Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-573/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası 10.01.1908ci il təvəllüdlü X2 09.01.1990-cı il tarixində Ağdam şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1938-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır və orada daimi (faktiki) olaraq yaşayır. Mərhum anası 10.01.1908-ci il tarxində Ağdam şəhərində doğulmuş, 09.01.1990-cı il tarixində vəfat etmiş və doğulduğu Ağdam şəhərində dəfn olunmuşdur. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini, o cümlədən Ağdam şəhərini işğal etmişdir. Həmin vaxt anası da digər Ağdam sakinləri kimi məcburi köçkün düşmüşdür. Sonuncu döyüşlərin nəticəsində rəşadətli Azərbaycan ordusu tərəfindən Ağdam rayonu, o cümlədən Ağdam şəhəri işğaldan azad edilmişdir. Yalnız bundan sonra Ağdam şəhərinin necə xarabalığa çevirildiyini, daş üstə daş qalmadığını görmüşlər. Qaçqınlıq zamanı doğma evindən ayrılan zaman təkcə ev əşyaları deyil, bəzi sənədləri də ona məxsus olan evində qalmışdır. Həmin sənədlərin aqibəti məlum deyildir, o cümlədən mərhun anasına məxsus ölüm haqqında şəhadətnamə də həmin itən və ya evdə unudulan sənədlərin arasında olmuşdur. Mərhum anası tibb elmi üzrə dünyaca məhşur professor, tanınmış elm xadimi idi. Elə ona görə də Ağdam rayonu, o cümlədən Ağdam şəhəri işğaldan azad edildikdən sonra Ağdamın yenidən qurulması planı çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin xüsusi tağşırığı əsasında mərhum anası X2 ev muzeyinin də yaradılması nəzərdə tutulmuşdur. Hazırda bəzi sənədləşmə işlərinin həyata keçirilməsindən ötrü mərhum anasına məxsus ölüm haqqında şəhadətnamənin olması zərurəti yaranmışdır. Bununla bağlı olaraq, ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə, həmin şöbə tərəfindən, arxiv məlumatının olmaması üçün mərhum anası X2 ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Bəzi sənədləşmə işləri ilə bağlı ölüm haqqında şəhadətnamənin olmasının vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun olaraq izahat verərək, ərizəni müdafiə etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, ərizəçi qonşusudur. X4 1990-cı ildə vəfat etmiş, lakin yasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkili) izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 104436 saylı Təvəllüd Şəhadətnaməsindən görünür ki, Ərizəçi xx.xx.1938-ci il tarixdə doğulmuş, X4 onun anasıdır. Vİİİ-ЖГ seriyalı 536387 nömrəli Pasportdan görünür ki, X4 10.01.1908-ci ildə Ağdam rayonu, Seyidli kəndində doğulmuşdur. Bakı şəhəri Maraqlı şəxs 14.09.2021-ci il tarixli 05/Q-1076/69 saylı məktubundan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi 10.01.1908-ci ildə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş anası X2 Ağdam şəhərində ölməsini və orada qəbiristanlığında dəfn olunmasını göstərsə də bu faktları təsdiq edən, həmçinin ona ölüm haqqında şəhadətnamənin verilməməsi barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-573/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-573/2022
26.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver