Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5398/2025 24.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi (vəkili) X12 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Quliyev X11 Südabə Tahir qızı maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞB/3/2025-00517 saylı barışıq sazişinin birinci bəndinin təsdiq edilməsinə və barışıq sazişinin məcburi icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi Bakı 3 saylı Mediasiya Təşkilatına uşaqları - X6, X7, X8 anası Maraqlı şəxs himayəsində saxlanılması və X5, X2 isə onun himayəsində saxlanılması ilə bağlı müraciət etmişdir. Onun müraciətinə Bakı 3 sayıl mediasiya təşkilatında baxılmış və xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00517 nömrəli Barışıq Sazişi bağlanılmışdır. Həmin Barışıq sazişində mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsi üsul və müddətləri aşağıdakı kimi göstərilmişdir: (X1, X7, X8 anası Maraqlı şəxs himayəsində saxlanılması və X5, X2 atasının himayəsində saxlanılması tələbi) 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi qeyd olunan məzmunda razılığa gəldilər. Tərəflər uşaqların himayədə saxlanılması tələbi üzrə tərəflərin birgə münasibətindən anadan olan xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək ananın 1-ci tərəf Maraqlı şəxs himayəsində saxlanılmasına və xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək atanın 2-ci tərəf Ərizəçi himayəsində saxlanılmasına razılaşdılar. (məhkəmə aidiyyətinin dəyişdirilməsi) 1-ci tərəf Maraqlı şəxs və 1-ci tərəf Ərizəçi arasında MŞB/3/2025-00517 saylı, 20 09.2025-ci il tarixli barışıq sazişi üzrə mübahisələri yarandığı təqdirdə məhkəmə aidiyyətini dəyişdirərək saziş üzrə mübahisənin Bakı şəhəri Nəsimi Rayon məhkəməsində aparılmasına razılaşdılar. Bildirilir ki, övladları - xx.xx.2012-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X17 və xx.xx.2018-ci il təvəllüdlü X18 hal-hazırda Maraqlı şəxs himayəsində Abşeron rayonu, Fatmayı kəndində yaşayırlar. Aralarında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişi Maraqlı şəxs tərəfindən icra olunmur və o, üzərinə götürdüyü öhdəlikləri xx.xx.2025-ci il tarixində icra etməli olduğu halda icra etmir və sazişdə də göstərildiyi kimi iki böyük övladı - xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X4 onun himayəsinə verilmir. Belə olan halda Barışıq Sazişinin 1-ci bəndi Maraqlı şəxs tərəfindən pozulur. Qeyd edilən barışıq sazişinin icrası ilə bağlı sazişdə də göstərildiyi kimi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi (vəkili) X19 barışıq sazişinin maraqlı şəxs tərəfindən icra edilmədiyini etiraf edərək, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. İş materiallarına əlavə olunmuş, Bakı şəhəri 3 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinə əsasən tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər:
1. (X1, X7. X8 anası Maraqlı şəxs himayəsində saxlanılması və X5, X2 atasının himayəsində saxlanılması tələbi) - 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi qeyd olunan məzmunda razılığa gəldilər. Tərəflər uşaqların himayədə saxlanılması tələbi üzrə tərəflərin birgə münasibətindən anadan olan xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək ananın 1-ci tərəf Maraqlı şəxs himayəsində saxlanılmasına və xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək atanın 2-ci tərəf Ərizəçi himayəsində saxlanılmasına razılaşdılar.
2. (məhkəmə aidiyyətinin dəyişdirilməsi) - 1-ci tərəf Maraqlı şəxs və 1-ci tərəf Ərizəçi arasında MŞB/3/2025-00517 saylı, 20 09.2025-ci il tarixli barışıq sazişi üzrə mübahisələri yarandığı təqdirdə məhkəmə aidiyyətini dəyişdirərək saziş üzrə mübahisənin Bakı şəhəri Nəsimi Rayon məhkəməsində aparılmasına razılaşdılar. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin 1-ci bəndi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin: - 1-ci bəndi: ”1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi qeyd olunan məzmunda razılığa gəldilər. Tərəflər uşaqların himayədə saxlanılması tələbi üzrə tərəflərin birgə münasibətindən anadan olan xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək ananın 1-ci tərəf Maraqlı şəxs himayəsində saxlanılmasına və xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək atanın 2-ci tərəf Ərizəçi himayəsində saxlanılmasına razılaşdılar” təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüsalə Musayeva