Məhkəmə qərarları › İş №2(006)-5577/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5577/2025

19.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5577/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktı tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, X4 ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra Ərizəçi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən xx.xx.1958-ci il təvüllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Anası xx.xx.1958-ci il təvəllüdlü X8 xəstə olduğundan xx.xx.2025-ci il tarixdə yaşadığı evdə Həmin vaxt təcili tibbi yardım çağrılmış, lakin TTB gələnə kimi X8 rəhmətə getmişdir. Rəhmətə getdikdən sonra Hövsan qəsəbə qəbrsitanlığında dəfn olunmuş və yas mərasimi təşkil edilmişdir. X7 ölüm haqqında şəhadətnamə almaq üçün 4 nömrəli Şəhər Poliklinikasına müraciət olunmuşdur. Həmin qrurndan bildirilmişdir ki, mərhum X4 ölümünə səbəb olacaq xəstəliyi haqqında əsaslandırıcı məlumatları (tibbi müayinə sənədləri) olmadığından onun adına ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X2 ifadəsində bildirdi ki, o, mərhumun oğludur. xx.xx.2025 tarixində bacısı zəng edərək anasının dünyasını əyişdiyini bildirdi. O, Gəncədə yaşadığı üçün elə həmin gün Bakıya gəlmişdir.Nərimanov rayonunda yerləşən kirayə qaldığı evdə rəhmətə gedib. Hövsan qəsəbəsində yerləşən qəbiranlıqda dəfn olunmuşdur, dəfn mərasimində iştirak etmişdir. Anası şəkər xəstəsi olub və arada təyziqi olurdu. X3 ifadəsində bildirdi ki, o, ərizəçinin dayısının dostudur. Ona öldüyü gün zəng gəldi və onların evinə gəlsinlər. Ünvana çatanda təcili tibbi yardım artıq gəlmişdi və meyit divana uzadılmışdı. Nərimanov rayonunda yerləşən ünvanda rəhmətə gedib. Hövsan qəsəbəsində yerləşən qəbiranlıqda dəfn olunmuşdur, dəfn mərasimində iştirak etmişdir. Yas mərasiməri evdə və Yasamal rayonunda yerləşən mərasim evlərinin birində keçirilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Hövasan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 474 saylı arayışına əsasən mərhumə X8 xx.xx.2025-ci ildə vəfat etmişdir. xx.xx.2025-ci il tarixində Quşçuluq sovxozu y/s qəbristanlığında dəfn olunmuşdur. Təcili və X6 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2025ci il tarixli arayışına əsasən X8 16:42 radələrində həkimə qədər ölmüşdür. İ-AZ seriyalı 193760 saylı doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1984-cü ildə anadan olmuş, anası X12 və anası X1r. İİ-JQ seriyalı 306144 saylı nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X12 ilə X5 arasında olan nikah xx.xx.1979-cu il tarixdə bağlanmış və nikah bağlandıqdan sonra qadına «Quliyeva» soyadı verilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş 'Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi" X16 “4 nömrəli Şəhər Poliklinikasının 18-1-1-87/3-380/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən, ünvan 2 ünvanda xx.xx.2025-ci il tarixdə qəflətən vəfat edən vətəndaş X4 ölümünə səbəb olacaq xəstəliyi haqqında əsaslandırıcı məlumatımız (tibbi müayinə sənədləri) olmadığından, tərəfimizdən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, mərhum X8 dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası (mərhumun qızı olması iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamə ilə müəyyən edilir) X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Hövsan qəsəbəsi Quşçuluq sovxozu y/s qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə, mərhumun pensiya məsələsinə görə və mərhumun banka olan borcuna görə banka təqdim etməsi üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1958-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilməli və X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar