Məhkəmə qərarları › İş №2(006)-5551/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5551/2024

26.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5551/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizə ilə məhkəməyə müraciət edərək, onun Maraqlı şəxs ilə Bakı 16 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16/2024-00354 nömrəli Barışıq sazişi təsdiq olunması və 100 manat ödədiyim dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Ərizə onun əsaslanmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə 26 avqust 2016-ci il tarixdə 5 Saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Nikahın pozulmasına dair məsələ ilə bağlı ilk olaraq Mediasiya Şurasına müraciət etmişdir. Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında olarkən qarşı tərəflə hər ikisinin razılığı ilə nikahın pozulması üçün Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatına müraciət edərək məhkəmədə 3 (üç) ay vaxt verilmədən nikahın pozulması barədə razılığa gəlmişdilər. 1.Ərizəçi və Maraqlı şəxs xx.xx.2016-cı il tarixində 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi 4462 nömrəli nikah akt qeydinin pozulması barədə razılığa gəldilər. 2.Maraqlı şəxs ilə birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X2 Firuzə Budaq qızı yanında qalmasına etiraz etmir. 3.Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün Maraqlı şəxs 1-ci tərəfə Ərizəçi, hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat ümumilikdə 470 (dörd yüz yetmiş) manat alimenti ödəməyi öz öhdəsinə götürür. 4.Ərizəçi və Maraqlı şəxs bir-birinə qarşı əmlak tələbi və iddiası yoxdur. 5.Alimentin ödənilməsi 2024-cü ilin aprel ayının 10-dan başlayaraq 1-ci tərəfin Ərizəçi kart hesabına ödəniləcəkdir. Qarşılıqlı razılığa gələrək nikahın pozulması hissəsini vaxt verilmədən məhkəmə müstəvisində həll olunması barədə razılığa gələrək aralarında xx.xx.2024-cü il tarixli MŞB/16/2024-00354 nömrəli Barışıq Sazişi imzalanmışdır. Göründüyü kimi aralarında olan mübahisənin barışıq sazişi imzalamaqla həll edərək, bütün məsələlər üzrə qarşı tərəfə razılığa gəlmişlər. Lakin hazırda aralarında bağlanmış xx.xx.2024-ci il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: İş materiallarına əlavə edilmiş: - 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı 022223 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Maraqlı şəxs, anası Mustafayeva Fı̇ ruzə Budaq qızıdır - 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 298142 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Maraqlı şəxs, anası Mustafayeva Fı̇ ruzə Budaq qızıdır. - Bakı 16 saylı Mediyasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00354 saylı Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. Tərəflər (X6 və Maraqlı şəxs) xx.xx.2016-cı il tarixində 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi 4462 № nikah akt qeydinin pozulması barədə razılığa gəldilər.

2. 2-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 1-ci tərəfin yəni ananın (X6) yanında qalmasına etiraz etmir.

3. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə (X6), hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat ümumilikdə 470 ( dörd yüz yetmiş) manat alimenti ödəməyi öz öhdəsinə götürür.

4. Tərəflərin (X6 və Maraqlı şəxs) bir-birinə qarşı əmlak tələbi və iddiası yoxdur.

5. Alimentin ödənilməsi 2024-cü ilin aprel ayının 10-dan başlayaraq 1-ci tərəfin (X3) kart hesabına ödəniləcəkdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, (006)-2353/2024 sayl qərardadına əsasən iddiaçı Mustafayeva Fı̇ ruzə Budaq qızının cavabdeh Maraqlı şəxs qarşı "nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair" iş üzrə iddianın xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 iddiaçının yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər uşaqa 235 manat, cəmi 470 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması hissəsində icraata xitam verilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2353/2024 saylı qətnaməsi ilə iddiaçı Mustafayeva Fı̇ ruzə Budaq qızının cavabdeh Maraqlı şəxs qarşı "nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair" iddia tələbi “nikahın pozulması” hissəsində təmin olunması, iddiaçı Mustafayeva Fı̇ ruzə Budaq qızı ilə cavabdeh Maraqlı şəxs arasında 26 avqust 2016-cı ildə Bakı 5 saylı ASAN Xidmət mərkəzində bağlanmış və 4462 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, mediator X10 tərəfindən təsdiq edilən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qismən təsdiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən barışıq sazişinin bir hissəsi təsdiq edilməməlidir və sazişin bu hissəsinin təsdiq edilməməsi təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə bir hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, barışıq sazişinin “Ərizəçi və Maraqlı şəxs xx.xx.2016-cı il tarixində 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi 4462 nömrəli nikah akt qeydinin pozulması barədə razılığa gəldilər.” hissəsinə artıq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2353/2024 saylı qətnaməsi ilə münasibət bildirildiyindən, ərizə bu hissədə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizəsi qismən təmin edilsin. Məmmədova (Mustafayeva) Firuzə Budaq qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00354 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. 2-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 1-ci tərəfin yəni ananın (X6) yanında qalmasına etiraz etmir.

2. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə (X6), hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat ümumilikdə 470 ( dörd yüz yetmiş) manat alimenti ödəməyi öz öhdəsinə götürür.

3. Tərəflərin (X6 və Maraqlı şəxs) bir-birinə qarşı əmlak tələbi və iddiası yoxdur.

4. Alimentin ödənilməsi 2024-cü ilin aprel ayının 10-dan başlayaraq 1-ci tərəfin (X3) kart hesabına ödəniləcəkdir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar