Məhkəmə qərarları › İş №2(006)-5731/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5731/2025

29.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5731/2025 29.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, Ərizəçi Maraqlı şəxs1nə qarşı ölüm faktının təsdiq edilməsi tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1nə qarşı ölüm faktının təsdiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi mərhum anası X3 (16 iyul 1947-ci il təvəllüdlü, 27 mart 2*25-ci ildə vəfat etmiş) mirası üzrə notariusa müraciət etmişdir. Mirasın predmeti mərhumun mülkiyyətində olmuş ünvan 1 ünvanındakı mənzildir. Notarius miras işini rəsmiləşdirmək üçün mərhumun valideynləri - X5 və X2 ölüm haqqında şəhadətnamələrinin təqdim edilməsini tələb etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan şəxslər (X5 və X4) heç vaxt Azərbaycan Respublikasında yaşamamış, Ukraynanın Luqansk vilayətinin Stansiya Luqansk qəsəbəsində yaşayaraq vəfat etmişlər. Tərəfindən Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinə bu şəxslərin yaşayıb-yaşamamaları barədə *3/374 №-li 15 sentyabr 2*25-ci il tarixli rəsmi sorğu göndərilmiş, lakin bu günə qədər səfirlik tərəfindən hər hansı cavab təqdim edilməmişdir. X6 Gerasimovna öz ailə üzvlərinə dəfələrlə bildirmişdir ki, anası - X1 dünyaya gətirərkən vəfat etmiş, atası X5 isə daha sonralar dünyasını dəyişmişdir. Beləliklə, onların ölüm faktının rəsmi qaydada təsdiqlənməsi mümkün olmadığından, miras hüququnun həyata keçirilməsi üçün hüquqi maneə yaranmışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(**6)-5731/2*25 nömrəli, 3*.1*.2*25-ci il tarixli qərardadına əsasən ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Ərizəçi nümayəndəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3*.1*.2*25-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *5.12.2*25-ci il tarixli 2(**6)-5731/2*25 saylı qərardadı ilə Ərizəçi nümayəndəsi Vəkil Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3*.1*.2*25-ci il tarixli, 2(**6)-5731/2*25 nömrəli qərardadından verdiyi şikayət təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)-7*84/2*25 saylı *7.*1.2*26-cı il tarixli qərardadı ilə şikayət qismən təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3*.1*.2*25-ci il tarixli, 2(**6)-5731/2*25 nömrəli qərardadının ləğv edilməsi və iş materiallarının Ərizəçi ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə daxil olmuş materialları araşdıraraq hesab edir ki, ərizənin qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 153.2.1. Ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 445.*. Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: 445.*.1. barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa; 445.*.2. barəsində məhdud fəaliyyət qabiliyyətli hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda; ... Məhkəmə ilk növbədə qeyd edir ki, MPM-in “Məhkəmələrin beynəlxalq səlahiyyətləri” adlı 46-cı fəslində yer almış 445-ci maddəsində AR məhkəmələrinin baxdığı xüsusi icraat işləri sadalanmış, barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olduğu və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olduğu təqdirdə, məhkəmə tərəfindən işə baxılmasının mümkün olduğu təsbit edilmişdir. Məhkəmə MPM-in 445.*.1-ci maddəsini hazırkı işə analogiya üzrə tətbiq edərək qeyd edir ki, hazırda nümayəndənin özünün də bildirdiyinə görə Azərbaycan Respublikasında heç vaxt yaşamayan və Azərbaycan Respublikası ilə hər hansı bağlılığı olmayan Ukrayna vətəndaşları olan şəxslərin ölüm faktının müəyyən edilməsi üçün məhkəmə beynəlxalq səlahiyyətə malik deyildir. Odur ki, göstərilənlər nəzərə alınmaqla, ərizəçiyə ölüm faktının tanınmasını xahiş etdiyi şəxslərin vətəndaşları olduğu ölkənin məhkəməsinə müraciət etmək hüququnun olması izah edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən 22.1*.2*25-ci il tarixli ********** nömrəli qəbz əsasında ödənilmiş 1** manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. QƏRARA ALDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərizəçiyə, ölüm faktının tanınmasını xahiş etdiyi şəxslərin vətəndaşları olduğu ölkənin məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Ərizəçi tərəfindən 22.1*.2*25-ci il tarixli ********** nömrəli qəbz əsasında ödənilmiş 1** manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar