Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3168/2022 16.05.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2535/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən S.Süleymanovun 19 mart 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının və 10000 manat mənəvi zərərin cavabdeh Sumqayıt Bələdiyyəsindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4114/2021 nömrəli 25 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 19 mart 2021-ci il tarixli, 25 saylı əmri ləğv edilmiş, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Sumqayıt Bələdiyyəsinin İcra aparatının hüquq şöbəsinin müdiri vəzifəsinə bərpa edilmiş, mənəvi zərərin əvəzi olaraq 300 manatın cavabdeh Sumqayıt Bələdiyyəsindən alınaraq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qə t edilmişdir. Cavabdeh Sumqayıt Bələdiyyəsi apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2535/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4114/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzi olaraq 300 manatın cavabdeh Sumqayıt Bələdiyyəsindən alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verib, apellyasiya instansiyasının qətnaməsinin qismən – mənəvi zərərin ödənilməsinin təmin edilməyən hissəsində ləğv, iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Cavabdeh Sumqayıt Bələdiyyəsi də kassasiya şikayəti verib, apellya siya instansiyasının qətnaməsinin ləğv edilməsi, işin yeni apellyaisya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1908/2022 nömrəli, 21 fevral 2022-ci il qərardadı ilə İddiaçı və cavabdeh Sumqayıt Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2535/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri icraata qəbul edilməmiş və kassasiya şikayətlərinin qaytarılması məsələsinin həlli üçün mülki iş Apellyasiya instansiyasına qaytarılmışdır. Cavabdeh Sumqayıt Bələdiyyəsi yenidən kassasiya şikayəti verib, apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Cavabdeh Sumqayıt Bələdiyyəsinin kassasiya şikayəti icraata q əbul edilə bilməz. Cavabdehin kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, cavabdeh kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində təkrarən yalnız ümumi şəkildə Əmək Məcəlləsinin 69.3 və Mülki Prosessual Məcəllənin 88-ci maddələrini qeyd etməklə kifayətlənmiş, həmin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Bundan başqa, kassasiya şikayətinin “digər məsələlər” bölməsində işin faktiki halları sadalanmış, şikayətin bu hissəsində də apellyasiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulması şərh edilməmişdir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayə ti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Bu baxımdan cavabdehin qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək imkanı istisna edilmir. Qeyd olunanlara əsasən, kassasiya şikayətlərinə baxmaq üçün prosessual ə saslar müəyyən edilmədiyindən kassasiya şikayətləri icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 402.1, 407.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Sumqayıt Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)2535/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətlərinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3168/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3168/2022
16.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver