Məhkəmə qərarları › İş №2(105)-314/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-314/2023

13.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-314/2023 13.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, kompensasiya və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və kompensasiyanın ödənilməsi, dəymiş mənəvi zərərin əvəzinin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi biş buraxmaya görə əmək haqqının və kompensasiyanın ödənilməsi, dəymiş mənəvi zərərin əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(012)- 3285/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları 0498172 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2022-ci ilədək Cavabdehndə hüquqşunas vəzifəsində işləmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, İddiaçı Cavabdehndə xx.xx.2016-cı il tarixdə işə qəbul olmuşdur, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022-ci ildir. xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdehndə hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli, 01 saylı təqdimatdan görünür ki, Cavabdehndə idarəetmənin təkmilləşdirilməsi, əmək funksiyaları bölgüsünün restrukturizasiyası, daha çevik və rəqabətədavamlı komandanın formalaşdırılması, iş prosesində meydana çıxan məsələlərə peşəkar yanaşmanın tətbiq edilməsi və maliyyə xərclərinə qənaət istiqamətdə hüquq xidmətinin peşakar qaydada müqavilə əsasında üçüncü tərəflərdən əldə edilməsi struktur dəyişikliklərini, müəyyən işçilərin sayı və ştatlarının ixtisar edilməsini labüd etdiyindən, Cavabdeh X12 Cəmiyyətin direktoruna Hüquq Şöbəsinin rəhbəri və hüquqşünas ştat vahidlərinin xx.xx.2022-ci ildən ləğv edilməsinin məqsədəmüvafiq hesab edildiyini bildirmişdir. Cavabdehn xx.xx.2022-ci il tarixli, 10 saylı əmrindən görünür ki, Cəmiyyətin Hüquq Şöbəsinin rəhbəri və hüquqşünas ştat vahidlərinin ixtisar edilməsilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulan prosedur hərəkətlərinə başlanılması, həmin ştatlarda çalışan əməkdaşların müvafiq qaydada xəbərdar edilərək onlara əmək qanunvericiliyinin tələblərinin rəsmi qaydada izah edilməsi, xəbərdarlıq müddəti ərzində əmək haqları saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə, habelə iş ahəngini pozmamaq şərtilə hər iş həftəsinin fərqli iş günləri olmaqla iki iş günü ərzində İddiaçı və X9 əmək funksiyalarının icrasından azad edilmələri qərara alınmış, əmrin verilməsinə əsas X7 xx.xx.2022-ci il tarixli təqdimatı olmuşdur. xx.xx.2021-ci il tarixli 114/2022 saylı “İşdən çıxarma müavinətinin öədnilməsi barədə” Əmrin məzmunundan görünür ki, İddiaçı 4192,29 manat məbləğində işdənçıxarma müavinətinin ödənilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Əmək müqvailəsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin məzmunundan görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı oğlu arasında bağlanılmış əmək müqaviləsinə KÇ-152,xx.xx.2022-ci il tarixli Əmrlə Əmək Məcəlləsinin 70.b) işçilərin sayı və ştatlar ixtisar edildikdə əsası ilə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli 19 №li məktubun məzmunundan görünür ki, şirkətdə HİK fəaliyyət göstərmir. xx.xx.2022-ci il tarixli 17 № li Aktın məzmunundan görünür ki, İddiaçı oluna hüquqşünas ştatının ləğv edilməsi barədə əmr verildiyi bildirildi, bu barədə 28 mart 2022-ci il tarixindən ləğvi barədə xəbərdarlıq təqdim edildi, ancaq o tanış olmaqdan imtina etdi, onun yaşayış ünvanına göndərilməsini qeyd eti. xx.xx.2022-ci il tarixli 16 №li əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq məktubunun məzmunundan görünür ki, hüquqşünas vəzifəsində olan ştatın 28 mart 2022-ci il tarixdən ləğv edilməsi nəzərdə tutulduğunu, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən xəbərdarlıq aldığı və razılıq veridyi gün əmək müqaviləsinin ləğv edilməsi barədə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixli 131410 saylı qaimə ilə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məktubun göndərilməsi sifariş edilmişdir, qeyd olunan şəxs məktubu qəbul etməkdən imtina etdiyi səbəbindən məktub ünvana geri qaytarılır. xx.xx.2022-ci il tarixli 79 №li Aktın məzmunundan görünür ki,İddiaçı iş yerini tərk edərkən, onun səhhəti ilə maraqlandıqlarını, xəstə olmadığını, başqa işləri olduğu üçün iş yerini tərk etdiyini bildirdiyini, ştat ixtisarı ilə bağlı işdən azad olunması barədə yenidən ona məlumat verildiyini, Əmrin təqdim edildiyini, bundan imtina etdiyini, neqativ reaksiya verərək, iş yerini tərk etdiyi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı əmrin surətini və əmək kitabçasının təhvil almaq məqsədilə Şirkətə yaxınlaşmağı xahiş edilmişdir. İddiaçı tərəfindən əmək kitabçası xx.xx.2022-ci il tarixdə təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli elektron poçt vasitəsilə göndərilmiş məktubun məzmunundan görünür ki, icazəsiz iş yerinin tərk etməsi hallarının müşahidə olunduğu, iş yerindən icazəsiz ayrılmamasının tələb olunduğu, bu halın intizam məsuliyyətinə səbəb olması barədə məlumat verilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışın məzmunundan görünür ki, İddiaçı 0202.2022-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli tətil keçirələcəyi barədə xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Hüquq şöbəsinin fəaliyyətinin qanunsuz olaraq məhdudlaşdırılması və qərəzlilik fəaliyyətinə son qoyulması barədə çoxsaylı mürcaiətlər edildiyini, lakin heç bir acavb verilmədiyini, məhdudiyyətlərin aradan qaldırılmadığını, bu qanunsuz halların aradan qaldırılması üçün tətil keçirmək hüququndan istifadə etmək məcburiyyətində qaldığını, qeyd olunan hallara əsasən yaranmış əmək mübahisəsinin həllli məqsədilə xx.xx.2022-ci il tarixdən etibarən 10 iş günü müddətində təkbaşına tətil edəcəyi, əmək funksiyasının icrasını dayandıracağı barədə xəbərdarlıq etmiş, pozuntuların aradan qaldırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı 30 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh rəhbərliyi tərəfindən X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən Cəmiyyətin idarəedilməsinin təkmilləşdirilməsi, daha çevik və rəqabətədavamlı komandanın formalaşdırılması, iş prosesində meydana çıxan məsələlərə peşəkar yanaşmanın tətbiq edilməsi və maliyyə xərclərinə qənaət istiqamətində aparılan davamlı tədbirlər kontekstində ölkənin qabaqcıl hüquq şirkətlərindən biri ilə bağlanmış tərəfdaşlıq müqaviləsi səbəbindən Cəmiyyətin xx.xx.2022-ci il tarixli 10 saylı əmri ilə strukturda dəyişiklik edildiyi, X3 və İddiaçı vəzifə (peşə) üzrə işçilərin sayının və ya ştatların ixtisar edilməsi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən müəssisədəki əmək stajına uyğun olaraq (altı təqvim həftəsi xəbərdarlıq müddəti nəzərə alınaraq) xəbərdar edildiyi, xx.xx.2022-ci il tarixli aktda xəbərdarlıqla tanış olmaqdan imtina etdiyi və bu səbəbdən xəbərdarlıq məktublarının müvafiq yaşayış və qeydiyyat ünvanlarına göndərildiyi, xx.xx.2022-ci il tarixli aktda isə həmin məktubun onun tərəfindən qəbul edilməkdən imtina edildiyi məlum olmuşdur. Cavabdeh rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən onunla, həmçinin X9 ilə Cəmiyyət arasında bağlanmış əmək müqavilələrinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi, son haqq-hesabın ödənildiyi məlum olmuşdur. Həmçinin araşdırma zamanı Cəmiyyət tərəfindən təqdim edilmiş sənədlərdən qanunvericiliyin tələbləri pozularaq son haqq-hesabın ona düzgün ödənilmədiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Cavabdeh MMCnin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Son haqq-hesabın yenidən hesablanıb tam ödənilməsinin təmin edilməsi ilə bağlı müəssisənin rəhbərliyinə qurum tərəfindən müvafiq məktub ünvanlanmışdır. Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Cavabdeh vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin 19 may 2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, işçilərin təkbaşına və ya başqaları ilə tətil etmək hüququnun olduğunu, təkbaşına tətil eədn işçinin hərəkətlərinin qanunsuz və əsassız hesab edən işəgötürən məhkəməyə müraciət etməli, işçinin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, təkbaşına tətil eədn işçinin işəgötürən tərəfindən əmək müqvailəsinin ləğv edilməsi əmək qanunvericiliyinin tələblərinin pozulması hesab edilir. Bu halda İXM-nin 53cü maddəsi ilə müəyyən eidlmiş hallar mövcud olmadıqda işəgötürən həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli KÇ 152 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının öz vəzifəsinə bərpa edilməsi, habelə cavabdehdən 25 manat mediasiya xərcinin əvəzinin, 215 manat dövlət rüsumunun əvəzinin, istifadə edə bilmədiyi 54 günlük məzuniyyətə görə kompensasiyanın ödənilməsi, o cümlədən ona dəymiş mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli KQ-21 nömrəli əmr və həmin tarixli əmək müqaviləsi əsasında cavabdeh "xxxx" MMC-də Hüquq Şöbəsinin hüquqşünası vəzifəsinə işə qəbul edilmişdir. Əmək fəaliyyəti dövründə əmək funksiyalarını vicdanla icra etmiş, icra intizamına həmişə riayət etmiş, barəsində hər hansı intizam tənbehi tətbiq edilməmiş və həvəsləndirmə tədbirlərinə layiq görülmüşdür. Buna baxmayaraq, cavabdeh müəssisəyə yeni direktor təyin edildikdən sonra ona tam məlum olmayan səbəblərdən Hüquq Şöbəsinə qarşı qərəzli münasibət həyata keçirməyə başlamışdır. Hüquq Şöbəsinin əməkdaşları olaraq onlar müəssisə rəhbərinə çoxsaylı müraciətlər göndərsələr də, bu yazılı müraciətlərə baxılmamışdır. Bu şəxsi qərəzlilik xx.xx.2022-ci il tarixində əmək fəaliyyətinin həyata keçirildiyi məkanda ona qarşı zor tətbiq edilməsi ilə nəticələnmişdir. Bu faktla bağlı hazırda hüquq mühafizə orqanında araşdırılma aparılmaqdadır. Nəticədə xx.xx.2022-ci il tarixli KÇ 152 nömrəli əmr əsasında Şirkətin Hüquq Şöbəsi ləğv edilmiş və Şöbənin müdiri Əfqan Məmmədov və işçisi kimi o, işdən azad edilmişdir. Bəhs edilən əmr şəxsi düşmənçilik əsasında, tamamilə qanunsuz olaraq qəbul edilmiş və onların məlumatı olmadan əmək müqavilələrinə xitam verilmişdir. İşəgötürənə ərizə ilə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixində ona əmək kitabçası təqdim edilmişdir. Ərizə ilə bütün sənədləri tələb etməsinə baxmayaraq cavabdeh tərəfindən Əmək Məcəlləsinin 9-cu, 83-cü və 88-ci maddələrinin tələbi pozulmaqla əmək münasibətlərinə dair digər sənədlər ona qərəzli olaraq təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericilik aktlarının tələblərinə riayət edilməmiş və əmək müqaviləsinə şəxsi qərəzlilik əsasında qanunsuz olaraq xitam verilmişdir. İddiaçı iddianın dəyişirilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, KÇ 152 nömrəli və xx.xx.2022-ci il tarixli, 10 nömrəli əmrlərinin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(012)-3285/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı işdən çıxarılması barədə xx.xx.2022ci il tarixli əmrdən xx.xx.2022-ci il tarixdə - son haqq-hesabı alarkən məlumatı olmuş, lakin əmrin ləğv edilməsilə bağlı iddia ərizəsilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmiş, beləliklə, hər iki əmrə münasibətdə əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq (kəsici) müddəti ötürmüşdür. Cavabdeh maliyyə vəziyyətində və hüquqi işlərin aparılmasında nöqsanlar müəyyən edilmiş və Şirkətin hüquq şöbəsinin və işçilərinin ixtisar edilməsi təklif edilmiş, MMCnin direktoru isə bu təklifləri qiymətləndirərək xx.xx.2022-ci il tarixli, 10 saylı əmr imzalamışdır. Əmr imzalanan zaman mülki və ya əmək qanunvericiliyinin hər hansı tələbinin pozulması iş materialları ilə müəyyən edilmir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Cavabdeh tərəfindən əmək qanunvericiliyi pozulmamış, bu xüsusda əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilmişdir. İşin bu halları məhkəməyə təqdim edilən sənədlərlə sübut olunur. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddənin 1-ci hissəsinə, 70-ci maddəsinin “b” bəndinə, 77-ci maddəsin 1 və hissəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin təmin edilməsi, habelə apellyasiya şikayəti üçün ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun bu xəbərdarlığın tərtib edilməsindən və əmək müqaviləsinə bu əsasla xitam verilməsindən ümumiyyətlə məlumatı olmamış və xəbərdarlıq məktubu sadəcə "görünüş" naminə hazırlanmışdır. xx.xx.2022-ci il tarixindən etibarən artıq başqa ünvanda yaşamış və həmin ünvanda rəsmi qeydiyyatda olmuşdur. Həmçinin xəbərdarlıq məktubunun məzmunu ilə əmək müqaviləsinə xitam verilməsi halı arasında da zidiyyət mövcuddur. Belə ki, cavabdeh əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam veriləcəyini qeyd etsə də, həmin tarixdə müqaviləyə xitam verilməmişdir. Bu da öz növbəsində bəhs edilən xəbərdarlıq məktubunun məzmununda həqiqətə uyğun olmayan məlumatın əks etdirildiyini bir daha təsdiq etmiş olur. Bununla bağlı hüquq mühafizə orqanına müraciət edildiyini, araşdırma nəticəsində həmin bildirişin operator tərəfindən alındığını məlum olduğunu, bu barədə videogörüntülərdə də hər hansı imtina halının olmadığı aşkar olunmuşdur. Ümumiyyətlə, məktubların çatdırılması və onlardan imtina halı hər hansı sənədlə sübut olunmur. Eyni zamanda poçt qəbzində göndərişin çatdırıldığı və imtina edildiyi tarix və saat da qeyd edilməmişdir. Bütün bu hallar poçt qəbzlərinin qanunsuz olaraq tərtib edilməsini və iddiaçının poçt göndərişindən məlumatının olmaması ilə bağlı dəlillərini tam sübuta yetirir. Həmçinin, aktı imzalamış operator "Alib Express MMC-nin qanuni təmsilçisi olmamış, ona dair sənədi olmamışdır. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/6 nömrəli arayışa əsasən o, xx.xx.2022-ci il tarixində mediasiya təşkilatına müraciət etmişdir. Belə olan halda mediasiya prosesi üçün tətbiq edilən müddət iddia müddətinə daxil edilməməli və iddia müddətinin axımı xx.xx.2022-ci il tarixində dayandırılmalı və xx.xx.2022-ci il tarixində müddətin axımı bərpa edilmiş hesab edilməli idi. Belə olan halda iddia ərizəsi xx.xx.2022-ci il tarixinədək məhkəməyə təqdim edilə bilərdi. Hazirki halda iddia ərizəsi xx.xx.2022-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin iddia müddətini ötürülməsi ilə bağlı mövqeyi tamamilə əsassızdır. Ona ümumiyyətlə elektron poçt göndərilməyib. Bu elektron poçt yazışması cavabdeh tərəfindən saxtalaşdırılmaqla hazırlanaraq məhkəməyə təqdim edilib. Belə ki, hüquq şöbəsinin email ünvanlarına qoyulmuş qanunsuz məhdudiyyətlərlə bağlı cavabdehə rəsmi qaydada dəfələrlə (ən azı 25 ədəd) yazılı məktub göndərilmişdir. Faktiki olaraq ona məxsus mail adresləri cavabdeh tərəfindən bloklanmışdır. Elekron poçt ünvanlarının idarə edilməsi və bu ünvanlara nəzarət edilməsi bilavasitə cavabdehin nəzarətində və səlahiyyətində idi. Əgər cavabdeh bu mailin ona göndərildiyini iddia edirsə AR MPM-nin 77.1-ci maddəsinə uyğun olaraq o zaman bu mailin işçi tərəfindən alınmasını və işçi tərəfindən həmin məktuba cavab verildiyini təsdiq edən sənədi də məhkəməyə təqdim etməlidir. Elektron poçt vasitəsilə rəsmi xəbərdarlıq verilməsi qanunvericilik aktları baxımından da mümkün deyildir. Bu mailin ona məxsus olan və onun elektron imzası (ASAN imza) ilə yaradılan elektron informasiya kabineti deyil, sadəcə cavabdehin nəzarətində olan elektron sistemdir. Onun kompüteri zor tətbiq edilməklə, əlindən alınmışdır. Bu baxımından da komputerdə olan email yazışmalarına və digər sənədlərə cavabdeh tərəfindən istənilən təhrif edilmiş məlumatların yazılması hər hansı şübhə doğurmur. Birinci instansiya məhkəməsi onun tətil etməsi hüququnun həyata keçirilməsi faktını və bununla bağlı qanunvericilik aktlarının tələblərini nəzərə almamış və onun tərəfindən məhkəməyə bu barədə təqdim edilmiş sübutlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Qanunvericiliklə müəyyən edilmiş hüquqdan istifadə edilərək onun tərəfindən AR ƏƏSMN-nə də müraciət ünvanlanmışdır. Müraciət zamanı cavabdeh tərəfindən hüquq şöbəsinə qarşı qərəzlilik, zorakılıq və mobbinq fəaliyyətinin keçirildiyi araşdırma aparan vəzifəli şəxslərin diqqətinə çatdırılmışdır. Bununla yanaşı hüquq şöbəsinə qarşı cavabdeh tərəfindən həyata keçirilən qərəzlilik fəaliyyətinə son qoyulması məqsədilə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təkbaşına tətil etmək hüququndan da istifadə etmişdir. Hüquq şöbəsinə qarşı davam edən diskriminasiya və qərəzlilik, habelə zorakılıq fəaliyyətinə cavab olaraq onun tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixində poçt vasitəsilə təkbaşına tətil keçirəcəyi barədə yazılı xəbərdarlıq göndərilmiş və xx.xx.2022-ci il tarixindən etibarən 10 iş günü ərzində tətil keçiriləcəyi barədə cavabdehə məlumat verilmişdir. Cavabdeh isə yaranmış əmək mübahisəsinin həll edilməsinə cəhd etməmiş, bu tətilin dayandırılması üçün danışıqlar aparmamış, bunun əksinə o, tətildə olduğu zaman AR ƏM-nin 295.5-ci maddəsinin aşkar tələbini pozaraq xx.xx.2022-ci il tarixində onun əmək müqaviləsinə qərəzli və qanunsuz olaraq xitam vermişdi. Buna baxmayaraq birinci instansiya məhkəməsi qanunvericilik aktının bəhs edilən normalarını nəzərə almamış, tətil keçirilməsi ilə bağlı onun xx.xx.2022-ci il tarixli yazılı izahatında qeyd edilən hallara və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlara ümumiyyətlə hər hansı qiymət verməmiş və bu barədə öz qətnaməsində hər hansı əsaslandırma aparmamışdır. Onun tərəfindən xx.xx.2022-ci il tarixli ərizə təqdim edilmiş, iddia tələbi dəyişdirilərək cavabdehin xx.xx.2022-ci il tarixli nömrəli 10 nömrəli əmrinin də ləğv edilməsi iddia tələbinə əlavə edilmişdir. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə ümumiyyətlə hər hansı münasibət bildirməmişdir. xx.xx.2022-ci il tarixli, 01 nömrəli əsassız təqdimatının məzmunu qeyri-müəyyən və abstrakt ifadələrlə sadəcə görünüş naminə formalaşdırılmışdır. Təqdimatın məqsədlərindən biri də maliyyə xərclərinə qənaət edilməsidir. Bu ifadə növbəti ümumi xarakterli ifadə olaraq hansı xərclərə və hansı qaydada qənaət edildiyini müəyyən etməyə imkan vermir. Hansı maliyyə xərclərinə qənaət edilməsi qeyri-müəyyəndir və bu məlumat zəruri sənədlərlə əsaslandırılmamışdır.Bu baxımdan iddia tələbinin bir hissəsi olan və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022 –ci il tarixli nömrəli 10 nömrəli "Engin LTD MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı" əmri AR ƏM-nin 71.3-cü maddəsinin tələbi baxımından əsaslandırılmadığına görə qanunsuz olmuşdur. Eyni zamanda bu əmr də ona təqdim edilməmiş və onun belə bir əmrin qəbulundan ümumiyyətlə məlumatı olmamışdır. Bəhs edilən əmrin zərurətinin əsaslandırılması cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bu səbəbdən bəhs edilən əmrin də ləğv edilməsi barədə iddia tələbi AR ƏM-nin 300.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən təmin edilməli idi. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə ümumiyyətlə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində xx.xx.2022-ci il tarixli 17 nömrəli akta istinad etmişdir. Həmin akta əsasən ona xəbərdarlığın edildiyi, lakin onun bu xəbərdarlığı almaqdan imtina etdiyi öz əksini tapır. Bu akt tamamilə əsassız sənəddir, belə bir hal baş verməyib və bu sənəd ona əmək qanunvericiliyinin tələbinə uyğun şəkildə rəsmi xəbərdarlıq edildiyini təsdiq edə bilməz. Bu aktın ümumiyyətlə sübut qismində qiymətləndirilməsi mümkün deyildir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qanunsuz olaraq bu sənədi sübut qismində qiymətləndirmişdir. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli yazılı izahat və izahata qoşma olaraq müvafiq sübutlar təqdim edilsə də, bu sənədlərin qəbulu və ya rədd edilməsi barədə birinci instansiya məhkəməsi öz qətnaməsində hər hansı dəlil qeyd etməmişdir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi təqdim edilərək, etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti tamamilə əsassızdır, İddiaçı 07 fevral 2022-ci il tarixdə şattaların ixtiarı barədə məlumatlandırıldıqdan dərhal sonra öz qeydiyyat ünvanını dəyişmiş, bu braədə iş yerini məlumatlandırmamışdır. Şəxs bu barədə məlumatlandırıldıqdan sonra işə davamiyyətsizlik halları aşkar edilmişdir. İddiaçı məhkəməyə həqiqətə uyğun olmayan məlumatlar vermişdir. İddiaçı ona məktubları çatdıran şirkətin ünvanına gedərək, ona məktubun çatdırılmaması barədə öncədən hazırladığı məktubları imzalanmasını tələb etmişdir. Bu barədə səs yazıları vardır. İstədiyi nəticəni almadıqda isə əsassız şikayətlər etməyə başlamışdır. Məqsədi təzyiq göstərərək, istədiyi nəticəni əldə etmək olmuşdur. Məhkəmədə tətil barəsində heç bir ifadə işlətmədiyini, çünki o həqiqtən tətil elan etməmişdir. Apellyasiya instansiya məhkəməsində iddianın əsasını dəyişməyə çalışmışdır. Ümumiyyətlə o tətil elan etməmişdir. 28 mart 2022-04 aprel 2022-ci il tarixləri arasında iş yerinə gəlməmişdir. Bu barədə hazırki aktlar ərizəyə əlavə edilmişdir. O ştatların ixtisarı barədə məlumatlandırıldıqdan sonra müxtəlif qurumlara əsassız şikayətlər etmişdir. Əsas məqsədi ştatların ixtisarına mane olmaqdan ibarət olmuşdur. İddiaçı bu barədə X5rumuna müraciət etmişdir, işəgötürən barəsində yalnız məzuniyyət haqqının düzgün hesablanmaması ilə bağlı protokol tərtib edilmişdir. O, həqiqətən tətil elan etsə idi belə, bu hal işçinin ştatların ixtisarı əsası ilə işdən çıxarılmasına mane yaratmır. Əmək Məcəlləsində 79-cu maddəsində bununla bağlı heç bir qadağa yoxdur. Ümumiyyətlə işə davamiyyət göstərməyən, qeydiyyat ünvanını ixtisar günü dəyişən işçinin tətillə bağlı iş yerini məlumatlandırması da inandırıcı və məntiqli deyildir. Çünki həqiqətən fərdi əmək mübahisəsini tələb edən işçi iş yerinə gəlməli, tətillə bağlı işəgötürəni məlumatlandırmalı, real olaraq hansı əmək fünksiyasının icra etməyəcəyini bəyan etməli, tətil keçirilməsi ştatların ixtisarının son gününə təyin etməməli idi. Hətta işçi tətilə başlayacağını elan etdikdən sonra iş yerinə gəlməzsə və ya əmək funksiyasını icra etməyə davam edərsə, bu halda tətil elan etmiş sayılmır. Fərdi əmək mübahisəsinin siyahısı Əmək Məcəlləsində qeyd olunmuş, iddiaçı hansı fərdi əmək mübahisəsi olmasını qeyd etməmişdir. Çünki tərəflər arasında heç bir fərdi əmək mübahisəsi olmamışdır. Buna görə də iddiaçı formal əmək mübahisəsi görüntüsü yaratmışdır. Tətil elna etdiyi halda, 10 iş günü əvvəl işəgötürəni məlumatlandırmalı idi. O bununla bağlı 14 mart 2022-ci il tarixdə məlumatlandıracağı halda, tətilin başlanma tarixi 2022-ci ilin aprel ayının əvvəlinə düşməli idi. İddiaçı birinci instansiya məhkəməsində işə baxılan zaman 07 fevral 2022-ci il tarixə kimi qeydiyyatda olduğu ünvanda yaxın qohumunun yaşayıb-yaşamaması sualını cavablandırmaqdan yayınmış, apellyasiya instansiya məhkəməsində isə həmin ünvanda heç bir qohumu yaşamadığını qeyd etmişdir. İddiaçı məhkəməyə doğru məlumat verməkdən yayınmışdır. İddiaçı bu barədə şirkəti məlumatlandırdığını bildirmişdir, daha sonra şirkətin işçisi olduğu üçün buna ehtiyac duymadığını bildirmişdir. İddiaçının məqsədi ştatların ixtisarına süni manelər yaratmaq olmuşdur. Tətil barədə məlumatı oxuna bilməyən poçt qəbzi ilə bildirir. Həmin qeydi poçt əməliyyatçısı yox, üçüncü şəxs etmişdir. O, əmək fəaliyyətindən yayınmışdır. O, ştatların ixtisarı barədə tam məlumatlı olmuşdur. Ona həm poçt məktubu, həm də email poçtu vaistəsilə göndərilmişdir. Həmçinin, X8 də bu braədə məlumat verilmişdir. Qeyd olunan halların nəzərə alınaraq, apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil yazılı etiraz ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68.1-ci əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 70. “b” bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.1 və 71.3. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 77.1-3. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Maddə 78.1 Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 80.1 və 80.2. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 270 1. İşçilərin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır. Maddə 272 Tətilin başlanmasına ən geci 10 iş günü qalmış əmək kollektivi və ya həmkarlar ittifaqları orqanı işəgötürənə tətil keçiriləcəyi barədə yazılı məlumat verməlidir. Maddə 282.1-3. Bu Məcəllənin tələblərini pozmaqla elan edilmiş və keçirilmiş tətil qanunsuz hesab edilir. Tətilin qanunsuz hesab edilməsi haqqında işə tətil komitəsinin olduğu rayonun (şəhərin) məhkəməsi işəgötürənin ərizəsinə əsasən baxır. Tətilin qanunsuz hesab edilməsi barədə məhkəmə qərarı olduqda işçilər tətilə son qoymalı və məhkəmə qərarının tətilə başçılıq edən orqana təqdim olunduğu günün ertəsi günü işə başlamalıdırlar Maddə 288. a) bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Maddə 290.1. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Maddə 292. 2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Maddə 295.1-295.8 Pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər. İşçi özünün fərdi tələblərini müdafiə etmək üçün təkbaşına tətilinə əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının qoşulması çağırışı ilə çıxış etməməlidir. Əmək kollektivi və ya həmkarlar ittifaqları təşkilatı işçinin tələblərinin əsaslı, qanuni və ədalətli olduğu qərarına gələrsə, müstəqil olaraq kollektiv tələblərini irəli sürə bilər. İşçinin təkbaşına tətil etmək hüququnu hər hansı üsul və vasitə ilə işəgötürən, işçinin iş yerinin rəhbəri və ya digər şəxslər tərəfindən məhdudlaşdırmasına, habelə belə tətilin keçirilməsinə mane olmasına yol verilmir. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz. Tətil müddəti bitənədək işçi tətili dayandırıb işə başlaya və ya əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Təkbaşına tətil müddətində mübahisənin həlli üçün tərəflərin müəyyən etdiyi vasitəçilik üsullarından istifadə edilə bilər.Təkbaşına tətil edən işçinin tətil dövrü üçün əmək haqqının ödənilməsi bu Məcəllənin 283cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilə bilər. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə qərar qəbul edərsə, işçi müvafiq qaydada intizam məsuliyyətinə cəlb edilə bilər. Maddə 296.1-296.3. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər Maddə 301. 1. Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarda qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, işçi qismində iddiaçı ilə işəgötürən qismində cavabdeh arasında xx.xx.2016-cı il tarixli əmək müqaviləsi bağlanılmış, iddiaçı hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, işəgötürənin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixli Əmr əsasında ştatların ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu bildirmiş, cavabdeh isə iddiaçı ilə əmək müqvailəsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən qismində çıxış edən cavabdeh tərəfindən işçi iddiaçı ilə əmək müqaviləsinə ştatların ixtisarı əsası ilə xitam verilməsi zamanı əmək qanunvericiliyinin bir sıra normaları pozulsa da, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar aydınlaşdırılmamış, qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, əmək qanunvericiliyində işəgötürənin tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin hüququ kimi nəzərdə tutulmuşdur. Lakin qanunvericiliyin normalarının təhlilindən görünür ki, bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş və yerinə yetirilməsi məcburi olan bir sıra tələblərə riayət olunmalıdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməməsi imperativ norma kimi müəyyən olunmuşdur. Əmək qanunvericiliyində işəgötürən tərəfindən riayət olunması məcburi olan belə bir tələblərin nəzərdə tutulmasında əsas məqsəd işəgötürən tərəfindən formal olaraq bu əsaslara istinad etməklə işçilərin işdən çıxarılması hallarının qarşısının alınması, bununla da işçilərin məruz qala biləcəyi su-istifadə hallarından qorunmaqla, onların hüquqlarının müdafiə olunmasının təmin edilməsindən ibarətdir. Deməli, işəgötürən tərəfindən həmin tələblərdən hər hansı birinə əməl etmədən işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə zidd hesab olunur. Həmçinin, əmək qanunvericiliyin təhlilindən görünür ki, işəgötürənin təşəbbüsü ilə işçilərin sayı və ya ştat ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilməsi üçün riayət olunması məcburi olan tələblərə- bu əsasla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması, işəgötürən tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş müvafiq tədbirlər görülməsi, qanunvericiliklə müəyyən olunmuş müddətdə işçinin bu barədə rəsmi xəbərdarlıq edilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməli olması, işçiyə orta aylıq əmək haqqının ən azı iki misli miqdarında işdən çıxma müvainətinin ödənilməsi, bu əsasla əmək müqaviləsinə yalnız həmkarlar ittifaqının mütləq razılığı əsasında xitam verilməsi tələbləri aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə işəgötürən tərəfindən iddiaçı işçi ilə əmək müqaviləsinə ştatların ixtisarı əsası ilə xitam verilsə də, həmin ştatların ixtisarının zəruriliyi əsaslandırılmamış, bu hala dair heç bir sənəd müvafiq təqdimata əlavə edilməmiş, habelə məhkəmə prosesində də bununla bağlı heç bir sənəd təqdim edilməmişdir. Müvafiq təqdimat və əmrdə qeyd olunan ştatların ixtisar edilməsi maliyyə xərcinin azladılması halı ilə əlaqələndirilsə də, həmin halı təsdiq edən heç bir mötəbər sübuta istinad edilməmişdir. Bundan əlavə, işəgötürən cavabdehin maliyyə xərcinin azaldılmasının məhz qeyd edilən ştatların ixtisar edilməsi ilə bağlı olması, bu halın başqa digər vasitələr və ya tədbirlər əsasında aradan qaldırılmasının mümkünsüzlüyü ilə bağlı halların müəyyən edilməsi ilə bağlı da heç bir mötəbər sübuta istinad edilməmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən işəgötürən tərəfindən qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi zamanı həmin halın əsaslandırılmasının zərurliyi imperativ norma kimi qeyd olunmuşdur. Bununla da, hazırki mülki iş üzrə işəgötürən cavabdeh tərəfindən Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, əmək qanunvericiliyinin tələbinə əsasən qeyd edilən əsasla işçi ilə əmək müqaviləsi ləğv edildiyi halda işçiyə bu barədə stajına uyğun olaraq xəbərdarlıq edilməli, xəbərdarlıq müddətində işçiyə iş axtarması üçün ən azı bir gün əmək funksiyasının icrasından azad edilməsi ilə bağlı tədbirlər görməsi işəgötürənin vəzifəsi kimi müəyyən edilmişdir. İndiki halda işəgötürən cavabdeh bu barədə iddiaçıya məktub göndərildiyini, iddiaçının öz təqsiri ucbatından həmin məktubun ona çatdırılmasının mümkün olmadığını əsas gətirərək, bu barədə işəgötürənin öz vəzifəsini icra etdiyini, əmək qanunveriicliyinin qeyd edilən tələbinə əməl etdiklərini bildirmişdir. Lakin məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müvafiq əmr, habelə xəbərdarlıq məktubunun iddiaçı tərəfindən təhvil alınması halını da müəyyən etmək mümkün olmamışdır. Belə ki, işəgötürən cavabdeh tərəfindən müvafiq xəbərdarlıq məktubu iddiaçının rəsmi qeydiyyatda olduğu ünvan üzrə deyil, başqa ünvan üzrə göndərilmişdir. Bu hal isə öz növbəsində müvafiq məktubun iddiaçıya lazimi qaydada çatdırılması halını təkzib edir. Cavabdeh tərəfindən isə qeyd edilən halı təkzib edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə işəgötürən cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin də tələbləri pozulmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə işçi iddiaçı 28 mart 2022-ci il tarixdən etibarən 10 iş günü müddətində təkbaşına tətil etməsi barədə işəgötürənə xəbərdarlıq məktubu göndərmişdir, bu hal müvafiq qəbz, poçt məktubu və cavabdehin birinci instansiya məhkəməsində özünün verdiyi izahatı əsasında təsdiq olunmuşdur. Cavabdeh indiki halda bu halı təkzib etsə də, bunu texniki səhv kimi qiymətləndirsə də, həmin halı təkzib edən heç bir mötəbər sübuta istinad etməmişdi. İşəgötürən cavabdeh tərəfindən işçi ilə əmək müqaviləsinə işçinin təkbaşına tətil etdiyi müddətdə xitam verilmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən işinin təkbaşına tətil etdiyi müddətdə, əgır onun hərəkətləri qanunsuz hesab edilməmişdirsə, işəgötürən tərəfindən onunla əmək müqvailəsinə xitam verilə bilməz. Hazırki mülki iş ürzə iddiaçı işçinin təkbaşına etdiyi tətilini qanunsuz hesab edilməsi ilə bağlı işəgötürərin məhkəməyə hər hansı müraciət etməsi və bununla bağlı hər hansı məhkəmə qərarı mövcud olmamışdır. Deməli, indiki halda işəgötürən tərəfindən Əmək Məcəlləsinin 76.2, 295.5ci maddəsinin tələbləri də pozulmuşdur. Məhkəmə kolegiyası qeyd edir ki, hazırki mülki iş üzrə cavabdeh işəgötürən tərəfindən iddiaçı işçi ilə əmək müqaviləsinə xitam verərkən, Əmək Məcəlləsinin 71.3, 77, 76.2, 295.5-ci maddəsinin tələblərinə əməl etmədiyi halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar aydınlaşdırılmamış, qeyd edilən hallara hüquqi qiymət verilməmiş, bununla da iş üzrə düzgün nəticəyə gəlinməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi qətnamədə “”Engin LTD” MMC-nin maliyyə vəziyyətində və hüquq işlərinin aparılmasında nöqsanlar müəyyən edilmiş və Şirkətin hüquq şöbəsinin və işçilərinin ixtisar edilməsi təklif edilmiş, MMC-nin direktoru isə bu təklifləri qiymətləndirərək, xx.xx.2022-ci il tarixli, 10 saylı Əmr imzalamışdır” ifadələrini qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, müvafiq əmrin qeyd edilən hallarla əsaslandırılması özlüyündə ştatların ixtisar edilməsi anlayışının mahiyyətinə zidd olmaqla, onu zəruri edən hal kimi çıxış etmir, qeyd olunan hallar işçinin əmək funsiyasının lazımi qaydada icra edib-etməməsi baxımından əmək fəaliyyətinin qiymətləndirilməsi üçün əsas qismində çıxış edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə də düzgün əsaslandırma aparmayaraq, düzgün nəticəyə gəlməmişdir. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə kəsici müddət qismində Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilmiş müddəti tətbiq etməklə, iddia tələbinin rədd olunması qənaəti ilə razılaşmayaraq, hesab edir ki, məhkəmə qeyd edilən hissədə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin kəsici müddət qismində tətbiq etdiyi Əmək Məcəlləsinin 296-cı maddəsində ehtiva edilmiş müddət kəsici müddət deyil, iddia müddəti olmaqla, həmin müddət məhkəmənin öz təşəbbüsü əsasında deyil, məhz cavabdehin müvafiq ərizəsi əsasında tətbiq edilə bilərdi. İndiki halda isə hazırki mülki işin materiallarında cavabdehin qeyd edilən halla bağlı heç bir yazılı ərizəsi mövcud olmamışdır. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən müddətə kəsici müddət kimi qiymət verməklə, düzgün nəticəyə gəlməmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı yazılı ərizə olmasa da, bununla bağlı qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən qeyd edilən iddia müddəti də ötürülməmişdir. Belə ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr və əmək kitabçasını 08 aprel 2022-ci il tarixdə əldə etmiş, daha sonra mediasiya təşkilatına müraciət etmiş, 11 may 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mediasiya haqqında qanunvericiliyin tələbinə əsasən mediasiya prosesinin təbiqi iddia müddətinin axımını dayandırır. Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti ötürülməmiş, habelə birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən müddətə iddia müddəti qismində düzgün hüquqi qiymət verilməmişdir. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə işçi iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassız olduğundan, iddia tələbi əvəlki işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində əsaslı olmaqla, həmin hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin məzuniyyətə görə kompensasiya ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, indiki halda iddiaçı əvvəlki işə bərpa edilməsi hissəsində təmin edildiyindən, işçi qismində iddiaçının bununla bağlı məsələni əmək münasibətləri (işçi-işəgötürən) çərçivəsində həll etmək hüququ yarandığından, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası, iddia tələbi ştatların ixtisar edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi hissəsi ilə bağlı hesab edir ki, müvafiq əmr işəgötürənin hüququnun realizəsi qismində çıxış etdiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddiaçı ona mənəvi zərərin vurulduğuna görə 50000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində də təmin olunmamalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməmiş, işin halları tam araşdırılmamış, işin halları gəldiyi nəticəyə uyğun olmamışdır ki, bu hallar da düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 215 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq (qiymətləndirilməyən tələb olduğundan) 100 manat məbləğində olan hissəsi, mediasiya ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun 60 manat məbləğində olan hissəsi Cavabdehndən tutularaq İddiaçı ödənilməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(012)-3285/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və kompensasiyanın ödənilməsi, dəymiş mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh hüquqşünas vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli, KÇ 152 №li Əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də tutduğu əvvəlki vəzifəsinə (hüquşünas vəzifəsinə) bərpa edilsin və Cavabdeh MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 215 manat məbləğində dövlət rüsumunun 100 manat məbləğində olan hissəsi, mediasiya ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun 60 manat məbləğində olan hissəsi Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar