Məhkəmə qərarları › İş №2(006)-5683/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5683/2020

26.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5683/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1982-ci il təvəllüdlü Balabəyov Möhüb Canlar oğlunun xx xxxxxx 1995-ci ildə ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 1982-ci ildə Balabəyov Möhüb Canlar oğlu ilə rəsmi nikaha daxii olmuşdur. Həyat yoldaşı hərbçi olmuşdur. N saylı hərbi hissədə gizir kimi qulluq etmişdir. xx.xx.1995-ci ildə hərbçi X6 tərəfindən qətlə yetirilmiş və bu haqda xx.xx.1995-ci il tarixdə 5610 saylı cinayət işi açılmışdır. Cinayət işi sonradan 07.02 1395-ci ildə Bakı hərbi qarnizonuna göndərilmişdir. Hazırda o, sənədlərini düzəltmək istəyərkən onun ərinin ölüm haqda şəhadətnaməsinin olmamasını bilmişdir. Lakin o vaxt bu haqda şəhadətnamə almadığı üçün o, maraqlı şəxsə müraciət etdikdə onun ölüm sənədini istədikdə ona imtina etmişlər. O, onun ölümü ilə əlaqədar müxtəlif orqanlara müraciət etsə də vaxt ötdüyü səbəbindən sənədlərin saxlanılmaması səbəbindən məlumat verməmişlər. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq xx xxxxxxx 1982-ci il təvəllüdlü Balabəyov Möhüb Canlar oğlunun xx xxxxxx 1995-ci ildə ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X3 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Bələ ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2020-ci il tarixli, 05/Q- 1559/75 nömrəli və xx.xx.2020-ci il tarixli, 05/Q-786/75 eyni məzmunlu məktublarda qeyd edilmişdir ki, Balabayev Möhüb Canlar oğlunun ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə daxil olmuş ərizəyə baxılmışdır. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzərinə çatdırılmışdır ki, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, ərizəçi ərinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-722/07 saylı qətnamədən görünür ki, Balabayeva Fərqanə Mövlud qızının nikahın bağlanması haqqında akt qeydləri kitabında “Balabayeva” soyadını dəyişdirərək “Ağamaliyeva” yazılması Səbail rayon VVAQ şöbəsinə həvalə edilmişdir. Bakı şəhəri Səbail rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 297486 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Balabəyov Möhüb Canlar oğlu xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 362 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Balabəyov, arvada Ağamaliyeva soyadı verilmişdir. Sumqayıt Hərbi Prokuroru tərəfindən Siyəzən rayon qeydiyyat şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Balabəyov Möhüb Canlar oğlu xx.xx.1995-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu-gizir X6 tərəfindən öldürülmüşdür. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 1995-ci il tarixli 6 nömrəli rəyindən görünür ki, M.C.Balabəyovun almış olduğu xəsarət-başın dəlib-keçən, döş qəfəsi və qarın boşluğunun dəlibkeçən və kor güllə yaralanmalarından ibarət olan bədən xəsarəti odlu silahdan atılar güllənin təsirindən yaranmışdır. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində Balabəyov Möhüb Canlar oğlunun xx.xx.1960-cı ildə doğulduğu, xx.xx.1995-ci ildə vəfat etdiyi qeyd edilmişdir. X2 məhkəməyə ünvanlandığı ifadəsindən görünür ki, xx.xx.1995-ci ildə hərbçi X6 tərəfindən onların şəxsi evlərinə basqın olunmuşdur. Həmin gün X6 odlu silahla qardaşı Balabəyov Möhüb Canlar oğlunu və onun üç oğlunu qətlə yetirmişdir. Həmin hadisə vaxtı o da xəsarət almışdır. Qardaşı Balabəyov Möhüb Canlar oğlu həmin gün aldığı ağır xəsarətlər nəticəsində ölmüşdür və Siyəzən rayonunda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balabayeva Aynurə Möhüb qızı bildirmişdir ki, mərhum Balabəyov Möhüb Canlar oğlu onun atasıdır. Atası Möhüb Balabəyov xx.xx.1995-ci il tarixdə öldürülmüşdür. Öldürən şəxs axtarışa verilmişdir. Anası Ərizəçi ölüm haqqında şəhadətnamənin alınması üçün müxtəlif orqanlara müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. Atası Siyəzən rayonunda dəfn edilsə də onun qəbrini hazıradək görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, mərhum Balabəyov Möhüb Canlar oğlu onun xalasının əridir. Mərhum Möhüb Balabəyov və onun üç oğlu Rəhman adlı şəxs tərəfindən xx.xx.1995-ci il tarixdə öldürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Balabəyov Möhüb Canlar oğlu ərizəçinin əri olmuşdur. Möhüb Balabəyov xx.xx.1995-ci il tarixdə Siyəzən rayonunda öldürülmüş və həmin rayonun qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənəd təqdim edilmədiyindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü Balabəyov Möhüb Canlar oğlunun xx.xx.1995-ci il tarixdə Siyəzən rayonunda ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü Balabəyov Möhüb Canlar oğlunun xx.xx.1995-ci il tarixdə Siyəzən rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar