Məhkəmə qərarları › İş №2(006)-5651/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5651/2025

31.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5651/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, Ərizəçi X3 X5 maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış MŞB/2/2025-01042 saylı «Barışıq sazişi»nin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs Salavatuila oğu ilə aramızda yaranmış mübahisə üzrə mediasiya prosesi həyata keçirilmişdir. Mediasiya prosesi Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa əsasən aparılmış və bu proses nəticəsində mediasiya reyestrində MŞB/2/2025-01042 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator QaffarovaMehriban Əyyub qızının iştirakı ilə xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Mirzəyev X1 Aysel Qadir qızı ilə birgə nikahından olan övladlarına xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 ümumilikdə hər ay üçün, əmək haqqının və digər gəlirlərinin 70%-i məbləğində 2000 (iki min) manatdan az olmamaq şərti ilə aliment ödəməyə razı gəlir və aliment məbləği hər ay, Maraqlı şəxs Salavatuila oğlunun bank hesablarından (əməkhaqqı kart hesabı və digər) tutularaq Ərizəçi hesabına köçürüləcəkdir. Lakin Maraqlı şəxs Salavatuila oğlu barışıq sazişinin şərtlərini bu günədək könüllü şəkildə icra etməmişdir. Bununla əlaqədar olaraq qeyd olunan barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yarandığın bildirərək Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə könüllü mediasiya prosesi nəticəsində bağlanmış MŞB/2/2025-01042 saylı «Barışıq sazişi»nin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmiş, məhkəmə prosesinə onu iştirakı olmadan baxılmasını və müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/2/2025-01042 saylı Barışıq Sazişindən görünür ki, 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəf (Ərizəçi) ilə birgə nikahdan olan övladlarına, (xx.xx.2022 ci il təvəllüdlü X4 və xx.xx.2016 -ci il təvəllüdlü X2), ümumilikdə hər ay üçün, əmək haqqının və digər gəlirlərinin 70%-ı məbləğində (2000 manatdan az olmamaq şərti ilə) aliment ödəməyə razılıq verir. Aliment məbləği hər ay, 2-c tərəfin (Maraqlı şəxs) bank hesablarından (əməkhaqqı kart hesabı və digər) tutularaq 1-c tərəfin (Ərizəçi) hesabına köçürülür. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Habelə maraqlı şəxs ərizə ünvanlayaraq barışıq sazişinin təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı 2 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞB/2/2025-01042 saylı barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış, şərtləri aşağıdakılardan ibarət olan MŞB/2/2025-01042 saylı Barışıq Sazişi təsdiq olunsun: 1) 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəf (Ərizəçi) ilə birgə nikahdan olan övladlarına, (xx.xx.2022 ci il təvəllüdlü X4 və xx.xx.2016 -ci il təvəllüdlü X2), ümumilikdə hər ay üçün ,əmək haqqının və digər gəlirlərinin 70%-ı məbləğində (2000 manatdan az olmamaq şərti ilə) aliment ödəməyə razılıq verir. 2) Aliment məbləği hər ay, 2-ci tərəfin( Maraqlı şəxs) bank hesablarından (əməkhaqqı kart hesabı və digər) tutularaq 1-ci tərəfin (Ərizəçi) hesabına köçürülür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar