Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5712/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 30.06.2000-ci il təvəllüdlü X1 10.10.2000-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, qızı X5 30.06.2000-ci il tarixində Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında onun, həyat yoldaşı və onun ilə üzvləri ilə birlikdə yaşayırdı. X13 anadan olandan kəllədaxili təzyiqdən əziyyət çəkirdi. Müxtəlif xəstəxanalarda uzunmüddətli müalicələr alsa da, bir faydası olmadı və sonda həkim ailə üzvlərinə uşağın ömrünün qalmadığını bildrərək evə aparmağını məsləhət gördülər. Onlar övladını götürərək yaşadığı Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanına gəldilər və dörd gündən sonra övladı vəfat etdi. Həmin zaman qızı dördaylıq idi. Qızı vəfat edən zaman tibbi yardım göstərilməsi məqsədi ilə X4 Stansiyasının həkim briqadası çağırılmamışdır. Qızını Bibiheybət qəbirstanlığında babası X2 yanında dəfn etdilər. Uzun illər hüquqi savadı olmadığı üçün qızının ölümünün qeydə alınması üçün müraciət etməli olduğunu bilməmişdir. Sonradan ipoteka krediti ilə ev əldə etmək istəyərkən, o, ailə tərkibi barədə arayış təqdim etdi və oradan ona qızının ölümünün qeydiyyata alınmadığını, həmin sənədi əldə etməli oldğunu bildirdilər. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizə ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yaşayırlar. Özü mərhumu görməmişdir. Sadəcə bilirdi ki, ərizəçinin qızı X5 10 oktyabr 2000-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X6 ifadə verərək bildirmişdirlər ki, onlar ərizəçinin qohumlarıdır. Ərizəçinin X13 anadan olandan kəllədaxili təzyiqdən əziyyət çəkirdi. 4 aylıq olanda, yəni 10.10.2000-ci il tarixində Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. X7 qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi 15 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş 266 saylı 10 avqust 2021-ci il tarixli arayışdan görünür ki, 30 iyun 2000-ci il təvəllüdlü X5 Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yaşadığı üçün Səbail rayonu 15 nömrəli uşaq poliklinikasının qeydiyyatında olmayıb. İş materiallarında olan Bibiheybət Bələdiyyəsi tərəfindən verilmiş 09 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi övladı X5 2000-ci ilin oktyabr ayında rəhmətə gedib və Bibiheybət qəbrstanlığında babası X2 yanında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli 05/Q-1176/69 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 30 iyun 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs 04.08.2021-ci il tarixli arayışından görünür ki, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə həmin orqan Ərizəçi ölümü barədə akt qeydini tərtib etməkdən imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, 30.06.2000-ci il təvəllüdlü X5 10.10.2000-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 10.10.2000-ci il tarixində Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 10.10.2000-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5712/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5712/2021
10.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver