Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5461/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün "Tərəflər razılaşırlar ki, Tərəf 2 (Maraqlı şəxs) xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 14-ü tarixinədək aylıq 500 AZN olmaqla, 60 ay ərzində 30000 AZN ümumi borc məbləğini tam şəkildə Tərəf 1 ("xxxx" MMC) ödəyəcəkdir. Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 ("xxxx" MMC) Tərəf 2 (Maraqlı şəxs)-nin borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir." şərti ilə təsdiq edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ərizəçi "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onun əsaslanmışdır ki, "xxxx" MMC ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, Maraqlı şəxs tərəfindən şirkətə 30000 manat vurulmuş ziyana görə Tərəflər razılaşırlar ki, Tərəf 2 (Maraqlı şəxs) xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 14-ü tarixinədək aylıq 500 AZN olmaqla, 60 ay ərzində 30000 AZN ümumi borc məbləğini tam şəkildə Tərəf 1 ("xxxx" MMC) ödəyəcəkdir. Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 ("xxxx" MMC) Tərəf 2 (Maraqlı şəxs)-nin borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir. Eyni zamanda Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Maraqlı şəxs tərəfindən aylıq ödənişlər könüllü şəkildə icra edilmədiyi üçün barışıq sazişinin 2-ci bəndi əsas götürülməklə borc məbləğinin tam şəkildə ödəməsi şərti ilə saziş təsdiq edilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: İş materiallarına əlavə edilmiş: - Bakı 20 saylı Mediyasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00200 saylı Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Tərəf 2 ( Maraqlı şəxs) xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 14 –u tarixinədək aylıq 500 AZN ( beş yüz) olmaqla, 60 ay ərzində 30000 AZN (otuz min) ümumi borc məbləğini tam şəkildə Tərəf 1 ("xxxx" MMC) -ə ödəyəcək.
2. Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 ("xxxx" MMC) Tərəf 2 (Maraqlı şəxs)-nin borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, mediator X1 tərəfindən təsdiq edilən tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi qismən təsdiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən barışıq sazişinin bir hissəsi təsdiq edilməməlidir və sazişin bu hissəsinin təsdiq edilməməsi təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə bir hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə barışıq sazişinin “Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 ("xxxx" MMC) Tərəf 2 (Maraqlı şəxs)-nin borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında görə hər kəsin məhkəməyə müraciət etmək hüququ olduğundan, ərizə bu hissədə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırki ərizə təmin edildiyindən ödənilmiş 100 AZN məbləğində dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçinə verilməlidir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizəsi qismən təmin edilsin. Ərizəçi nümayəndəsi X2 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00200 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəf 2 ( Maraqlı şəxs) xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 14 –u tarixinədək aylıq 500 AZN ( beş yüz) olmaqla, 60 ay ərzində 30000 AZN (otuz min) ümumi borc məbləğini tam şəkildə Tərəf 1 ("xxxx" MMC) -ə ödəyəcək.
Ödənilmiş 100 (yüz manat) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçinə verilsin. Ərizə digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.