Məhkəmə qərarları › İş №2(006)-5577/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5577/2022

15.12.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5577/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs, X1 iştirakları ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi və s.” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli 2(103)-4342/2020 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından olan 04 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 350 manat sabit pul məbləğində alimentin məbləğinin 50 manat artırılaraq, 400 manat məbləğində müəyyən edilməsi barədə 5 saylı X2 Yekaterina Fyodorovna və Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.1998-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1997-ci il təvəllüdlü Nərminə, xx.xx.2002-ci il təvəllüdlü Nigar və xx.xx.2009-cu il təvəllüdlü Nuray adlı 3 övladları anadan olmuşdur. Sonradan tərəflər arasında münasibətlər pozulmuş və aralarında olan nikahın pozulması barədə məhkəməyə müraciət olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3054/19 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.1998-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 93 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 anaları Ərizəçi yanında qalmalarının müəyyən edilməsi, onların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 07 avqust 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi verilməsi, qətnamənin “alimentin tutulması” hissəsində dərhal icra edilməsi qət edilmişdir. Daha sonra Ərizəçi Maraqlı şəxs qarşı “alimentin miqdarının dəyişdirilməsi” barədə iddia ərizəsi əsasında başlanılmış mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli 2(103)- 4342/2020 saylı qətnaməsinə əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3054/2019 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs tutulan aliment miqdarı artırılaraq hər ay hər uşağa görə 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində aliment Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmuşdur. Uşaqlar böyüdükcə onların xərcləri də artır. Müəyyən edilmiş alimentin məbləği hazırda uşaqların xərclərini ödəməyə kifayət etmir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanunundan da görünür ki, 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Buna görə də Ərizəçi övladı 04 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs onun xeyrinə tutulan aliment məbləğinin artırılması barədə məhkəməyə iddia ərizəsi vermək qərarına gəlmişdir. Bu məqsədlə o, mediasiyaya müraciət etmiş, tərəflər mediasiya prosesində aralarında olan mübahisəni barışıq yolu ilə həll etmək qərarına gəlmiş, alimentin 50 manat məbləğində artırılması barədə razılığa gəlmişlər. Bununla bağlı tərəflər 12 avqust 2022-ci il tarixdə 5 saylı X3 Sazişi imzalamışlar. Lakin keçən müddət ərzində Maraqlı şəxs qeyd edilən barışıq sazişinin şərtlərinə əməl etməmiş, artırılmış alimentin məbləğini Ərizəçi ödəməmişdir. Bu səbəbdən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi tələbin azaldılması barədə ərizə təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli 2(103)-4342/2020 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından olan 04 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 350 manat sabit pul məbləğində alimentin məbləğinin 50 manat artırılaraq, 400 manat məbləğində müəyyən edilməsi barədə 5 saylı X2 Yekaterina Fyodorovna və Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Maddə 1. Mübahisənin qısa təsviri Tərəflər alimentin artırılması ilə bağlı razılığa gəldilər. Maddə 2. Barışığın şərtləri 2.1. Saziş ilə Tərəflərin üzərinə götürdüyü öhdəliklər 2.1.1. Birinci tərəf (Ərizəçi): 2.1.1.1. Birgə nikah dövründə dünyaya gəlmiş övladı xx.xx.2009-cu il təvəllüdlü X7 üçün yetkinlik yaşına çatana kimi 2022-ci ilin sentyabr ayından etibarən ikinci tərəfdən (Maraqlı şəxs) hər ay 400 (dörd yüz) manat həcmində aliment (bank hesabına olmaq şərti ilə) qəbul edəcək. 2.1.2. İkinci tərəf (Maraqlı şəxs): 2.1.2.1. Birgə nikah dövründə dünyaya gəlmiş övladı xx.xx.2009-cu il təvəllüdlü X7 üçün yetkinlik yaşına çatana kimi 2022-ci ilin sentyabr ayından etibarən birinci tərəfə (Ərizəçi) hər ay 400 (dörd yüz) manat həcmində aliment (bank hesabına olmaq şərti ilə) ödəyəcək. Aliment bank hesabına ödəniləcək. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq, Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və ya nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünaslarla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırki Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanunazidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunverciliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırki Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1 və 3.4.5-ci bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. 3.7. X11 arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən xx.xx.2022-ci il tarixli barışıq sazişinin bir hissəsi ümumi şərtlərdən ibarətdir. Buna görə də barışıq sazişinin həmin hissədə təsdiq edilməsinə zərurət yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanunazidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi və s.” tələbinə dair ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022ci il tarixli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “2.1. Saziş ilə Tərəflərin üzərinə götürdüyü öhdəliklər: 2.1.1.1. Birinci tərəf (Ərizəçi) birgə nikah dövründə dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X7 üçün yetkinlik yaşına çatana kimi 2022-ci ilin sentyabr ayından etibarən İkinci tərəfdən (Maraqlı şəxs) hər ay 400 (dörd yüz) manat həcmində aliment (bank hesabına olmaq şərti ilə) qəbul edəcək. 2.1.2.1. İkinci tərəf (Maraqlı şəxs) birgə nikah dövründə dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X7 üçün yetkinlik yaşına çatana kimi 2022-ci ilin sentyabr ayından etibarən Birinci tərəfə (Ərizəçi) hər ay 400 (dörd yüz) manat həcmində aliment (bank hesabına olmaq şərti ilə) ödəyəcək. Aliment bank hesabına ödəniləcək” hissəsində təsdiq edilməli, qalan hissədə isə təsdiq edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin aşağıdakı məzmunda olan hissəsi təsdiq edilsin: 2.1. Saziş ilə Tərəflərin üzərinə götürdüyü öhdəliklər: 2.1.1.1. Birinci tərəf (Ərizəçi) birgə nikah dövründə dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X7 üçün yetkinlik yaşına çatana kimi 2022-ci ilin sentyabr ayından etibarən İkinci tərəfdən (Maraqlı şəxs) hər ay 400 (dörd yüz) manat həcmində aliment (bank hesabına olmaq şərti ilə) qəbul edəcək. 2.1.2.1. İkinci tərəf (Maraqlı şəxs) birgə nikah dövründə dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X7 üçün yetkinlik yaşına çatana kimi 2022-ci ilin sentyabr ayından etibarən Birinci tərəfə (Ərizəçi) hər ay 400 (dörd yüz) manat həcmində aliment (bank hesabına olmaq şərti ilə) ödəyəcək. Aliment bank hesabına ödəniləcək. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar