmətinin Bakı şəhər İ darəsinə təqdim edilmiş sənədlərdən Cəmiyyətin idarəedilməsinin təkmilləşdirilməsi, daha çevik və rəqabətədavamlı komandanın formalaşdırılması, iş prosesində meydana çıxan məsələlərə peşəkar yanaşmanın tətbiq edilməsi və maliyyə xərclərinə qənaət istiqamətində aparılan davamlı tədbirlər kontekstində ölkənin qabaqcıl hüquq şirkətlərindən biri ilə bağlanmış tərəfdaşlıq müqaviləsi səbəbindən Cəmiyyətin xx.xx.2022- ci il tarixli 10 saylı əmri ilə strukturda dəyişiklik edildiyi, X2 və İddiaçı vəzifə (peşə) üzrə işçilərin sayının və ya ştatların ixtisar edilməsi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən müəssisədəki əmək stajına uyğun olaraq (altı təqvim həftəsi xəbərdarlıq müddəti nəzərə alınaraq) xəbərdar edildiyi, xx.xx.2022-ci il tarixli akt da xəbərdarlıqla tanış olmaqdan imtina etdiyi və bu səbəbdən xəbərdarlıq məktublarının müvafiq yaşayış və qeydiyyat ünvanlarına göndərildiyi, xx.xx.2022-ci il tarixli aktda isə həmin məktubun onun tərəfindən qəbul edilməkdən imtina edildiyi məlum olmuşdur. Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən onunla, həmçinin X7 ilə Cəmiyyət arasında bağlanmış əmək müqavilələrinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi, son haqq-hesabın ödənildiyi məlum olmuşdur. Həmçinin araşdırma zamanı Cəmiyyət tərəfindən təqdim edilmiş sənədlərdən qanunvericiliyin tələbləri pozularaq son haqqhesabın ona düzgün ödənilmədiyi məlum olmuşdur. Əmək qanunvericiliyi nin tələblərinin pozulması ilə əlaqədar Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Son haqqhesabın yenidən hesablanıb tam ödənilməsinin təmin edilməsi ilə bağlı müəssisənin rəhbərliyinə qurum tərəfindən müvafiq məktub ünvanlanmışdır. 9. xx.xx.2022-ci il tarixli, 17 saylı akta əsasən, 07 fevral 2022-ci il tarixdə iddiaçıya Şirkətdə hüquqşünas ştatının ləğv edilməsi barədə əmr verildiyi bildirilmiş, daha sonra Şirkətdə hüquqşünas vəzifəsinin 28 mart 2022-ci il tarixindən ləğvi barədə xəbərdarlıq təqdim edilmiş, lakin İddiaçı xəbərdarlıqla tanış olmaqdan imtina etmiş və sənədin onun yaşayış ünvanına göndərilməsini tələb etmişdir. 10. xx.xx.2022-ci il tarixli tətil keçirələcəyi barədə xəbərdarlıq məktubuna əsasən, Hüquq şöbəsinin fəaliyyətinin qanunsuz olaraq məhdudlaşdırılması və qərəzlilik fəaliyyətinə son qoyulması barədə çoxsaylı müraciətlər edildiyini, lakin heç bir cavab verilmədiyini, məhdudiyyətlərin aradan qaldırılmadığını, bu qanunsuz halların aradan qaldırılması üçün tətil keçirmək hüququndan istifadə etmək məcburiyyətində qaldığını, qeyd olunan hallara əsasən yaranmış əmək mübahisəsinin həllli məqsədilə xx.xx.2022-ci il tarixdən etibarən 10 iş günü müddətində təkbaşına tətil edəcəyi, əmək funksiyasının icrasını dayandıracağı barədə xəbərdarlıq etmiş, pozuntuların aradan qaldırılmasını xahiş etmişdir. 11. xx.xx.2022-ci il tarixli, 79 saylı akta əsasən, xx.xx.2022-ci il tarixdə iddiaçı iş y erini tərk edərkən şirkətin girişində ona yaxınlaşaraq bu gün işdə olduğundan səhhəti ilə maraqlanmışlar. İddiaçı xəstə olmadığını, lakin digər işləri olduğu üçün ofisi tərk edəcəyini bildirmişdir. Bundan sonra tutduğu vəzifənin ixtisar olunduğu bir daha diqqətinə çatdırılaraq işdən azad edilməklə bağlı əmr qəbul etməsi üçün təqdim edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmri qəbul etməkdən imtina edərək rəsmi şəkildə ev ünvanına göndərilməsini tələb etmiş, həmçinin iddiaçıya əmək haqqı kartının dəyişildiyi, yaxınlaşıb kartı təhvil alması barədə məlumat verilməsinə baxmayaraq neqativ reaksiya bildirərək, liftə yaxınlaşaraq iş yerini tərk etmişdir.
12. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-3285/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim: M.Abbasova) ilə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işdən çıxarılması barədə xx.xx.2022-ci il tarixli əmrdən xx.xx.2022-ci il tarixdə - son haqqhesabı alarkən məlumatı olmuş, lakin əmrin ləğv edilməsilə bağlı iddia ərizəsilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmiş, beləliklə, hər iki əmrə münasibətdə əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq (kəsici) müddəti ötürmüşdür.
14. Həmçinin, məhkəmə qeyd etmişdir ki, MMC-də idarəetmə onun təsisçilərinin ümumi yığıncağında seçilmiş şəxs (direktor) tərəfindən aparılır və o, Cəmiyyətin maliyyə, təsərrüfat və sairə məsələlərinin həll edilməsində məsuldur. Konkret halda, cavabdehin maliyyə vəziyyətində və hüquqi işlərin aparılmasında nöqsanlar m üəyyən edilmiş və şirkətin hüquq şöbəsinin və işçilərinin ixtisar edilməsi təklif edilmiş, MMC-nin direktoru isə bu təklifləri qiymətləndirərək xx.xx.2022-ci il tarixli, 10 saylı əmr imzalamışdır. Əmr imzalanan zaman mülki və ya əmək qanunvericiliyinin hər hansı tələbinin pozulması iş materialları ilə müəyyən edilməmişdir.
15. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixli əmrdə 5 ildən çox iş stajı olan iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi barədə azı 6 təqvim həftəsi öncə xəbərdarlıq edilmiş, o, əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə müəyyən iş günü əmək funksiyasından azad olunmuş, işdən azad edildikdən sonra isə son haqq-hesabını almışdır.
16. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyi pozulmamış, bu xüsusda əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilmişdir. İşin bu halları məhkəməyə təqdim edilən sənədlərlə sübut olunmuşdur.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91-2-cü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin “b” bəndi, 77-ci maddəsinin 1 və 2-ci, 296-cı maddəsinin 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi, habelə ap ellyasiya şikayəti üçün ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun bu xəbərdarlığın tərtib edilməsindən və əmək müqaviləsinə bu əsasla xitam verilməsindən ümumiyyətlə məlumatı olmamış və xəbərdarlıq məktubu sadəcə "görünüş" naminə hazırlanmışdır. xx.xx.2022-ci il tarixindən etibarən artıq başqa ünvanda yaşamış və həmin ünvanda rəsmi qeydiyyatda olmuşdur. Həmçinin xəbərdarlıq məktubunun məzmunu ilə əmək müqaviləsinə xitam verilməsi halı arasında da zidiyyət mövcuddur. Belə ki, cavabdeh əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam veriləcəyini qeyd etsə də, həmin tarixdə müqaviləyə xitam verilməmişdir. Bu da öz növbəsində bəhs edilən xəbərdarlıq məktubunun mə zmununda həqiqətə uyğun olmayan məlumatın əks etdirildiyini bir daha təsdiq etmiş olur. Bununla bağlı hüquq mühafizə orqanına müraciət edildiyini, araşdırma nəticəsində həmin bildirişin operator tərəfindən alındığını məlum olduğunu, bu barədə videogörüntülərdə də hər hansı imtina halının olmadığı aşkar olunmuşdur. Ümumiyyətlə, məktubların çatdırılması və onlardan imtina halı hər hansı sənədlə sübut olunmur. Eyni zamanda poçt qəbzində göndərişin çatdırıldığı və imtina edildiyi tarix və saat da qeyd edilməmişdir. Bütün bu hallar poçt qəbzlərinin qanunsuz olaraq tərtib edilməsini və iddiaçının poçt göndərişindən məlumatının olmaması ilə bağlı dəlillərini tam sübuta yetirir. Həmçinin, aktı imzalamış operator "Alib Express MMC”-nin qanuni təmsilçisi olmamış, ona dair sənədi olmamışdır. Bakı 6 s aylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/6 nömrəli arayışa əsasən o, xx.xx.2022-ci il tarixində mediasiya təşkilatına müraciət etmişdir. Belə olan halda mediasiya prosesi üçün tətbiq edilən müddət iddia müddətinə daxil edilməməli və iddia müddətinin axımı xx.xx.2022-ci il tarixində dayandırılmalı və xx.xx.2022-ci il tarixində müddətin axımı bərpa edilmiş hesab edilməli idi. Belə olan halda iddia ərizəsi xx.xx.2022ci il tarixinədək məhkəməyə təqdim edilə bilərdi. Hazirki halda iddia ərizəsi xx.xx.2022-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin iddia müddətini ötürülməsi ilə bağlı mövqeyi tamamilə əsassızdır. Ona ümumiyyətlə elektron poçt göndərilməyib. Bu elektron poçt yazışması cavabdeh tərəfindən saxtalaşdırılmaqla hazırlanaraq məhkəməyə təqdim edilib. Belə ki, hüquq şöbəsinin email ünvanlarına qoyulmuş qanunsuz məhdudiyyətlərlə bağlı cavabdehə rəsmi qaydada dəfələrlə (ən azı 25 ədəd) yazılı məktub göndərilmişdir. Faktiki olaraq ona məxsus elektron poçt ünvanları cavabdeh tərəfindən bloklanmışdır. Elekron poçt ünvanlarının idarə edilməsi və bu ünvanlara nəzarət edilməsi bilavasitə cavabdehin nəzarətində və səlahiyyətində idi. Elektron poçt vasitəsilə rəsmi xəbərdarlıq verilməsi qanunvericilik aktları baxımından da mümkün deyildir. Bu poçtun ona məxsus olan və onun elektron imzası (ASAN imza) ilə yaradılan elektron informasiya kabineti deyil, sadəcə cavabdehin nəzarətində olan elektron sistemdir. Onun kompüteri zor tətbiq edilməklə, əlindən alınmışdır. Bu baxımından da komputerdə olan email yazışmalarına və dig ər sənədlərə cavabdeh tərəfindən istənilən təhrif edilmiş məlumatların yazılması hər hansı şübhə doğurmur. Birinci instansiya məhkəməsi onun tətil etməsi hüququnun həyata keçirilməsi faktını və bununla bağlı qanunvericilik aktlarının tələblərini nəzərə almamış və onun tərəfindən məhkəməyə bu barədə təqdim edilmiş sübutlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Cavabdeh isə yaranmış əmək mübahisəsinin həll edilməsinə cəhd etməmiş, bu tətilin dayandırılması üçün danışıqlar aparmamış, bunun əksinə o, tətildə olduğu zaman AR ƏM-nin 295.5-ci maddəsinin aşkar tələbini pozaraq xx.xx.2022-ci il tarixində onun əmək müqaviləsinə qərəzli və qanunsuz olaraq xitam vermişdi. Buna baxmayaraq birinci instansiya məhkəməsi qanunvericilik aktının bəhs edilən normalarını nəzərə almamış, tətil keçirilməsi ilə bağlı onun xx.xx.2022-ci il tarixli yazılı izahatında qeyd edilən hallara və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlara ümumiyyətlə hər hansı qiymət verməmiş və bu barədə öz qətnaməsində hər hansı əsaslandırma aparmamışdır. Onun tərəfindən xx.xx.2022-ci il tarixli ərizə təqdim edilmiş, iddia tələbi dəyişdirilərək cavabdehin xx.xx.2022-ci il tarixli nömrəli 10 nömrəli əmrinin də ləğv edilməsi iddia tələbinə əlavə edilmişdir. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə ümumiyyətlə hər hansı münasibət bildirməmişdir. xx.xx.2022-ci il tarixli, 01 nömrəli əsassız təqdimatının məzmunu qeyri-müəyyən və abstrakt ifadələrlə sadəcə görünüş naminə formalaşdırılmışdır. Təqdimatın məqsədlərindən biri də maliyyə xərclərinə qənaət edilməsidir. Bu ifadə növbəti ümumi xarakte rli ifadə olaraq hansı xərclərə və hansı qaydada qənaət edildiyini müəyyən etməyə imkan vermir. Hansı maliyyə xərclərinə qənaət edilməsi qeyri-müəyyəndir və bu məlumat zəruri sənədlərlə əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi öz qətnaməsində xx.xx.2022-ci il tarixli 17 nömrəli akta istinad etmişdir. Həmin akta əsasən ona xəbərdarlığın edildiyi, lakin onun bu xəbərdarlığı almaqdan imtina etdiyi öz əksini tapır. Bu akt tamamilə əsassız sənəddir, belə bir hal baş verməyib və bu sənəd ona əmək qanunvericiliyinin tələbinə uyğun şəkildə rəsmi xəbərdarlıq edildiyini təsdiq edə bilməz. Buna baxmayaraq birinci instansiya məhkəməsi qanunsuz olaraq bu sənədi sübut qismində qiymətləndirmişdir. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli yazılı izahat və izahata qoşma olaraq müvafi q sübutlar təqdim edilsə də, bu sənədlərin qəbulu və ya rədd edilməsi barədə birinci instansiya məhkəməsi öz qətnaməsində hər hansı dəlil qeyd etməmişdir.
20. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, iddiaçı 07 fevral 2022-ci il tarixdə ştatların ixtisarı barədə məlumatlandırıldıqdan dərhal sonra öz qeydiyyat ünvanını dəyişmiş, bu barədə iş yerini məlumatlandırmamışdır. Şəxs bu barədə məlumatlandırıldıqdan sonra işə davamiyyətsizlik halları aşkar edilmişdir. İddiaçı ona məktubları çatdıran şirkətin ünvanına gedərək, ona məktubun çatdırılmaması barədə öncədən hazırladığı məktubları imzalanmasını tələb etmişdir. Bu barədə səs yazıları vardır. İstədiyi nəticəni almadıqda isə əsassız şikayətlər etməyə başlamışdır. Məqsədi təzyiq göstərərək, istədiyi nə ticəni əldə etmək olmuşdur. Məhkəmədə tətil barəsində heç bir ifadə işlədilmədiyini bildirsə də, o, həqiqtən tətil elan etməmişdir. Apellyasiya instansiya məhkəməsində iddianın əsasını dəyişməyə çalışmışdır. 28 mart 2022 və 04 aprel 2022-ci il tarixləri arasında iş yerinə gəlməmişdir. Bu barədə hazırki aktlar ərizəyə əlavə edilmişdir. O ştatların ixtisarı barədə məlumatlandırıldıqdan sonra müxtəlif qurumlara əsassız şikayətlər etmişdir. Əsas məqsədi ştatların ixtisarına mane olmaqdan ibarət olmuşdur. İddiaçı bu barədə X3rumuna müraciət etmişdir, işəgötürən barəsində yalnız məzuniyyət haqqının düzgün hesablanmaması ilə bağlı protokol tərtib edilmişdir. O, həqiqətən tətil elan etsə idi belə, bu hal işçinin ştatların ixtisarı əsası ilə işdən çıxarılmasına mane yaratmır. Əmək Məcəlləsində 79-c u maddəsində bununla bağlı heç bir qadağa yoxdur. Ümumiyyətlə işə davamiyyət göstərməyən, qeydiyyat ünvanını ixtisar günü dəyişən işçinin tətillə bağlı iş yerini məlumatlandırması da inandırıcı və məntiqli deyildir. Çünki həqiqətən fərdi əmək mübahisəsini tələb edən işçi iş yerinə gəlməli, tətillə bağlı işəgötürəni məlumatlandırmalı, real olaraq hansı əmək fünksiyasının icra etməyəcəyini bəyan etməli, tətil keçirilməsi ştatların ixtisarının son gününə təyin etməməli idi. Hətta işçi tətilə başlayacağını elan etdikdən sonra iş yerinə gəlməzsə və ya əmək funksiyasını icra etməyə davam edərsə, bu halda tətil elan etmiş sayılmır. Fərdi əmək mübahisəsinin siyahısı Əmək Məcəlləsində qeyd olunmuş, iddiaçı hansı fərdi əmək mübahisəsi olmasını qeyd etməmişdir. Çünki tərəflər arasında heç bir fərdi əmək mübahisəsi olmamışdır. Buna görə də iddiaçı formal əmək mübahisəsi görüntüsü yaratmışdır. Tətil elan etdiyi halda, 10 iş günü əvvəl işəgötürəni məlumatlandırmalı idi. O bununla bağlı 14 mart 2022-ci il tarixdə məlumatlandıracağı halda, tətilin başlanma tarixi 2022-ci ilin aprel ayının əvvəlinə düşməli idi. İddiaçı birinci instansiya məhkəməsində işə baxılan zaman 07 fevral 2022-ci il tarixə kimi qeydiyyatda olduğu ünvanda yaxın qohumunun yaşayıb-yaşamaması sualını cavablandırmaqdan yayınmış, apellyasiya instansiya məhkəməsində isə həmin ünvanda heç bir qohumu yaşamadığını qeyd etmişdir. İddiaçı məhkəməyə doğru məlumat verməkdən yayınmışdır. İddiaçı bu barədə şirkəti məlumatlandırdığını bildirmişdir, daha sonra şirkətin işçisi olduğu üçün buna ehtiyac duymadığını bildirmişdir. Tətil b arədə məlumatı oxuna bilməyən poçt qəbzi ilə bildirir. Həmin qeydi poçt əməliyyatçısı deyil, üçüncü şəxs etmişdir. O, əmək fəaliyyətindən yayınmış, ştatların ixtisarı barədə tam məlumatlı olmuş, ona həm poçt məktubu, həm də elektron poçt göndərilmişdir. Həmçinin, X5 də bu braədə məlumat verilmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 13 fevral 2023-cü il tarixli, 2(105)-314/2023 nömrəli qətnaməsi ilə (hakimlər: G.Cabbarova (sədrlik edən və məruzəçi), A.Süleymanova və S.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və kompe nsasiyanın ödənilməsi, dəymiş mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, cavabdeh müəssisəsinin hüquqşünas vəzifəsində işləyən iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli, KÇ 152 №li Əmrinin ləğv edilməsi, iddiaçının cavabdeh MMC-də tutduğu əvvəlki vəzifəsinə (hüquşünas vəzifəsinə) bərpa edilməsi və cavabdeh tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.
22. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisəsiz hallarından görünür ki, işçi qismində iddiaçı ilə işəgötürən qismində cavabdeh arasında xx.xx.2016-cı il tarixli əmək müqaviləsi bağlanılmış, iddiaçı hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, işəgötür ənin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixli Əmr əsasında ştatların ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilmişdir.
23. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu bildirmiş, cavabdeh isə iddiaçı ilə əmək müqvailəsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən qismində çıxış edən cavabdeh tərəfindən işçi iddiaçı ilə əmək müqaviləsinə ştatların ixtisarı əsası ilə xitam verilməsi zamanı əmək qanunvericiliyinin bir sıra normaları pozulsa da, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar aydınlaşdırılmamış, qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmişdir.
25. Belə ki, əmək qanunvericiliyində işəgötürənin t ərəfindən işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin hüququ kimi nəzərdə tutulmuşdur. Lakin qanunvericiliyin normalarının təhlilindən görünür ki, bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş və yerinə yetirilməsi məcburi olan bir sıra tələblərə riayət olunmalıdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməməsi imperativ norma kimi müəyyən olunmuşdur. Əmək qanunvericiliyində işəgötürən tərəfindən riayət olunması məcburi olan belə bir tələblərin nəzərdə tutulmasında əsas məqsəd işəgötürən tərəfindən formal olaraq bu əsaslara istinad etməklə işçilərin işdən çıxarılması hallarının qarşısının alınması, bununla da işçilərin məruz qala biləcəyi su-istifadə hallarından qorunmaqla, onların hüquqlarının müdafiə olunmasının təmin edilməsindən ibarətdir. Deməli, işəgötürən tərəfindən həmin tələblərdən hər hansı birinə əməl etmədən işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə zidd hesab olunur.
26. Həmçinin, əmək qanunvericiliyin təhlilindən görünür ki, işəgötürənin təşəbbüsü ilə işçilərin sayı və ya ştat ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilməsi üçün riayət olunması məcburi olan tələblərə- bu əsasla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması, işəgötürən tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş müvafiq tədbirlər görülməsi, qanunvericiliklə müəyyən olun muş müddətdə işçinin bu barədə rəsmi xəbərdarlıq edilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməli olması, işçiyə orta aylıq əmək haqqının ən azı iki misli miqdarında işdən çıxma müvainətinin ödənilməsi, bu əsasla əmək müqaviləsinə yalnız həmkarlar ittifaqının mütləq razılığı əsasında xitam verilməsi tələbləri aiddir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki mülki iş üzrə işəgötürən tərəfindən iddiaçı işçi ilə əmək müqaviləsinə ştatların ixtisarı əsası ilə xitam verilsə də, həmin ştatların ixtisarının zəruriliyi əsaslandırılmamış, bu hala dair heç bir sənəd müvafiq təqdimata əlavə edilməmiş, habelə məhkəmə prosesində də bununla bağlı heç bir sə nəd təqdim edilməmişdir. Müvafiq təqdimat və əmrdə qeyd olunan ştatların ixtisar edilməsi maliyyə xərcinin azladılması halı ilə əlaqələndirilsə də, həmin halı təsdiq edən heç bir mötəbər sübuta istinad edilməmişdir. Bundan əlavə, işəgötürən cavabdehin maliyyə xərcinin azaldılmasının məhz qeyd edilən ştatların ixtisar edilməsi ilə bağlı olması, bu halın başqa digər vasitələr və ya tədbirlər əsasında aradan qaldırılmasının mümkünsüzlüyü ilə bağlı halların müəyyən edilməsi ilə bağlı da heç bir mötəbər sübuta istinad edilməmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən işəgötürən tərəfindən qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi zamanı həmin halın əsaslandırılmasının zərurliyi imperativ norma kimi qeyd olunmuşdur. Bununla da, hazırki mülki iş üzrə işəgötürən cavabdeh tə rəfindən Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri pozulmuşdur.
28. Həmçinin, qeyd olunmalıdır ki, əmək qanunvericiliyinin tələbinə əsasən qeyd edilən əsasla işçi ilə əmək müqaviləsi ləğv edildiyi halda işçiyə bu barədə stajına uyğun olaraq xəbərdarlıq edilməli, xəbərdarlıq müddətində işçiyə iş axtarması üçün ən azı bir gün əmək funksiyasının icrasından azad edilməsi ilə bağlı tədbirlər görməsi işəgötürənin vəzifəsi kimi müəyyən edilmişdir. İndiki halda işəgötürən cavabdeh bu barədə iddiaçıya məktub göndərildiyini, iddiaçının öz təqsiri ucbatından həmin məktubun ona çatdırılmasının mümkün olmadığını əsas gətirərək, bu barədə işəgötürənin öz vəzifəsini icra etdiyini, əmək qanunveriicliyinin qeyd edilən tələbinə əməl etdiklərini bildirmişdir. Lakin məhkəmədə tədqiq edilmiş sənədlər əsas ında müvafiq əmr, habelə xəbərdarlıq məktubunun iddiaçı tərəfindən təhvil alınması halını da müəyyən etmək mümkün olmamışdır. Belə ki, işəgötürən cavabdeh tərəfindən müvafiq xəbərdarlıq məktubu iddiaçının rəsmi qeydiyyatda olduğu ünvan üzrə deyil, başqa ünvan üzrə göndərilmişdir. Bu hal isə öz növbəsində müvafiq məktubun iddiaçıya lazimi qaydada çatdırılması halını təkzib edir. Cavabdeh tərəfindən isə qeyd edilən halı təkzib edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə işəgötürən cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin də tələbləri pozulmuşdur.
29. Həmçinin, qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə işçi iddiaçı 28 mart 2022ci il tarixdən etibarən 10 iş günü müddətində təkbaşına tətil etməsi barədə işəgötü rənə xəbərdarlıq məktubu göndərmişdir, bu hal müvafiq qəbz, poçt məktubu və cavabdehin birinci instansiya məhkəməsində özünün verdiyi izahatı əsasında təsdiq olunmuşdur. Cavabdeh indiki halda bu halı təkzib etsə də, bunu texniki səhv kimi qiymətləndirsə də, həmin halı təkzib edən heç bir mötəbər sübuta istinad etməmişdi. İşəgötürən cavabdeh tərəfindən işçi ilə əmək müqaviləsinə işçinin təkbaşına tətil etdiyi müddətdə xitam verilmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən işinin təkbaşına tətil etdiyi müddətdə, əgər onun hərəkətləri qanunsuz hesab edilməmişdirsə, işəgötürən tərəfindən onunla əmək müqvailəsinə xitam verilə bilməz. Hazırki mülki iş ürzə iddiaçı işçinin təkbaşına etdiyi tətilini qanunsuz hesab edilməsi ilə bağlı işəgötürərin məhkəməyə hər hansı müraciət etməsi v ə bununla bağlı hər hansı məhkəmə qərarı mövcud olmamışdır. Deməli, indiki halda işəgötürən tərəfindən Əmək Məcəlləsinin 76.2, 295.5-ci maddəsinin tələbləri də pozulmuşdur.
30. Məhkəmə kolegiyası qeyd etmişdir ki, hazırki mülki iş üzrə cavabdeh işəgötürən tərəfindən iddiaçı işçi ilə əmək müqaviləsinə xitam verərkən, Əmək Məcəlləsinin 71.3, 77, 76.2, 295.5-ci maddəsinin tələblərinə əməl etmədiyi halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar aydınlaşdırılmamış, qeyd edilən hallara hüquqi qiymət verilməmiş, bununla da iş üzrə düzgün nəticəyə gəlinməmişdir.
31. Həmçinin, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi qətnamədə “”Engin LTD” MMC-nin maliyyə vəziyyətində və hüquq işlərinin aparılmasında nöqsanlar müəyyən edilmiş və Şirkətin hüquq şöbəsinin və işçilərinin ixtisar edilməsi təklif edilmiş, MMC-nin direktoru isə bu təklifləri qiymətləndirərək, xx.xx.2022-ci il tarixli, 10 saylı Əmr imzalamışdır” ifadələrini qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, müvafiq əmrin qeyd edilən hallarla əsaslandırılması özlüyündə ştatların ixtisar edilməsi anlayışının mahiyyətinə zidd olmaqla, onu zəruri edən hal kimi çıxış etmir, qeyd olunan hallar işçinin əmək funsiyasının lazımi qaydada icra edib-etməməsi baxımından əmək fəaliyyətinin qiymətləndirilməsi üçün əsas qismində çıxış edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə də düzgün əsaslandırma aparmayaraq, düzgün nəticəyə gəlməmişdir.
32. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə kəsici müddət qismin də Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilmiş müddəti tətbiq etməklə, iddia tələbinin rədd olunması qənaəti ilə razılaşmayaraq, hesab etmişdir ki, məhkəmə qeyd edilən hissədə də düzgün nəticəyə gəlməmişdir.
33. Belə ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.
34. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcə lləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddəti nin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin kəsici müddət qismində tətbiq etdiyi Əmək Məcəlləsinin 296-cı maddəsində ehtiva edilmiş müddət kəsici müddət deyil, iddia müddəti olmaqla, həmin müddət məhkəmənin öz təşəbbüsü əsasında deyil, məhz cavabdehin müvafiq ərizəsi əsasında tətbiq edilə bilərdi. İndiki halda isə hazırki mülki işin materiallarında cavabdehin qeyd edilən halla bağlı heç bir yazılı ərizəsi mövcud olmamışdır. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən müddətə kəsici müddət kimi qiymət verməklə, düzgün nəticəyə gəlməmişdir.
36. Həmçinin, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı yazılı ərizə olmasa da, bununla bağlı qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən qeyd edilən iddia müddəti də ötürülməmişdir. Belə ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr və əmək kitabçasını 08 aprel 2022-ci il tarixdə əldə etmiş, daha sonra mediasiya təşkilatına müraciət etmiş, 11 may 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mediasiya haqqında qanunvericiliyin tələbinə əsasən mediasiya prosesinin təbiqi iddia müddətinin axımını dayandırır. Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti ötürülməmiş, habelə birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən müddətə iddia müddəti qismində düzgün hüquqi qiymət veril məmişdir.
37. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki mülki iş üzrə işçi iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassız olduğundan, iddia tələbi əvəlki işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində əsaslı olmaqla, həmin hissədə təmin edilməlidir.
38. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin məzuniyyətə görə kompensasiya ödənilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, indiki halda iddiaçı əvvəlki işə bərpa edilməsi hissəsində təmin edildiyindən, işçi qismində iddiaçının bununla bağlı məsələni əmək münasibətləri (işçi-işəgötürən) çərçivəsində həll etmək hüququ yarandığından, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
39. Həmçinin, məhkəmə kollegiyası, iddia tələbi ştatların ixtisar edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, müvafiq əmr işəgötürənin hüququnun realizəsi qismində çıxış etdiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
40. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçı ona mənəvi zərərin vurulduğuna görə 50000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində də təmin olunmamalıdır.
41. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin1-ci, 69-cu maddəsinin 7-ci hissəsinə. 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 1-ci, 71-ci maddəsinin 3-cü, 77-ci maddəsini 13-cü hissələrinə, 78-ci maddəsinin 1-ci, 80-ci maddəsinin 1-ci və 2-ci, 270-ci maddəsinin 1-ci hissəsinə, 272-ci maddəyə, 282-ci maddəsinin 1-3-cü hissələrinə, 288-ci maddəsinin “a” bəndinə, 290-cı maddəsinin 1-ci hissəsinə, 292-ci maddəsinin 2-ci, 295-ci maddəsinin 1-8-ci hissələrinə, 296-cı maddəsinin 1-3-cü və 7-ci hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə, 301-ci maddəsinin 1-ci hissəsinə, “Mediasiya haqqında” Azərba ycan Respublikası Qanununun 35.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 78.1, 88, 217.3, 384.0.2, 385-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008- ci il tarixli, 07 saylı qərarının 2, 4, 8-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
42. Cavabdeh kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edə rək, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumiyyətlə hazırki iddia tələbinə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçı tətil etməsi ilə bağlı iddia ərizəsində bir cümlə belə bildirməmişdir. Çünki o, həqiqətən də tətil elan etməmişdir. Həmin şəxs sadəcə ştatların ixtisarı barəsində məlumatsız olmasını sübut edə bilmədiyindən, işə sonrakı məhkəmə iclaslarında baxılan zaman və apellyasiya instansiya icraatında iddianın əsasını dəyişməyə çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi isə qanunsuz olaraq həmin mövqeyi nəzərə alaraq iddianı əsassız olaraq təmin etmişdir.
44. Bundan əlavə, iş materiallarından aydın olur ki, ştatların ixtisarı üçün son tarix 28 mart 2022-ci il olm uşdur. İddiaçı isə göndərdiyini iddia etdiyi mətkubda da tətil elan etməyə 28 mart 2022-ci il tarixindən başlayacağını qeyd etmişdir. Açıq-aşkar görünür ki, şəxsin məqsədi ştatların ixtisarına süni maneələr yaratmaq olmuşdur. Tətil elan etməklə bağlı iddiaçı tərəfindən ona görə ərizə göndərilməmişdir ki, o, tətil keçirməklə bağlı ərizə verdiyi halda Əmək Məcəlləsinin 272-ci maddəsinin tələblərin əsasən 10 iş günü əvvəl işəgötürəni məlumatlandırmalı idi. Məlumatladıracağı halda isə tətilin başlanma tarixi ştatın ixtisarı tarixindən sonrakı tarixə, yəni 2022-ci ilin aprel ayına düşəcəkdi. Bu səbəbdən də iddiaçı bundan yayınmışdır.
45. Həmçinin, iddiaçı Əmək Məcəlləsinin 295-ci maddəsinin 5-ci bəndinə əsaslanaraq təkbaşına tətil zamanı işdən çıxarıla bilməməsini iddia etmişdir. Tətil barəsind ə məktubu isə SS kodu oxunula bilməyən, surəti iş materiallarına əlavə edilən və üzərində “tətil barədə xəbərd” sözü ilə poçt qəbzi ilə göndərdiyini qeyd etmişdir. Halbuki Azərpoçt MMC-nin 16 dekabr 2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, həmin qeydi (“tətil barədə xəbərd”) poçt əməliyyatçısı deyil, məhkəməyə məlum olmayan 3-cü şəxs icra etmişdir. Həmin (16 dekabr 2022-ci il tarixli) məktubda qeyd edilmişdir ki, ümumiyyətlə poçt əməliyyatçıları zərfin içərisində olan məktub barəsində heç bir məlumata malik olmurlar. Belə ki, Poçt haqqında qanunun 20-ci maddəsi buna imkan vermir. Yəni, poçt işçisi məktubun məzmunu barəsində məlumatlı ola bilməz. Əks halda həmin məktub oxunulmuş hesab edilərdi. Buna görə də, iddiaçı poçt qəbzinin üzərinə 3-cü şəxs tərəfindən “tətil barədə xə bərd” sözünü yazdırmaqla, həmin poçt əməliyyatçısı icra etmiş kimi məhkəməyə təqdim etmişdir. İddiaçı 23 fevral 2023-cü il tarixli məhkəmə iclasında ona poçt qəbzinin üzərindəki yazının kimin tərəfindən icra edildiyi barəsində verilən suala da cavab verməkdən imtina etmişdir. Buna görə də tətillə bağlı məktubun cavabdehə göndərilməsi faktı iş materialları ilə birmənalı və təkzib olunmaz sübutlarla inkar edilir.
46. Digər tərəfdən, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman əmri əsaslandıran sənədlərlə bağlı heç bir araşdırma aparılmamışdır. Yalnız apellyasiya instansiyası məhkəməsində 13 fevral 2023-cü il tarixdə araşdırma aparılan zaman həmin əmri əsaslandıran sənədlər mövcudluğu barədə sual verilmiş və tərəfindən buna cavab olaraq bildirilmişdir ki, vardır. Hətta həmin sənədlərin təqdim olunması üçün tərəfindən vəsatət verilərək əlavə vaxtın verilməsi xahiş olunsa belə, həmin vəsatət rədd edilmişdir. Hazırki kassasiya şikayətinə əlavə etdiyi "xxxx" MMC ilə cavabdeh arasında olan hüquqi xidmətin göstərilməsi barədə müqavilədən və iddiaçı ilə X2 əmək haqqı və digər ödəniş məbləğlərindən görünür ki, qeyd olunan müqavilə üzrə cəmi 3000 manat ödənildiyi halda, iddiaçıya 2499 manat, Məmmədov Əfqana isə 4865 manat əmək haqqı ödənilir. Bundan əlavə, həmin şəxslər üçün vergi və sosial ödənişlər də şirkət tərəfindən ödənilmişdir. Göründüyü kimi hüquqi xidmətin göstərilməsi ilə bağlı müqavilə üzrə cavabdehin Pravovoy Standard MMC-yə ödənişləri kommersiya maraqları baxımından kəskin şəkildə fərqlənir. Belə ki, əmrin iqtisadi əsaslarından ol an həmin müqavilə və ona əsasən tərtib olunmuş ödəniş qəbzlərindən aydın olur ki, cavabdeh peşəkar şirkətdən hüquqi xidmət almaqla öz maddi vəsaitini 60-65% qənaət etmişdir.
47. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı 07 fevral 2022-ci il tarixində ştatların ixtisarı barəsində xəbərdar edilməklə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 3 saylı Məşğulluq İdarəsinə də məlumat verilmişdir. Həmçinin iş yerində də iddiaçıya bildiriş təqdim edilmişdir. Məhkəmə həmin hissədə də səhvə yol verərək belə qərara gəlmişdir ki, ştatların ixtisarı barədə ancaq şəxsin yaşayış yeri vasitəsilə məlumat verilə bilərdi. Halbuki məlumatlandırma geniş anlayışdır və müxtəlif formalarda həyata keçirilə bilərdi. Həmçinin iş materiallarında olan etiraz və əlavə olunan s ənədlərdən görünür ki, iddiaçının 050 *** ** ** və 055 *** ** ** mobil nömrələrinə də whatsap sosial şəbəkəsi üzərindən də, ixtisar barədə məlumat vermişdir. Ümumiyyətlə cavabdeh ştatların ixtisarı barəsində iddiaçını iş yerində rəsmi qaydada məlumatlandırmış, işçinin məlum olan sonuncu yaşayış yerini rəsmi poçtla məktub göndərmiş, həmçinin işçinin elektron poçt ünvanına da məktub göndərmişdir. Yəni, işəgötürən ağlabatan şəkildə və bütün imkanlarından istifadə etməklə işçini məlumatlandırmışdır. Bütün bunlar bir daha sübut edir ki, hazırki iddiaçı ştatların ixtisarı barəsində tam, ətraflı məlumat əldə etmişdir. Həmçinin, qeyd etmək lazımdır ki, cavabdeh hüquqşünas kimi önəmli bir vəzifə daşıyan şəxsi məlumatlandırmadan ştatların ixtisarını etməzdi. Çünki bunun hüquqi nəticələrinin öncədən proqnoz edilməsi elə də çətin məsələ deyildi. Həmçinin, məlum olduğu kimi dövlət orqanının məlumatlandırılıb, iddiaçının məlumatlandırılmaması məntiqə sığan bir hal deyil.
48. Bundan başqa, göründüyü kimi, iddiaçı ilə birgə Cavabdeh MMC-nin digər işçisi X7 ilə əmək müqaviləsinə xitam verilmişdir. Sonuncu tərəfindən də həmçinin iddia ərizəsi verilərək, cavabdeh MMC-nin ştatların ixtisarı barədə əmrinin ləğv olunması ilə bağlı qətnamənin qəbul olunması xahiş olunmuşdur. Qeyd olunan iddia təmin olunmamışdır və sonra həmin qətnamədən Məmmədov Əfqan apellyasiya şikayəti vermişdir. Həmin iş apelyasiya instansiyası məhkəməsində olarkən iştirak edən hakimlərdən biri də Səyyad Qafari olmuşdur. Həmçinin hazırkı işdə, yəni iddiaçı tərəfindən eyni əmrin ləğv olunması barədə iddiası ilə bağlı məhkəmə i şində hakim Səyyad Qafari iştirak edən hakimlərdən biri olmuşdur. Mülki Prosessual Məcəllənin müvafiq normalarından göründüyü kimi hakim Səyyad Qafari Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-314/2023 saylı işində iştirak edə bilməzdi və özü-özünə etiraz etmək vəzifəsi daşıyırdı. Lakin buna baxmayaraq qeyd olunanlarla bağlı məhkəmə kollegiyası tərəfindən heç bir tədbir görülməmişdir.
49. İddiaçının ştatların ixtisarı barədə məlumatlı olmasını sübut edən hallardan biri də odur ki, Lider Vəkil Bürosu tərəfindən 18 yanvar 2022-ci il tarixli xx-xx/0376 nömrəli məktub Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyiə daxil olmuşdur. Həmin məktubda iddiaçı ştatların ixtisarı bağlı ƏƏSMN-dən məlumatlar istəmişdir. Bu da onu göstərir ki, ixtisar olunan işçilər cavabdeh ilə Pravovoy Standar MMC arasında hüquqi xidmətə daxir müqavilə bağlandığını öyrəndikləri andan ştatların ixtisarı barədə prosedurun araşdırılmasına artıq başlamışdırlar. Əgər həqiqətədən də həmin şəxs bu barədə məlumatsız olsalar idi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu barədə sorğu verməz və məlumatların toplanması proseduruna başlamazdı. Qeyd olunanlar onu göstərir ki, iddiaçı elə görüntü yaratmağa çalışır ki, guya ştatların ixtisarı barədə məlumatsız olmuşdur. İddiaçının qeyd etdiklərinin əsassız olduğunu təsdiq edən digər sübut bundan ibarətdir ki, 07 fevral 2022-ci il tarixində ştatların ixtisarı barədə məlumatlandırıldıqdan dərhal sonra o, cavabdeh barəsində dövlət orqanlarına, yəni Baş Dövlət Yol Polisi İdarəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinin X13 Xidməti nə, Baş Prokurorluğa, Nizami rayon Prokurorluğuna, İqtisadiyyat Nazirliyinə və s., hətta təsisçiyə belə müraciətlər etmişdir. Həmin şəxs dəfələrlə Engin LTD MMC-də qanunsuzluqların olması barədə müraciətlər göndərmişdir. Ümumiyyətlə iddiaçı cavabdehə göndərdiyi məktubları 1 fevral 2022-ci ildən başlasa belə, məktubların qəbzləri 08 fevral 2022-ci il tarixindən başlayır, iddiaçı unudur ki, məktubunda 01 fevral 2022-ci il yazılsa belə, poçt xidməti onu 08 fevral 2022-ci il tarixi ilə təqdim edir. Həmçinin onun Azərpoçtun sürətli poçt xidməti YMS vasitəsilə göndərdiyi məktublarda bilərəkdən özünün yaşadığı ünvanı qeyd etməmiş, yəni ştatların ixtisarına süni maneələr yaratmağa çalışmışdır.
50. Həmçinin, birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçıya sual verilmişdir ki, “siz qey diyyat yerini dəyişməyinizlə bağlı məlumat veribsinizmi?”, lakin iş materiallarından göründüyü kimi həmin şəxs bildirmişdir ki, “mən həmin şirkətin işçisi olduğum üçün buna ehtiyac duymadım”. Buna baxmayaraq, 14 dekabr 2022-ci ildə işə baxılan zaman iddiaçı bildirmişdir ki, guya o həmin sənədləri təqdim etmişdir. Bundan sonra, iddiaçı yenidən bildirmişdir ki, onun belə bir öhdəliyi yox idi. Göründüyü kimi şəxsin məhkəməyə özü-özünü təkzib edən məlumatlar verilməsinə baxmayaraq, məhkəmə qeyd olunanlardan heç birini nəzərə almamışdır. Bundan əlavə, iddiaçı ona ştatların ixtisarı barədə məktubu çatdıran "xxxx" MMC ilə bağlı bildirmişdir ki, həmin şirkətlə bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma gedir. Lakin Nəsimi rayon Polis İdarəsi dəfələrlə onun tərəfindən göndərilmiş şikayətlərlə ba ğlı cinayət işlərinə dəfələrlə xitam vermişdir. Bu da onu göstərir ki, iddiaçı nə qədər ona təqdim olunan sənədlərin poçt qəbzlərinin saxtalaşdırılması barədə şikayət versə də, iş üzrə yekun məhkəmə qərarı olan Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, bu hissədə heç bir pozuntuya yol verilməmişdir. Məmmədov Əfqan və iddiaçı ştatların ixtisarı barədə guya onlara heç bir məlumatın verilməməsi ilə bağlı "xxxx" MMC-nin əməkdaşları ilə görüşlər aparmış, “Afgan Holding” iş mərkəzinə gedərək şirkətin köhnə direktoru X8 ilə görüşmüşdürlər. X18 Xətai rayonunda, Əhmədli metrostansiyasının yaxınlığında olan “Coffemania” adlı restoranda X8 ilə görüşərək ondan guya ştatların ixtisarı barədə verilən məktubların əsssız olması ilə bağlı məktub verməsini tələb etmişdirlər. Bununla bağlı iddiaçının səs yazıları hazırki iş materiallarına da əlavə olunmuşdur. Lakin, iddiaçı hazırda elə bir görüntü yaratmağa çalışır ki, guya ştatların ixtisarı barədə onların heç bir məlumatı olmamışdır.
51. Digər tərəfdən, birinci instansiya məhkəməsində işə baxılan zaman tərəfindən iddiaçıya sual verilmişdir ki, “siz ştatların ixtisarı elan olunduqdan, yəni 07 fevral 2022-ci il tarixindən sonra iş davamiyyət göstərmisiniz ya yox”. Qarşı tərəf həmin suala cavab verməkdən yayınaraq, bu hissəni tam xatırlamadığına dair məlumat vermişdir. 07 fevral 2022-ci il və 04 aprel 2022-ci il tarixləri arasındakı dövr üzrə birinci instansiya məhkəməsinə təqdim etdiyi işçilərin davamiyyət cədvəlindən, həmçinin tərəfindən hər hansı bir fiziki və ya texniki müdaxilə imkanı olmayan giriş-çıxışın qeydiyyatı barədə sistemd ən çıxarışdan da (turniketdən) görünür ki, iddiaçı 9 saatlıq iş rejiminə ümumiyyətlə əməl etməmiş, bəzi günlər ümumiyyətlə işə gəlməmişdir. Bununla bağlı həmin şəxsə aktların da Ştatların ixtisarı barəsində xəbərdar edildikdən sonra şirkət barəsində müxtəlif qurumlara əsassız olaraq çoxsaylı şikayət etməklə bərabər əmək funksiyalarının icrasından yayınsa belə, cavabdeh tərəfindən humanistlik göstərilərək, onun barəsində hər hansı bir intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbir görülməmişdir.
52. İşdən çıxarıldıqdan sonra iddiaçı ştatların ixtisarı proseduru barədə məlumatsız olması əsası ilə məhkəməyə müraciət etmişdir. O,apellyasiya instansiya məhkəməsində isə iddianın əsasını dəyişərək tətil dövründə işdən çıxarıldığını bildmişdir.
53. Nəzərdən keçirilən situasiyada işçi ilə bağ lanmış əmək müqaviləsinin əvvəlki şərtlərinin saxlanmasına obyektiv surətdə maneçilik törədən hallar nəzərə alınmaqla, onunla əmək münasibətlərinin davam etdirilməsinin mümkün olmamasına və əmək müqaviləsinin pozulmasına səbəb olur.
54. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə işçilərin sayı və ya ştatları ixtisar edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir.
55. Əmək Məcəlləsinin 11-ci maddəsinin ə) bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin birbaşa hüququdur. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürənin bu hüququnun həyata keçirilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.
56. Ümumiyyətlə işçi öz qeydiyyat ünvanını dəyişdiyi halda iş yerini məlumatlandırmadığı hallarda işəgötürənin hər işdən çıxarılan işçinin sonuncu qeydiyyat ünvanını müəyyən etmək vəzifəsini yarada bilməz. 800 nəfər işçisi olan Engin LTD MMCnin texniki olaraq, belə bir imkanı da yoxdur.
57. Məlum olduğu kimi, işçilərin sayının və ya ştatlarının ixtisarı işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin daha çox rast gəlinən əsasıdır, çünki bazar istehsal- iqtisadi münasibətləri işəgötürəndən daim onun müəssisəsinin rəqabət qabiliyyətli olmasını, daim təkmilləşdirmə aparılmasını və əmək məhsuldarlığının yüksəldilməsini, hər bir işçinin səmərəli işləməsini tələb edir. Əslində, səmərəsiz, yaxud az səmərə ilə işləyən işçilərin işdən çıxarılmasının mahiyyəti və iqtisadi mənası məhz bundan ibarətdir. Beləliklə, geniş aspektdə ştatların ixtisan üzrə işçilərin işdən çıxanlmasının iqtisadi əsasları mövcuddur.
58. Belə bir həqiqət hamıya məlumdur ki, çox vaxt işçilərin sayının ixtisarı istehsalın həcminin azalması ilə əlaqədar və ya onun texniki modernləşdirilməsi, yaxud daxili struktur yenidənqurulması ilə əlaqədar həyata keçirilir ki, bu zaman işçilərin artıq hissəsi işdən çıxarılır.
59. Onu da qeyd edək ki, ştatların ixtisarı müəssisənin idarəetmə, yaxud texniki personalının daxili strukturunun dəyişdirilməsinə yönələn təşkilati tədbir olub, yalnız ayrıayrı struktur vah idlərin ləğvini deyil, həm də yeni funksiyalara malik yeni idarəetmə vahidlərinin yaradılmasını nəzərdə tuta bilər.
60. Hüquqi baxımdan, daha dəqiqi, qanunçuluq prinsipi baxımından işçilərin sayının və ya ştatlarının ixtisarı zərurəti sırf iqtisadi təzahür faktı kimi mövcuddur.
61. Qanunun mahiyyətindən də, göründüyü kimi tətil yalnız əmək şəraitinin işçinin ziyanına dəyişdirilməsi halında həyata keçirilə bilər. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildikdə, habelə xitam prosesinin sonlarında tətil keçirilməsi hüquqdan sui-istihadə hesab edilməlidir.
62. Tətilin elan edilməsi və keçirilməsi üçün əsas qismində çıxış edə biləcək iki müstəqil hüquqi fakt aydın surətdə nəzərə çarpır. Birincisi, kollektiv mübahisə nəticəsində barışdırıcı prosedurlardan istifadə nəticəsində əldə olunm uş qərarın icrasının əsassız surətdə uzadılması faktı, ikincisi, işəgötürənin əldə edilmiş razılaşmanın şərtlərin lazımi surətdə icra etməməsi faktı nəzərdə tutulur.
63. Qeyd olunmalıdır ki, tətilin qanunsuz hesab edilməsi barədə məhkəməyə müraciət etmək işəgötürənin hüququdur. Yəni məhkəməyə müraciət edilmədiyi halda, AR ƏM-in tələbləri pozulmaqla keçirilən tətil qanuni keçirilən tətil hesab edilməməlidir. Əks halda işçilər tətil hüququndan sui-istifadə edə, işəgötürənin hüquqları isə formal xarakter ala bilər.
64. Qeyd edək ki, tətilin ilkin prosedurlar olmadan keçirilməsi halında hər hansı şəraitdə tətil elan edilməsi proseduruna riayət olunması məcburidir. AR ƏM-in 272-ci maddəsinə görə, tətilin başlanmasına ən geci 10 iş günü qalmış əmək kollektivi və ya həmkarlar ittifaqı orqanı işəg ötürənə tətil keçiriləcəyi barədə yazılı məlumat verməlidir. Kortəbii, yəni sanksiyalaşdırılmamış tətillər başlanğıcdan qanunsuz hesab olunur.
65. Odur ki, işçi tətil hüququnu əsas gətirməklə məhkəməyə müraciət etdiyi təqdirdə məhkəmələr ilk növbədə tətilin AR ƏM-nin tələblərinə riayət edilməklə keçirilməsini yuxarıda sadalanan əsaslar üzrə müəyyən etməlidirlər.
66. Əlavə olaraq qeyd etmək lazımdır ki, hazırki iş üzrə hüquqda sui-istifadə halının olub- olmaması halına da xüsusi diqqət etmək lazımdır.
67. Əmək Məcəlləsinin 295.5-ci maddəsindən işçinin sui istifadəsi halında artıq məhkəmə qərarına ehtiyyac yarana bilməz. Belə ki, bu halda işçinin hüququdan suiistifadəsi zamanı Əmək Məcəlləsinin 295.5-ci maddəsi ilə Mülki Məcəllənin 16.1-ci maddəsi eləcə də, Konstitusiyamızın 24-cü və 80-ci m addələri ziddiyyət təşkil etmiş olacaqdır ki, bu halda da Əmək Məcəlləsi tətbiq edilə bilməz.
68. Əlavə olaraq bildirirəm ki, işçinin tətil barədə iş yerinə məktub ünvanladıqdan sonra ümumiyyətlə iş yerinə gəlməməsi, eləcə də, Əmək Məcəlləsinin 272-ci maddəsinin tələblərini pozaraq 10 iş günü deyil 4 iş günü sonra tətilə başlayacağı halda Əmək Məcəlləsinin 295.5-ci maddəsinin tələbləri tətbiq edilə bilməz. Əks halda bu tərəflərin bərabərliyi prinsipinin pozulması ilə yanaşı ətil hüququndan sui-istifadəyə şərait yaradan hal olacaqdır.
69. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin 3-cü bəndi, 80-ci, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78, 79, 270.7, 272, 288, 295.5-ci, Azərbaycan Respublikasının “Poçt haqqında” Qanunun 20-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 19.1.3, 21, 76, 77, 88, 106, 418.1, 418.3-cü maddələrinə də istinad etməklə əsaslandırmışdır.
70. İş üzrə 16 avqust 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni müdafiə edərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
71. İddiaçı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin kassasiya şikayətinin dəlillərinin onun tərəfindən apellyasiya şikayətinə dair təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil etdiyini və işin bilavasitə hallarının araşdırılmasına yönəldiyini aydın şəkildə görmək olar. Bundan əlavə bu kassasiya şikayətində qeyd edilənlər Əfqan Məmmədov ilə bağlı 2(102)-1437/2023 nömrəli iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş kassasiya şikayətinin dəlilləri ilə də tam eynilik təşkil edir. Cavabdeh formal kassasiya şikayəti təqdim etməklə də kifayətlənməyərək AR MPM-nin 78.1-ci, 372.2-ci, 380.1-ci və 416.1-ci maddələrinin tələblərinə məhəl qoymamaqla araşdırılması üçün kassasiya instansiyası məhkəməsinə yeni saxta və əsassız sənədlər təqdim etmişdir ki, bu qəbuledilməz və absurd bir haldır. Belə dəlillər və sənədlər kassasiya instansiya məhkəməsinin araşdırma predmetini təşkil etmir.
72. Belə ki, hazırki əmək mübahisəsi üzrə iddiaçı tərəfindən edilmiş tətil ilə əlaqədar cavabd eh bir neçə diskresion hüquqlara malik olmuşdur. O, iddiaçı tərəfindən elan edilmiş tətilin bitməsini gözləyə bilərdi və ya məhkəməyə müraciət edə, pozuntu təsdiqini tapacağı halda isə hətta iddiaçını intizam məsuliyyətinə cəlb etməklə onun əmək müqaviləsini AR ƏM-nin 70-ci maddəsinin c bəndinə əsasən xitam verə bilərdi. Lakin cavabdeh bu hərəkətlərin heç birini etməmişdir. Digər tərəfdən AR ƏM-nin 295.5-ci maddəsinin məhdudlaşdırıcı, yəni dar mənada tətbiq edilməsi və onun yalnız tətil hüququ ilə əlaqələndirilməsi işçinin təkbaşına tətil etmək hüququnu əhəmiyyətsiz və mümkünsüz edərdi. Eyni zamanda tətil edilən müddətdə işçinin əmək müqaviləsinə xitam verilməsi onun tətilinin başa çatdırılmasına maneə ola və bu yolla tətil hüququnun məhdudlaşdırılmasına səbəb olur ki, bu da öz növbəsində AR Konstitusiyasının 36.2-ci, Avropa Sosial Xartiyasının 6-ci, AR ƏM-nin 18.1-ci və 295.3-cü maddələrinin tələblərinin kobud surətdə pozulması deməkdir.
73. Bununla yanaşı iş materiallarına əlavə edilən AR ƏƏSMN-nin xx.xx.2022-ci il tarixli məktubunda tətil keçirdiyi müddətdə işçinin əmək müqaviləsinin ləğv edilməsi halının əmək qanunvericiliyinin pozulması hesab edildiyi bir daha təsdiqlənmişdir.
74. Həmçinin, iddiaçı mümkün ağlabatan müddətdə, yəni 14 gün əvvəlcədən cavabdehə tətilin keçirilməsi barədə şifahi və rəsmi qaydada yazılı məlumat vermişdir. Eyni zamanda məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunda və həmin iclasın audio-video görüntüsündə cavabdehin tətil barədə xəbərdarlığı əldə etməsi halı aşkar surətdə etiraf edilmişdir.
75. Kassasiya şikayətində qeyd edilən dəl illər arasında da bir çox ziddiyyətli məqamlar vardır. Belə ki, cavabdeh bir tərəfdən SS kodu oxuna bilinməyən poçt qəbzinin olduğuna istinad edir, digər tərəfdən həmin zərfin surətini və SS koduna aid məlumatları özü məhkəməyə təqdim edərək daha əvvəl qeyd etdiyini təkzib edir. Cavabdehin bütün fəaliyyəti və əsaslandırmaları ziddiyyətli və bir-birini təkzib edən əsaslara söykənir.
76. Bundan başqa, hazırki halda Əfqan Məmmədovun və iddiaçının işləri eyni hüquqi əsaslara malik olsa da, eyni nömrəli mülki iş olmamış və bu işlərə müstəqil işlər kimi məhkəmələr tərəfindən ayrı-ayrılıqda baxılmışdır. Digər tərəfdən, Əfqan Məmmədovun işi üzrə 2(105)-2183/2022 nömrəli qətnamə xx.xx.2022-ci il tarixində, hazırki iş üzrə qətnamə isə xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Bu baxımdan cavabd eh hansı hakimin hansı işdə iştirak etməsi ilə bağlı məlumata malik idi. Belə olan halda cavabdeh AR MPM-nin 21-ci və 47.2-ci maddələrinə uyğun olaraq hakimə etiraz edə bilərdi. Lakin cavabdeh hər hansı hakimə etiraz etməmiş və bu barədə məhkəməyə ümumiyyətlə, hər hansı narazılığnı bildirməmişdir.
77. Eyni zamanda, iddiaçı əmək müqaviləsi üzrə işçi olmaqla yanaşı, həm də müstəqil olaraq vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Hətta bu barədə tərəflər arasında əmək müqaviləsinə xx.xx.2018-ci il tarixli Əlavə hazırlanmış və onun müstəqil vəkillik fəaliyyətinin həyata keçirilməsinə maneçilik və müdaxilə törədilməməsinə cavabdeh tərəfindən təminat verilmişdir. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə iddiaçıya qarşı həyata keçirilmiş zorakılıq hərəkəti nəticəsində əlindən zorla alınmış komput erdə iddiaçının vəkillik fəaliyyətinə aid konfidensial və toxunulmaz məlumatları qanunsuz olaraq ələ keçirilmişdir. Bu qanunsuz sənədlər əsasında cavabdehin vəkili tərəfindən işə aidiyyəti olmayan məlumatlar əldə edilmiş və hazırki iş üzrə onların istifadəsinə cəhd edilmişdir. Vəkil sorğusunun tarixinə diqqət yetirilsə, onun hazırki əmək mübahisəsi ilə hər hansı əlaqəsinin olmadığnı aydın görmək olar.
78. Yenidən qeyd edim ki, cavabdehin xx.xx.2022 –ci il tarixli nömrəli 10 nömrəli " Engin LTD MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı " əmrinə əsasən şirkətin Hüquq Şöbəsi qanunsuz və qərəzli olaraq ləğv edilmiş, həmin Şöbənin müdiri Əfqan Məmmədovun və həmin Şöbənin işçisi olan iddiaçının əmək müqavilələrinə qanunsuz xitam verilmişdi.
79. Nəticəd ə hər iki işçi tərəfindən müvafiq iddia ərizəsi ilə ayrı-ayrılıqda məhkəməyə müraciət edilmişdi. Eyni hallar ilə bağlı digər mülki iş - Əfqan Məmmədovun işi üzrə AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1437/2023 nömrəli qərarı qəbul edilmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmaqla faktiki və hüquqi cəhətdən analoji hallara münasibətdə kassasiya instansiyası məhkəməsi artıq öz hüquqi mövqeyini ifadə etmişdi.
80. Bu baxımdan AR Konstitusiya Məhkəməsi Plenumu V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli Qərarlarında haqlı olaraq qeyd etmişdir ki, faktiki və hüquqi cəhətdən analoji hallara münasibətdə məhkəmənin artıq formalaşmış məhkəmə təcrübəsindən fərqli yanaşması Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxarır.
81. Eyni zamanda AR Prezidentinin " Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında " 3 aprel 2019-cu il tarixli 604 nömrəli Fərmanının 3.2-ci və 6.1ci bəndlərinə əsasən eyni hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək, habelə vahid məhkəmə təcrübəsini formalaşdırmaq AR Ali Məhkəməsinə tövsiyyə olunmuşdu.
82. Bu səbəbdən hazırki işə baxılarkən faktiki və hüquqi cəhətdən analoji hallara dair AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1437/2023 nömrəli qərarı mütləq qaydada nəzərə alınmalıdır.
83. Cav abdehin kassasiya şikayəti ümumi ifadələrlə yazılmış və məhz işin faktiki hallarının araşdırılmasına yönəlmişdir. Şikayətçi işin məhkəmə tərəfindən artıq müəyyən olunmuş hallarından çıxış edərək, öz mövqeyini yalnız maddi və prosessual hüquq normaları baxımından əsaslandırmalıdır.
84. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun " M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016- cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair " 12 iyun 2017-ci il tarixli qərarına əsasən kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apelyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübu t kimi qəbul edə və qiymətləndirə bilməz, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini müəyyən edir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı.
85. Kassasiya instansiyası məhkəməsi yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edildiyini yoxlamalıdır. Bu baxımdan hazırki etiraz da faktiki halların aydınlaşdırılmasına və ya araşdırılmasına deyil, məhz apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edi lmiş hallar və qəbul edilmiş sübutlar üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin müzakirəsinə həsr edilmişdi.
86. Cavabdehin kassasiya şikayətinə əlavəsində qeyd edilmişdir ki, xx.xx.2022ci il tarixli 10 nömrəli əmr iddiaçıya təqdim edilmişdi və daha sonra bu əmrin qəbul edilməsindən imtina edilməsi barədə akt tərib edilmişdi. Halbuki, cavabdehin qanunsuz olaraq tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktda iddiaçının guya xəbərdarlıq məktubunu qəbul etməkdən imtina etdiyi qeyd edilmişdi. Cavabdehin təqdim etdiyi məlumatlarda belə bir ziddiyyətin səbəbi bütün sənədləşmənin qanunsuz olaraq tərtib edilməsi və vahid fikrin olmaması, kortəbii şəkildə özününmüdafiə xarakterli dəlillərin gətirilməsidir.
87. Habelə, iş materiallarından da aydın göründüyü kimi iddiaçı t ərəfindən birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixli yazılı izahat təqdim edilmiş, həmin izahatda digər əsaslar ilə yanaşı tətil hüququnun pozulması ilə bağlı məsələlərə geniş şəkildə toxunulmuş, habelə iş materiallarının 254-cü səhifəsinə əlavə edilmiş məhkəmə iclasının video-audio görüntüsünə və iclas protokoluna əsasən cavabdeh bu yazılı izahatın nəzərə alınmasını məhkəmədən açıq şəkildə xahiş etmiş, eyni zamanda iş materiallarının 257-ci səhifəsinə əlavə edilmiş məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunda və həmin iclasın audio-video görüntüsündə cavabdeh tətil barədə xəbərdarlığın əldə edildiyini aşkar surətdə etiraf etmiş və tərəflər arasında tətil hüququnun həyata keçirilməsi ilə bağlı sual-cavab formasında dialoq həyata keçirilmişdi.
88. Digər tərəfdən hətt a iddiaçı iddiasının hüquqi əsasını apellyasiya instansiyası məhkəməsində dəyişdirməyə cəhd etmiş olsaydı belə, bu maddi hüquq normasının pozulmasına səbəb olmayacakdı. Belə ki, AR MPM-nin 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Cavabdehin bu dəlili tamamilə əsassızdır.
89. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən qanunsuz olaraq ələ keçirilən, habelə təhrif edilən vəkil sorğusunun hazırki işə hər hansı aidiyyəti olmamışdır. Cavabdehin israrla bu qanunsuz sənədi kassasiya mənhkəməsinə təqdim edərək hansı nəticəyə nail olmaq istəyi tamamilə uğursuzdu.
90. Kassasiya şikayətinə əlavənin 18-ci səhifəsində Milli Məclisə tövsiyyədən, 10-cu səhifəsində isə işçinin ixtisar edilməzd ən qabaq ən azı iki ay əvvəlləcədən xəbərdar edilməsindən bəhs edilir. Yəni, bu əlavə qeyri-müəyyən halları və aidiyyətsiz məsələləri özündə əks etdirir.
91. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən rəsmi xəbərdarlığın əldə edilmədiyini müəyyən etmişdir. Bu hala münasibətdə məhkəmə AR ƏM-nin 71.1-ci, 77-ci və 300.1-ci maddələrini tətbiq etmişdi. Yəni, kassasiya məhkəməsi bu maddi normalarının düzgün tətbiq edilib-edilmədiyini yoxlamalıdır. Başqa sözlə desək, rəsmi xəbərdarlığın iddiaçıya çatdırılıb –çatdırılmadığını müəyyən etmək kassasiya instansiyası məhkəməsinin baxış predmetinə daxil deyildi.
92. Rəsmi xəbərdarlığa dair kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini X14 LTD MMC-yə qarşı işi üzrə xx.xx.2023-cü il tarixli 2(102)-1437/2023 nömrəli, X11 LTD MMC-yə q arşı iş üzrə xx.xx.2021-ci il tarixli 2(102)-3450/2021 nömrəli, habelə xx.xx.2023-cü il tarixli 2(102)-1264/2023 nömrəli və digər anoloji qəralarında dəfələrlə ifadə etmişdi.
93. Rəsmi xəbərdarlıqla bağlı cavabdehin kassasiya şikayətinə əlavəsinin 8-9cu səhifələrində məlumat qeyd edilir. Bunun üçün hətta cavabdeh AR ƏM-nin 77.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş rəsmi xəbərdarlıq anlayışına izahli lügət baxımından da yanaşmış və xəbərdarlıq anlayışının mənasını izah etməyə cəhd etmişdi. Lakin cavabdehin yayınmaq istədiyi məqamı aydın şəkildə görmək olar: bu maddədə qanunverici hər hansı qaydada xəbərdarlıq etməni deyil, məhz rəsmi xəbərdarlığı imperativ tələb olaraq nəzərdə tutmuşdu. Rəsmi və qeyri-rəsmi sözlərinin də izahlı lüğət baxımından aydınlaşmasına məncə lüzum yoxdu r.
94. Digər məqam rəsmi xəbərdarlığın işçiyə göndərilməsi ilə bağlıdır. Cavabdeh hesab edir ki, rəsmi xəbərdarlıq işçiyə göndərildikdə işəgötürən AR ƏM-nin 77.1-ci maddəsi ilə müəyyən edilmiş vəzifəsini icra etmiş olur. Halbuki maddənin dispozisiyasında rəsmi xəbərdarlığın göndərilməsi deyil, işçinin rəsmi xəbərdar edilməsindən bəhs edilir. Başqa sözlə desək, işəgötürən işçiyə məktub göndərdiyini deyil, məhz onu rəsmi xəbərdar etdiyini, yəni rəsmi xəbərdarlıq məktubunu işçinin aldığını və ya onu almaqdan imtina etdiyini sübut etməlidir.
95. İşəgötürən iş yerində işçiyə rəsmi xəbərdarlıq məktubunu təqdim edərkən işçi ona imza atmalıdır. İşçi imza atmaqdan imtina edərsə, bu zaman məhz işçinin iştirakı ilə akt tərtib edilməli. həmin aktla işçinin tanış olmaq və ona qeydlər etməklə imzal amaq imkanı nəzərdə tutulmalı, habelə həmin aktın da surəti işçiyə iş yerində və ya poçt vasitəsilə təqdim edilməlidir. Keçmiş tarixlə, işçinin iştirakı və məlumatı olmadan, aktı imzalamadan və aktla tanış edilmədən, hətta sonra da surəti işçiyə təqdim edilmədən və iddiaçı ilə şəxsi qərəzli münasibətdə olan işçilər tərəfindən bəlli olmyan məkanda mövcud olmamış hadisə barəsində tərtib edilmiş akt işçiyə rəsmi xəbərdarlıq edildiyini təsdiq edən sübut qismində çıxış edə bilməz və bu sadəcə kağız parçasıdır. Eyni zamanda cavabdeh elektron informasiya vasitələri ilə rəsmi xəbərdarlıq məktubunun göndərilməsi məsələsinə toxunur. AR MPM-nin 89.2-ci maddəsi bəhs edilən məsələni tənzimləyir. Cavabdehə məxsus, onun nəzarətində olan və onun tərəfindən bloklanmış email ünvanına keçmiş tarixlə hər hansı yazının göndərilməsi işçinin rəsmi xəbərdarlıq aldığını ifadə edə bilər ? Absurd iddiadır. Yaxud da əmək müqaviləsinin ləğv edilməsinə 5 gün qalmış işçinin işlətmədiyi telefona vatsap yazısının göndərilməsi və bu yazının qəbulunun nəticəsi təsdiqlənməyən halda iddiaçının rəsmi xəbədarlığı əldə etməsi hesab edilə bilərmi?. Qeyd edilənlərin əksinə olaraq, işəgötürən mümkün bütün vasitələrlə işçini rəsmi xəbərdar etməmişdi, sadəcə mümkün saxta vasitələrlə qanunsuz ixtisar prosesini maksimum qanuni zahiri formaya uyğunlaşdırmağa uğursuz cəhd etmişdi.
96. Şübhəsiz ki, rəsmi xəbərdarlıq edilməsi bu xəbərdalığın rəsmi qaydada əldə edilməsini tələb edir. İşçinin rəsmi qeydiyyat (yaşayış) ünvanına belə xəbərdarlığın göndərilməməsi, bunun əvəzində ona aid olmayan ünvanlara məktub göndəril məsi nə hüquqa, nə də məntiqə uyğun deyildi. Belə ki, " Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.
97. Cavabdeh birinci instansiya məhkəməsinə MAPS arayışı təqdim etmişdi. Yəni, şəxsin rəsmi yaşayış yeri barədə MAPS arayışı alınmalı olduğunu bilir və ya bilməli idi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 134512 nömrəli poçt qəbzindən aydın göründüyü kimi cavabdeh tərəfindən iddiaçının yaşadığı yeni ünvanına xx.xx.2022ci il tarixində məktub göndərilmişdir. Yəni, cavabdeh iddiaçının yaşayış yerini bilirdi və yarana biləcək məhkəmə mübahisəsinin qarşısını almaq məqəsdilə bilərəkdən faktiki yaşayış ünvanına rəsmi xəbərdarlıq məktubu göndərməmişdi.
98. AR ƏM-nin 10-cu maddəsinə əsasən işçinin bu barədə məlumatı təqdim etmək öhdəliyi yoxdur. Amma işəgötürənə bu məlumat təqdim edilmişdi. Digər tərəfdən işəgötürən yaşayış yeri barədə məlumatı işçidən tələb edibmi ? İşçi belə məlumatı verməkdən imtina edibmi ? Aşağı instansiya məhkəmələrində bu hal öz təsdiqini tapmamışdır.
99. Cavabdeh tərəfindən kassasiya məhkəməsinə təqdim edilmiş əmək müqavilələrinin elektron sistemindən çıxarışında həm Əfqan Məmmədovun, həm də iddiaçının yaşayış yerlərinin dəqiq olaraq qeyd edildiyi öz təsdiqini tapır. Yəni, işəgötürənin malik olduğu elektron sistemlər vasitəsilə də işçilərin ünvanları barədə dəqi q məlumatları əldə etmək mümkündür.
100. Fərz edək ki, işəgötürən işçidən şəxsiyyət vəsiqəsini tələb etdi və aldı. Bildiyimiz kimi, qüvvədə olan şəxsiyyət vəsiqələrində ünvan məlumatı yoxdur. Bu zaman məsələ necə tənzimlənəcək ? Hər bir halda işəgötürən mübahisənin yaranmaması üçün rəsmi yaşayış yeri barədə müvafiq dövlət orqanından məlumat əldə etməli və rəsmi xəbərdarlığı məhz həmin ünvana göndərməlidir.
101. Nəhayət, AR ƏM-nin 77.1-ci maddəsi məhz işçinin rəsmi xəbərdar edilməsini tələb edir, yəni onun qohumlarının, dostlarının, sinif yoldaşlarının, habelə məşğulluq sahəsində fəaliyyət göstərən dövlət orqanlarının rəsmi xəbərdar edilməsi tələbi əmək qanunvericiliyində mövcud deyildi. İşçinin rəsmi yaşayış yeri qalmaqla aidiyyətsiz şəxslərə məlumat verilməsi heç bir halda işçinin x əbərdar edilməsi kimi başa düşülməməlidir.
102. Beləliklə, rəsmi xəbərdarlıq edilməməsi halına münasibətdə apelyasiya instansiyası məhkəməsi AR ƏM-nin 71.1-ci, 77-ci və 300.1-ci maddələrini düzgün olaraq tətbiq etmişdi.
103. Apellyasiya instansiyası məhkəməsi əmrin zəruliyinin əsaslandırılmamasını müəyyən etmişdi. Bu hala münasibətdə isə apellyasiya instansiyası məhkəməsi AR ƏMnin 71.3-cü və 300.1-ci maddələrini tətbiq etmişdi.
104. Əmək mübahisələrinə baxılması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün " Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair " qərarında qeyd etmişdir ki, əmək mübahisələrinə baxılan zaman nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhə tdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan AR Ali Məhkəməsinin Mülki Kollegiyası özünün xx.xx.2020-ci il tarixli 2(102)-4179/2020 nömrəli qərarında qeyd etmişdir ki, şəxsin işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. Qeyd olunanlar kontekstində Kollegiyanın gəldiyi qənaətə görə, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, həmin əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandı rılmamış, əmrdə yalnız ümumi şəkildə ifadələrdən istifadə edlmişdi.
105. İxtisarın məhz maliyyə xərclərinə qənaət edilməsi və hüquq işlərinin aparılmasında nöqsanların olmasından qaynaqlanması barədə cavabdeh birinci instansiya və apellyasiya məhkəmələrinə hər hansı sübut təqdim etməmişdi. Həmçinin, cavabdeh tərəfindən bu sənədlər şikayətə baxılan zaman nə AR ƏƏSMN-nin DƏM-nə, nə də eyni əmrlə bağlı Əfqan Məmmədovun işi üzrə də heç bir məhkəmə instansiyasına təqdim edilməmişdi.
106. Nəzərə alınmalıdır ki, AR ƏM-nin 71.3-cü maddəsinin tələbi imperativ norma kimi təsbit edilib və AR ƏM-nin 3.1-ci, 3.3-cü, 4.1-ci və 12-ci ( b və c ) maddələrinə əsasən əmək qanunvericiliyinin tələbləri istisnasız olaraq təşkilati hüquqi formasından ( özəl, dövlət, publik hüquqi şəxs, fiziki şəxs və s. ) asılı olmayaraq bütün işəgötürənlərə şamil edilir. Başqa sözlə desək, xüsusi mülkiyyətə əsaslanan işəgötürənə münasibətdə istisnalıq halı əmək qanunvericiliyində nəzərdə tutulmamışdı.
107. Beləliklə, əmrin əsaslandırılmaması halına münasibətdə apellyasiya instansiyası məhkəməsi AR ƏM-nin 71.3-cü və 300.1-ci maddələrini düzgün olaraq tətbiq etmişdir.
108. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tətil etdiyini və cavabdehin tətildən xəbərdar olduğunu, lakin məhkəmətə müraciət etmədiyini müəyyən etmişdi. Bu hala münasibətdə isə apellyasiya instansiyası məhkəməsi AR ƏM-nin 76.2-ci, 295.5-ci və 300.1-ci maddələrini tətbiq etmişdi.
109. İlk növbədə qeyd edim ki, tətil hüququnun həyata keçirən zaman əmək müqaviləsinin xitamının yol verilməzliyi hüquqtətbiqedən orqan (ƏƏSMN) və qanunve rici orqan tərəfindən bir daha təsdiqlənmiş, habelə X14 LTD MMC-yə qarşı işi üzrə xx.xx.2023-cü il tarixli 2(102)-1437/2023 nömrəli qərarının qəbulu zamanı kassasiya instansiyası məhkəməsi tərəfindən bu hala artıq hüquqi qiymət verilmişdi.
110. Buna baxmayaraq cavabdeh özünün kassasiya şikayətinə əlavəsində hazırda işə aid olmayan məsələlərin müzakirə edilməsini tələb edir. Başqa sözlə desək, hazırki iş üzrə tətilin keçirilmə əsaslarına, onun qanunliyinə və etibarsızlığına dair mübahisəyə baxılmır.
111. Qeyd edim ki, cavabdeh apellyasiya instansiyası məhkəməsində də eyni qaydada tətilin qanununliyinin müzakirəsini həyata keçirməyə cəhd etmişdi.
112. Məlum olduğu kimi, işçilərin tətil etmək hüququ konstitusion və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulan əsas sosial hüquqlardan biri di. İşçilərə verilmiş tətil hüququ AR Konstitusiyasının 36-ci maddəsində və xx.xx.2004-cü il tarixli qanun ilə ölkəmizin də ratifikasiya etdiyi Avropa Sosial Xartiyasının 6-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı AR ƏM-nin 295.3-cü maddəsinə əsasən işçinin təkbaşına tətil etmək hüququnu hər hansı üsul və vasitə ilə işəgötürən, işçinin iş yerinin rəhbəri və ya digər şəxslər tərəfindən məhdudlaşdırmasına, habelə belə tətilin keçirilməsinə mane olmasına yol verilmir.
113. İddiaçının qanunla nəzərdə tutulmuş bu hüququndan istifadə etməsi heç bir halda sui-istifadə hesab edilə bilməz və bu əsas ilə məhdudlaşdırıla bilməz. Tətildən suiistifadə edilməsi nəticəsində onun qanunsuz hesab edilməsi üçün də cavabdeh iddiaçının olduğu yer üzrə məhkəməyə müraciət etməli idi.
114. Bu baxımdan tə til edilən müddətdə işçinin əmək müqaviləsinə xitam verilməsi onun tətilinin başa çatdırılmasına maneə ola və bu yolla tətil hüququnun məhdudlaşdırılmasına səbəb olur ki, bu da öz növbəsində AR Konstitusiyasının 36.2-ci, Avropa Sosial Xartiyasının 6-ci, AR ƏM-nin 18.1-ci və 295.3-cü maddələrinin tələblərinin kobud surətdə pozulması deməkdir. Tətil etmək hüququ işçinin öz fikrini və tələblərini müstəqil surətdə ifadə etmək azadlığıdı, hüquqlarını qoruyacağı barədə ciddi xəbərdarlıqdır və bu mənada bu iradə azadlığının süni yolla məhdudlaşdırılması yolverilməzdi.
115. Xüsusilə qeyd edim ki, AR ƏM-nin 295.4-cü maddəsinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanuns uz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməlidir.
116. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən bu Məcəllənin tələblərini pozmaqla elan edilmiş və keçirilmiş tətil qanunsuz hesab edilir. Tətilin qanunsuz hesab edilməsi haqqında işə tətil komitəsinin olduğu rayonun (şəhərin) məhkəməsi işəgötürənin ərizəsinə əsasən baxır.
117. Aydın olduğu kimi cavabdehin kassasiya şikayətinə əlavəsində tətilin məhkəmə qərarı olmadan qanunsuz hesab edilməsi barədə qeyd edilən fikir tamamilə əsassızdır. Belə ki, qanunvericilik aktları ilə hansı hallarda, hansı iş yerlərində və hansı işçilərin tətil etmək hüququnun məhdudlaşdırıldığı dəqiq olaraq müəyyən edilmişdi. Bu hallara aid olmayan işçilərin etdikləri tətil isə yalnız işəgötürənin ərizəsinə əsasən işçinin olduğu yerin məhkə məsinin qərarı ilə qanunsuz hesab edilə bilər. Hazirki iş üzrə belə hal mövcud deyildi.Başqa sözlə desək, tətil tamamilə qanuni olmuşdu.
118. Digər tərəfdən AR ƏM-nin 292.2-ci maddəsi hüquqi təbiətinə görə göndərici dispozisiya olmaqla işçinin məhz bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilməsini mümkün hesab edir.
119. Həmçinin, təkbaşına tətil hüququnun həyata keçirilməsinə münasibətdə digər maddələrin tələblərinin tətbiqi zamanı " Normativ hüquqi aktlar haqqında " Konstitusiya qanunun 13.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. ( Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasın dan istifadə oluna bilməz.)
120. Tətil hüququnun həyata keçirilməsi zamanı işəgötürənin kifayət qədər hüquqi müdafiə təminatı mövcuddur: işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəməyə müraciət edə bilər və məhkəmə qərarı qəbul edildiyi təqdirdə işçini intizam məsuliyyətinə cəlb edə bilər. Lakin hazırki halda cavabdeh bu hüquqlarından istifadə etməmiş, iddiaçının tətil hüququnu pozaraq qərəzli olaraq onun əmək müqaviləsinə xitam vermiş və nəticədə tərəflər arasında əmək münasibətlərinə son qoyulmuşdu. Əmək münasibətləri mövcud olmayan tərəflər arasında tətilin qanuniliyin müzakirəsi aparıla bilməz. Belə hal AR ƏM-nin 295-ci və 282-ci maddələrinin tələblərinə aşkar surətdə ziddir. Tətil keçirilməsi ilə bağlı məsələlərə əmək münasibəti mövcud olan iştirakçılar arasında digər məhkəmə aidiyyəti (işçinin yaşayış yeri üzrə) çərçivəsində, habelə ayrıca məhkəmə icraatı ( tətilinin qanuniliyi, işçinin hərəkətlərininin qanunsuzluğunun müzakirəsi ) qaydasında baxılmalı idi. Bu hal kassasiya instansiyası məhkəməsinin baxış predmetini təşkil edə bilməz.
121. Beləliklə, tətil zamanı əmək müqaviləsinə xitamının yolverilməzliyinə münasibətdə apellyasiya instansiyası məhkəməsi AR ƏM-nin 76.2-ci, 295.5-ci və 300.1-ci maddələrini düzgün olaraq tətbiq etmişdi.
122. Kassasiya şikayətinə baxılmasına dair məhkəmə iclasında iddiaçı və vəkilləri kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə etiraz etdilər. Kassasiya baxışının hədləri
123. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
124. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən qismən-iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin həmin hissədə yoxlanılması təşkil edir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi
125. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məc əllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
126. Maddə
71. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
127. Maddə
77. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq - bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq - bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir.
128. Maddə 270.1. İşçilərin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.
129. Maddə
272. Tətilin başlanmasına ən geci 10 iş günü qalmış əmək kollektivi və ya həmkarlar ittifaqları orqanı işəgötürənə tətil keçiriləcəyi barədə yazılı məlumat verməlidir.
130. Maddə
288. Əməyin mühafizəsinin təşkili və təmin edilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi, əmək qanunvericiliyinin pozulması və digər məsələlər fərdi əmək mübahisələri dairəsinə daxil edilmişdir
131. Maddə 290.1 Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.
132. Maddə 292.2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
133. Maddə 295.1. Pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər.
134. Maddə 295.4. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər.
135. Maddə 295.5. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz.
136. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
137. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğ unu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
138. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
139. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
140. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 7 6-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
141. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
142. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
143. Maddə
88. Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
144. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
145. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
146. Maddə 416.2. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
147. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Yoxlanılan hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.Məhkəmə kollegiyası apellyasiya instansiyası m əhkəməsinin əısaslandırması və gəldiyi nəticə ilə razılaşır.
148. Məhkəmə tərkibi cavabdehin kassasiya şikayəti üzrə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
149. Cavabdeh kassasiya şikayətində işin faktiki halları və bunların sübut olunması (xüsusilə ixtisar barədə bildirişin iddiaçıya çatdırılması, tərəflər arasında fərdi əmək mübahisənin mövcudluğu, işçinin təkbaşına tətil etməsi barədə məlumatın işəgötürənə təqdim olunmaması və s.) ilə bağlı çoxsaylı məlumatlara istinad etmişdir.
150. Halbuki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələbinə əsasən işin faktiki hallarının araşdırlması və sübut olunması, habelə məhkəmə qətnaməsindəki nəticənin işin faktiki hallarına uyğun olmaması kassasiya instansiyası məhkəməsinin səlahiyyət və araşdırma predmetinə daxil deyil.
151. Həmin Məcəllənin 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
152. Mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən (o cümlədən cavabdehin kassasiya şikayətində göstərdiyi) faktiki halların araşdırlması üçün tərəflərə lazımi şəraiti yaratmışlar. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən iddiaçının və cavabdehin izahatları dinlənilmiş, təqdim etdikləri sübutlar tədqiq edilmiş, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə mübahisəli faktiki hallara dair yuxarıdakı qənaə tə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
153. Belə olan təqdirdə kassasiya məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürə bilməz. Kassasiya instansiyası məhkəməsi mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
154. Cavabdehin kassasiya şikayətində o da qeyd edilmişdir ki, iddiaçı tətil edən işçinin əmək müqaviləsinin ləğv edilməsinin yolverilməzliyinə dair dəlillərə birinci instansiya məhkəməsində istinad etməmişdir. Halbuki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi yazılı izahatında digər əsaslarla yanaşı təkbaşına tətil etmək hüququndan istifadə etdiyini, bununla bağlı əmək qanunvericiliyinin aidiyyəti normalarının tələblərini xüsusi olaraq göstərmiş və göstərdikləri nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş etmişdir.
155. Əmək Məcəlləsinin 295-ci maddəsinə görə, təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz.
156. Apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, hazırki mülki iş üzrə işçi iddiaçı 28 mart 2022-ci il tarixdən etibarən 10 iş günü müddətində təkbaşına tətil etməsi barədə işəgötürənə xəbərdarlıq məktubu göndərmişdir, bu hal müvafiq qəbz, poçt məktubu və cavabdehin birinci instansi ya məhkəməsində özünün verdiyi izahatı əsasında təsdiq olunmuşdur. Cavabdeh indiki halda bu halı təkzib etsə də, bunu texniki səhv kimi qiymətləndirsə də, həmin halı təkzib edən heç bir mötəbər sübuta istinad etməmişdir. İşəgötürən cavabdeh tərəfindən işçi ilə əmək müqaviləsinə işçinin təkbaşına tətil etdiyi müddətdə xitam verilmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən işinin təkbaşına tətil etdiyi müddətdə, əgər onun hərəkətləri qanunsuz hesab edilməmişdirsə, işəgötürən tərəfindən onunla əmək müqvailəsinə xitam verilə bilməz. Hazırki mülki iş ürzə iddiaçı işçinin təkbaşına etdiyi tətilini qanunsuz hesab edilməsi ilə bağlı işəgötürərin məhkəməyə hər hansı müraciət etməsi və bununla bağlı hər hansı məhkəmə qərarı mövcud olmamışdır. Deməli, indiki halda işəgötürən tərəfindən Ə mək Məcəlləsinin 76.2, 295.5-ci maddəsinin tələbləri də pozulmuşdur.
157. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
158. Kassasiya şikayətində iddiaçının tətil hüququndan sui-istifadə etdiyi bildirilərək Əmək Məcəlləsinin 295.5-ci maddəsindən işçinin sui istifadəsi halında artıq məhkəmə qərarına ehtiyac yarana bilməyəcəyi, bu halda işçinin hüququdan sui- istifadəsi zamanı Əmək Məcəlləsinin 295.5-ci maddəsi ilə Mülki Məcəllənin 16.1-ci maddəsi, eləcə də, Konstitusiyamızın 24-cü və 80-ci maddələrinin ziddiyyət təşkil etmiş olacağı, bu halda da Əmək Məcəlləsin tətbiq edilə bilməyəcəyini qeyd etmişdir.Məhkəmə kollegiyası həmin dəlili əsalı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 295.4-cü maddəsinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 295.5-ci maddəsinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz.Əmək Məcəlləsinin göstərilən maddələrinin təhlilindən məlum olur ki,istənilən hər hansı bir səbəbdən, o cümlədən hüquqdan sui-istifadə əsası ilə tətil edən işçinin hərəkətlərinin qanunsuz və əsassız hesab edi lməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən işçinin əmək müqaviləsini ləğv edə bilməz.Bu da onu göstərir ki, işəgötürən işçinin elan etdiyi tətili hüquqdan sui-istifadə kimi qiymətləndirirsə və təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsini istəyirsə, bu barədə tələblə məhkəməyə müraciət etməlidir.Əgər məhkəmə tətil edən işçinin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi barədə qərar qəbul edərsə, işəgötürənin təkbaşına tətil edən işçinin əmək müqaviləsini ləğv edə bilməyəcəyi barədə məhdudiyyət aradan qalxar.
159. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki,, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
160. Gö stərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2023-cü il tarixli 2(105)-314/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.