Məhkəmə qərarları › İş №2(006)-5400/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5400/2025

10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5400/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X18 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X3 20 noyabr 1992-ci il tarixində vəfat etməsi ilə bağlı hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Bakı şəhərində yaşayır. X1 onun qardaşıdır. Mərhum qardaşı X7 20 noyabr 1992-ci il tarixdə xəstəlik səbəbindən vəfat etmişdir. Lakin həmin vaxt səhlənkarlıq edərək və savadsızlıqdan mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini almamışlar. Həmin vaxt yaxın qohumların və qonşuların iştirakı ilə mərhum qardaşı X11 şəhəri qəbiristanlığında dəfn olunmuş və qəbirüstü məzar daşı qoyulmuşdur. Məzar daşının şəklini də ərizəsinə əlavə edir. Mərhum qardaşı X3 20 noyabr 1992-ci il tarixdə vəfat etməsini və qonşuların iştirakı ilə Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmasını qohum, qonşuların və digər şəhər sakinləri şahid kimi təsdiq edə bilərlər. Hazırda ailə üzvlərinə məxsus həyətyanı torpaq və evin sənədləşməsi, çıxarış alınması zərurəti yaranmış və bunun üçün qardaşının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Ərizəçi qardaşının ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat Şöbəsi tərəfindən tibbi şəhadətnamə alınmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir və mərhum qardaşının ölüm faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmək ərizəçiyə tövsiyə olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Ağcabədi Regional ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materialları: Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsinin müavini X9 tərəfindən X1nun qonşularının iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanda daimi qeydiyyatda olmaqla yaşamış mərhum X4 ilə mərhumə X8 birgə nikahdan xx.xx.1965-ci il tarixdə X7 adlı övladı dünyaya gəlmişdir. X7, Ağcabədi şəhəri, H.Əliyev prospekti ev 70 saylı ünvanda qeydiyyatda olmaqla yaşamışdır. X7 xx.xx.1992-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuşdur. X1 xx.xx.1992-ci il tarixdə Ağcabədi şəhəri, N.Abdullayev küçəsində yerləşən şəhər qəbiristanlığında dəfn edilmişdir. Odur ki, X3 xx.xx.1992-ci il tarixdə vəfat etdiyi faktının doğruluğunu tərtib olunmuş akt əsasında imzaları ilə təsdiq etmişlər. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları"nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış mərhum qardaşı X7 ölümü barədə akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilə bilər. Odur ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.1965-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Bu barədə xx.xx.1965-ci il tarixdə Maraqlı şəxsndə 120 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Ağcabədi rayon X2 Əfqan Əbülfət oğluna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, 1992-ci ildə vəfat etmiş qardaşı X5 aid Arxiv bölməsində ölüm haqqında tibbi şəhadətnaməsi araşdırılmış və heç bir sənəd aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X20 "X16" X17 məhkəməyə ünvanlandığı 28 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X7 xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək X13 stasionar, ambulator qeydiyyat kitablarından və “E-TƏBİB” portalından qeydiyyatdan keçməmişdir. ********** nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizənin təqdim edilməsi üçün 101 manat dövlət rüsumu ödənilmişdir. Məzarüztü abidənin fotoşəkillərindən 1965-ci il təvəllüdlü X3 ölüm tarixinin 1992-ci il tarixi kimi qeyd edilməsi aydın olur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Ərizəçi məhkəmə iclasındakı izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı X7 xx.xx.1992-ci il tarixdə Ağcabədi rayonunda vəfat etmiş və Ağcabədi şəhər qəbirstanlığında dəfn edilmişdir, lakin ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qardaşı xx.xx.1965-ci il təvəllüdlü X3 xx.xx.1992-ci il tarixdə Ağcabədi rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X3 xx.xx.1992-ci il tarixdə Ağcabədi rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar