Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5588/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsi və məcburi qaydada icra edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə "barışıq sazişinin təsdiq edilməsi və məcburi qaydada icra edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-00800 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən Tərəflər etiraf edir ki, İkinci Tərəf vurulmuş 4000 (dörd min) AZN ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-cü il tarixində 2000 (iki min) AZN ödəniş etmişdir. Nəticədə, X5 Tərəfə 2000 (iki min) AZN borcu qalmışdır. Tərəflər razılaşırlar ki, İkinci Tərəf xx.xx.2024-cü il tarixdən etibarən on iki ay ərzində xx.xx.2025-ci il tarixinədək hər ayın 10dan gec olmayaraq aylıq 167 (yüz altmış yeddi) AZN olmaqla hər ay hissə-hissə borcunu ödəyəcək. İkinci Tərəf hansısa ayın borcunu ödəməzsə, Birinci Tərəf dərhal məhkəməyə müraciət edərək İkinci Tərəfdən borcunu tam şəkildə ödəməyini tələb edəcək. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-00800 nömrəli barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-00800 nömrəli barışıq sazişinin məcburi icrası üçün xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-00800 nömrəli barışıq sazişinin – Tərəflər etiraf edir ki, İkinci Tərəf vurulmuş 4000 (dörd min) AZN ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-cü il tarixində 2000 (iki min) AZN ödəniş etmiş, X4 Birinci Tərəfə 2000 (iki min) AZN borcu qalmışdır. Tərəflər razılaşırlar ki, İkinci Tərəf xx.xx.2024-cü il tarixindən etibarən on iki ay ərzində xx.xx.2025ci ilədək hər ayın 10-dan gec olmayaraq aylıq 167 AZN olmaqla hər ay hissə-hissə borcunu ödəyəcək. X7 hansı ayın ödənişini ödəməzsə (gecikdirərsə), birinci tərəf dərhal məhkəməyə müraciət edərək, ikinci tərəfdən borcunu tam şəkildə ödəməyini tələb edəcək. Eyni zamanda, sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razışalmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcbu xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-00800 nömrəli barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB\9\2024- 00800 nömrəli barışıq sazişinin məcburi icrası üçün xx.xx.2024-cü il tarixli, MŞB\9\2024- 00800 nömrəli barışıq sazişinin - Tərəflər etiraf edir ki, İkinci Tərəf vurulmuş 4000 (dörd min) AZN ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-ci il tarixində 2000 (iki min) AZN ödəniş etmişdir. Nəticədə, X5 Tərəfə 2000 AZN (iki min) AZN borcu qalmışdır. Tərəflər razılaşırlar ki, İkinci Tərəf xx.xx.2024-cü il tarixdən etibarən on iki ay ərzində 31,07.2025-ci ilədək hər ayın 10-dan gec olmayaraq aylıq 167 (yüz altmış yeddi) AZN olmaqla hər ay hissə-hissə borcunu ödəyəcək. X7 hansı ayın ödənişini ödəməzsə (gecidirərsə), Birinci Tərəf dərhal məhkəməyə müraciət edərək İkinci Tərəfdən borcunu tam şəkildə ödəməyini tələb edəcək - şərtləri ilə təsdiq edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Daha sonra Ərizəçi MMC-nin nümayəndəsi X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-00800 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, Tərəflər etiraf edir ki, İkinci Tərəf vurulmuş 4000 (dörd min) AZN ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-ci il tarixində 2000 (iki min) AZN ödəniş etmişdir. Nəticədə, X5 Tərəfə 2000 AZN ( iki min) AZN borcu qalmışdır. Tərəflər razılaşırlar ki, İkinci Tərəf xx.xx.2024-cü il tarixdən etibarən on iki ay ərzində xx.xx.2025-ci ilədək hər ayın 10-dan gec olmayaraq aylıq 167 (yüz altmış yeddi) AZN olmaqla hər ay hissə-hissə borcunu ödəyəcək. X7 hansı ayın ödənişini ödəməzsə (gecidirərsə), Birinci Tərəf dərhal məhkəməyə müraciət edərək İkinci Tərəfdən borcunu tam şəkildə ödəməyini tələb edəcək. Barışıq sazişinin yuxarıda qeyd edilmiş - X7 hansı ayın ödənişini ödəməzsə (gecidirərsə), Birinci Tərəf dərhal məhkəməyə müraciət edərək İkinci Tərəfdən borcunu tam şəkildə ödəməyini tələb edəcək şərtinə əsasən borc məbləğinin aylara bölünməklə yox, bir dəfəyə Ərizəçi MMC-yə ödənilməsi şərti ilə barışıq sazişi təsdiq edilmişdir. Maraqlı şəxs bugünə qədər ərizəçiyə heç bir ödəniş etməyərək sazişinin 1-ci və 2-ci bəndlərinin şərtlərini pozmuşdur. Yuxarıda göstərilənərə və Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-00800 nömrəli barışıq sazişinin məcburi icrası üçün xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-00800 nömrəli barışıq sazişi Maraqlı şəxs tərəfindən sazişin şərtlərinə (1-ci və 2-ci bəndlərinə) uyğun aylıq ödənişləri həyata keçirmədiyi üçün 2000 manat pulun tam şəkildə ödənilməsi şərti ilə təsdiq edilməsini, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizəni və ona edilmiş dəqiqləşdirmə ərizəsini müdafiə etdiyini və orada qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişdir. 6.Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi MMC və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən tərəflər müəyyən şərtlər əsasında razılığa gəlmiş, lakin həmin barışıq sazişi maraqlı şəxs tərəfindən könüllü şəkildə icra olunmamışdır. Hazırda ərizəçi həmin barışıq sazişinin 1-ci və 3-cü hissəsinə münasibətdə təsdiq edilməsini və əlavə olaraq 100 manat məbləğində dövlət rüsumunun əvəzinin maraqlı şəxsdən onun xeyrinə tutulmasını tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-00800 nömrəli Barışıq Sazişinə əsasən: 1) Tərəflər etiraf edir ki, İkinci Tərəf vurulmuş 4000 (dörd min) AZN ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-cü il tarixində 2000 (iki min) Azn ödəniş etmişdir. X4 Birinci Tərəfə 2000 (iki min) AZN borcu qalmışdır. 2) Tərəflər razılaşırlar ki, İkinci Tərəf xx.xx.2024-cü il tarixdən etibarən on iki ay ərzində xx.xx.2025-ci ilədək hər ayın 10-dan gec olmayaraq aylıq 167(yüz altmış yeddi) AZN olmaqla hər ay hissə-hissə borcunu ödəyəcək. 3) X7 hansı ayın ödənişini ödəməzs ə(gecikdirərsə), Birinci Tərəf dərhal məhkəməyə müraciət edərək İkinci Tərəfdən borcunu tam şəkildə ödəməyi tələb edəcək. 10.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, **********58 nömrəli qəbzdən görünür ki, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 12.Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 13.Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 14.Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 15.Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır. Həmin Barışıq sazişinə əsasən Maraqlı şəxs ərizəçiyə ödənilməyən 2000 manat məbləğində pul vəsaitini xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2025-ci ilədək hər ay 167 manat olmaqla ödəməyi öz öhdəsinə götürsə də, qeyd edilən məbləği ərizəçiyə ödəmədiyinə görə sazişin şərtlərini pozmuşdur. Buna görə də hazırda ərizəçi sazişin 3-cü bəndinə uyğun olaraq, yəni sazişin şərtləri maraqlı şəxs tərəfindən pozulduğu təqdirdə saziş üzrə ödənilməyən borcun tam şəkildə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. 16.Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. 17.Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə həmin saziş 1-ci və 3-cü hissələrə münasibətdə məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə sazışin 2-ci bəndinin təsdiq edilməməsi üzrə isə qeyd edir ki, ikinci bənd həm tərəfin ərizəsi əsasında tələb edilmədiyindən, həmçinin 1-ci və 3-cü bənd təsdiq edilib müvafiq icra şöbəsinə yönəldildikdən sonra ikinci bəndin hüquqi zərurəti aradan qalxmış olmaqla icrada çətinliklər və qeyri-müəyyənlik yardacaqdır. 18.Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 19.Hazırki iş üzrə ərizəçi tərəfindən məhkəmə xərci olaraq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs Ərizəçi MMC-nin xeyrinə tutulmalıdır. 20.Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi MMC-nin Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi və məcburi qaydada icra edilməsi” tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni:
1. “Tərəflər etiraf edir ki, İkinci Tərəf vurulmuş 4000 (dörd min) AZN ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-cü il tarixində 2000 (iki min) Azn ödəniş etmişdir. X4 Birinci Tərəfə 2000 (iki min) AZN borcu qalmışdır.
3. X7 hansı ayın ödənişini ödəməzsə (gecikdirərsə), Birinci Tərəf dərhal məhkəməyə müraciət edərək İkinci Tərəfdən borcunu tam şəkildə ödəməyi tələb edəcək” hissələrində təsdiq edilməlidir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 23.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 24.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 26.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
Qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi MMC ilə maraqlı şəxs X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunda olan qismən barışıq sazişi təsdiq edilsin:
1. “Tərəflər etiraf edir ki, İkinci Tərəf vurulmuş 4000 (dörd min) AZN ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-cü il tarixində 2000 (iki min) Azn ödəniş etmişdir. X4 Birinci Tərəfə 2000 (iki min) AZN borcu qalmışdır.
2. X7 hansı ayın ödənişini ödəməzsə (gecikdirərsə), Birinci Tərəf dərhal məhkəməyə müraciət edərək İkinci Tərəfdən borcunu tam şəkildə ödəməyi tələb edəcək” hissələrində təsdiq edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs Ərizəçi MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.