Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5428/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1933-cü il təvəllüdlü Hacıyeva Safurə Babaş qızının ünvan 1 F ünvanında xx xxxxxxxx 2020-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməsi, Hacıyeva Safurə Babaş qızının vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X7 Babaş qızı xx xxxx 1933-cü ildə Göyçay rayonunda anadan olmuşdur. Uzun illər hipertonik xəstəsi olmuş və 01 dəfə insult keçirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə vəziyyəti kəskin pisləşdiyindən saat 18:30 radələrində təcili yardım çağırmışdılar. Bakı şəhəri Təcili və X2 Stansiyasının 10 saylı bölməsindən həkim briqadası gəlmişdir. Həkim M.Bayramov anasını müayinə etmiş, qan təzyiqinin 70/50 olduğunu bildirmişdir, vəziyyəti barədə müvafiq vərəqədə qeydlər aparmış və vəziyyətinin kritik olduğunu söyləmişdir. Üç saat sonra anası nəfəs almamış, dərhal yenə təcili yardım çağırmışlar. Bakı şəhəri Təcili və X2 Stansiyasının 10 saylı bölməsindən yenə həkim M.Bayramov, briqadası ilə gəlmiş və anası müayinə etdikdən sonra bildirmişdir ki, anası vəfat etmiş və ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib etmişdir. Dəfn mərasimini bitirdikdən sonra növbəti gün ölüm haqqında şəhadətnamə almaq məqsədilə yaşadıqları ünvan üzrə Poliknikaya müraciət etmişlər. Lakin Poliklikada onlara bildirmişdilər ki, anası yaşadığı yer üzrə poliknikada uçotda olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Bu halda anası qeydiyyatda olduğu ərazi üzrə tibbi uçotda olduğu 01 saylı şəhər poliknikasına ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etmişlər. 01 saylı şəhər poliklinikasına ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etmişlər. 01 saylı şəhər Poliknikası onlara rəsmi məktubla bildirmişdilər ki, anasının qeydiyyatda olduğu ünvan hal-hazırda mövcud olmadığı üçün uçotda orda olmasına baxmayaraq ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Bakı şəhəri Maraqlı şəxsndən onlara bildirmişlər ki, ölüm haqqında hakim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Şöbənin rəisi Şəfəq Salmanlı məhkəməyə məktub ünvanlayaraq mülki işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, X6 Babaş qızının onun qaynanası olmuşdur. Hacıyeva Safurə Babaş qızı xx xxxxxxxx 2020-ci il tarixində vəfat etmişdir. Uzun müddət xəstə olmuş, təzyiqi var idi. Onlar bir yerdə yaşamışlar. X6 Babaş qızı Zabrat qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, X6 Babaş qızı onun anasıdır. Hacıyeva Safurə Babaş qızı xx xxxxxxxx 2020-ci il tarixində vəfat etmişdir. Uzun müddət xəstə olmuş, təzyiqi var idi. X7 Babaş qızı Zabrat qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 01 nömrəli şəhər Poliknikasının xx.xx.2020-ci il tarixli, №182 saylı məktubundan görünür ki, xx.xx.1933-cü il təvəllüdlü Ş.Bədəlbəyli küçəsi, dalan 03, ev 02 ünvanında qeydiyyatda olan Hacıyeva Safura Babaş qızı xx.xx.2000-ci ildən poliknikanın ambulator qeydiyyatındadır Lakin S.Hacıyevanın poliknikaya son müraciəti xx.xx.2000-ci il tarixində olub. Həmçinin bildiririk ki, yuxarıda göstərilən ünvan 10 ildən artıqdır sökülüb və həmin ünvanda qış parkı salınıb. Yuxarıda göstərilənləri nəzərə alaraq Hacıyeva Safurə Babaş qızına ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Təcili və X2 Stansiyasının PHŞ 10 saylı bölməsi tərəfindən verilmiş №8/45 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2020-ci il, saat 19:05 radələrində ünvan 1 F ünvanına Hacıyeva Safurə Babaş qızı adına çağırış daxil olmuşdur. Çağırışı 10 sayı bölmənin həkimi Bayramov yerinə yetirmiş, həmin xəstəyə həkiməqədər ölüm qadın cinsli meyid diaqnozu qoyaraq müvafiq ilkin tibbi yardım göstərmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, № 05/2- 1406/75 saylı məktubdan görünür ki, Maraqlı şəxs ananız Hacıyeva Safurə Babaş qızının ölümünü qeydiyyata alınması barədə ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyyə olunur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan məlum olur ki, xx.xx.1933-cü il təvəllüdlü Hacıyeva Safurə Babaş qızının ünvan 1 F ünvanında xx xxxxxxxx 2020-ci il tarixində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1933-cü il təvəllüdlü Hacıyeva Safurə Babaş qızının ünvan 1 F ünvanında xx xxxxxxxx 2020-ci il tarixində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1933-cü il təvəllüdlü Hacıyeva Safurə Babaş qızının ünvan 1 F ünvanında xx xxxxxxxx 2020-ci il tarixində vəfat etməsi faktı müəyyən edilsin. Hacıyeva Safurə Babaş qızının vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5428/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5428/2020
19.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver