Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-574/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Cavabdeh3, Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və qeyri-yaşayış sahəsinin boşaldılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Cavabdeh3, Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və qeyri-yaşayış sahəsinin boşaldılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank “xxxx” ASC-nin “Premium” filialı ilə Cavabdeh1 arasında bağlanmış 09.07.2019-cu il tarixli, DEN-00009-02/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə təmir məqsədi ilə 12 (on iki) ay müddətinə, illik 4 (dörd) faiz ödəmək şərti ilə ******* (iki milyon əlli beş min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 09.07.2019-cu il tarixdə iddiaçı ilə DENG-00009-02/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi sonrakı ipoteka predmeti Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında Bakı şəhərində bağlanmış 22.02.2011 -ci il tarixli, İKM- 002/1 İP saylı kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.02.2011-ci il tarixli, İGM-002/11P saylı ipoteka müqaviləsinə əsasən Bank “xxxx” ASC-yə ipotekaya qoyulmuşdur. Həmin müqaviləyə 06.03.2013-cü il tarixində 01 saylı əlavə, 30.12.2015-ci il tarixində 02 saylı əlavə, 06.04.2016-cı il tarixində 03 saylı əlavələr bağlanmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmışdır. 09.03.2017-ci il tarixində RH-00004- 02/17U saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.03.2017-ci il tarixli, RHİM-00004- 02/17U saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bank “xxxx” ASC-yə sonrakı ipotekaya qoyulmuşdur. 04.04.2018-ci il tarixində RH-A00001-02/18A saylı kredit xətti müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.04.2018-ci il tarixli, RHG-A00001-02/18A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bank “xxxx” ASC-nə sonrakı ipotekaya qoyulmuşdur. 04.04.2018-ci il tarixində RH-B00001-02/18U saylı kredit xətti müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.04.2018-ci il tarixli, RHG-B00001-02/18U saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bank “xxxx” ASC-nə sonrakı ipotekaya qoyulmuşdur. 03.12.2018-ci il tarixində RH- 00003-02/18A saylı kredit xətti müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.12.2018-ci il tarixli, RHG-00003-02/18A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bank “xxxx” ASC-nə sonrakı ipotekaya qoyulmuşdur. Həmçinin, kreditin təminatı qismində cavabdehlər Cavabdeh1, Cavabdeh2 09.07.2019-cu il tarixində iddiaçı ilə DENG-A00009-02/19A saylı sonrakı ipoteka müqaviləsi bağlamışlar və mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini ipotekaya qoyulmuşdur. Sonrakı ipoteka predmeti Bank “xxxx” ASC və Cavabdeh2 arasında 03.12.2018-ci il tarixində bağlanmış DEX-00001- 02/18A saylı kredit xətti müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün Bank “xxxx” ASC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 03.12.2018-ci il tarixli, DEXG-00001- 02/18A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bank “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü olmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh DEN-00009-02/19A saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 90 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 4.4-cü və ipoteka müqaviləsinin 5.4cü bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin 17.08.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği ******* (iki milyon əlli iki min beş yüz otuz dörd) manat 99 (doxsan doqquz) qəpik, faiz borcun məbləği 13815 (on üç min səkkiz yüz on beş) manat 98 (doxsan səkkiz) qəpik təşkil edir. Beləliklə, cavabdehlərin 17.08.2020-ci il tarixinə ümumi borcu ******* (iki milyon altmış altı min üç yüz əlli) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Göstərilənlərə əsasən iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.07.2019-cu il tarixli, DEN-00009-02/19A saylı kredit müqaviləsindən irəli gələn 17.08.2020-ci il tarixinə olan 2052534,99 manat əsas borc, 13815,98 manat faiz borcu, ümumilikdə 2066350,97 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması, iddiaçı Bank “xxxx” ASC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış 09.07.2019-cu il tarixli, DENG-00009-02/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında mülkiyyət hüququ üzrə ½ hissəsi Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və iddiaçı Bank “xxxx” ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış 09.07.2019-cu il tarixli, DENG-A00009-02/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (yaradıcılıq emalatxanası) tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun həmin sonrakı ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, sonrakı ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 oğlundan tutulması, sonrakı ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və sonrakı ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (yaradıcılıq emalatxanası) boşaldılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili X3 iddia tələbinə etiraz edərək, borcun düzgün hesablanmadığını bildirmiş və iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. İşin materiallarında olan Bank "xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli, DEN-00009-02/19A saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 4%-lə, 2.055.000 manat məbləğində kredit verilmişdir. İş materiallarındakı ipoteka saxlayan Bank "xxxx” ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (1/2 hissə) öhdəliklərin təminatı kimi Bank "xxxx” ASC-yə ipoteka kimi təqdim edilmişdir. İş materiallarındakı ipoteka saxlayan Bank "xxxx” ASC ilə ipoteka qoyan Cavabdeh2 və borclu Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (yaradıcılıq emalatxanası) öhdəliklərin təminatı kimi Bank "xxxx” ASC-yə ipoteka kimi təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 11.07.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (1/2 hissə) Bank "xxxx” ASC-nin “Premium” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 11.07.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (yaradıcılıq emalatxanası) Bank "xxxx” ASC-nin “Premium” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Bank "xxxx” ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdurlar. İşin materiallarında olan Bank "xxxx” ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişlərdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. İşdə olan Bank "xxxx” ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 17.08.2020-ci il tarixə 2.052.534,99 manat əsas, 13815,98 manat faiz, cəmi 2.066.350,97 manat məbləğində borcu vardır. İş materiallarında olan “xxxx” MMC-nin 28.04.2021-ci il tarixli, H/02-PLS saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 2.600.000 manat, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (yaradıcılıq emalatxanası) likvid dəyəri 40.000 manat təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 800 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bank "xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli, DEN-00009-02/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 4%-lə, 2.055.000 manat məbləğində kredit verilmiş, Bank "xxxx” ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (1/2 hissə) öhdəliklərin təminatı kimi Bank "xxxx” ASC-yə ipoteka kimi təqdim edilmiş, Bank "xxxx” ASC ilə ipoteka qoyan Cavabdeh2 və borclu Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (yaradıcılıq emalatxanası) öhdəliklərin təminatı kimi Bank "xxxx” ASC-yə ipoteka kimi təqdim edilmiş, Cavabdeh1 xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Eyni Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (1/2 hissə) və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (yaradıcılıq emalatxanası) yönəldilməli, həmin əmlaklar açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiymətləri müvafiq olaraq 2.600.000 və 40.000 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq əmlaklar hərracda satıldıqdan sonra boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh1 və Cavabdeh2 qaytarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 09 iyul 2019-cu il tarixli, DEN-00009-02/19A saylı kredit müqaviləsi üzrə 2.052.534,99 (iki milyon əlli iki min beş yüz otuz dörd manat, doxsan doqquz qəpik) manat əsas, 13.815,98 (on üç min səkkiz yüz on beş manat, doxsan səkkiz qəpik) manat faiz, habelə 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2.066.381,37 (iki milyon altmış altı min üç yüz səksən bir manat, otuz yeddi qəpik) manat məbləğində pul alınaraq iddiaçı Bank “xxxx” ASC-yə ödənilməli, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (1/2 hissəsinə) yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 2.600.000 (iki milyon altı yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, tutma ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (yaradıcılıq emalatxanası) yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 40.000 (qırx min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, satışlardan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı Bank “xxxx” ASC-yə olan kredit borcu ödənilməli, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılmalı, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 tutulmalı, ipoteka predmeti satıldıqdan bir ay sonra boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (yaradıcılıq emalatxanası) boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «xxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 800 (səkkiz yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq «xxxx» MMC-nin “xxxx” KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 09 iyul 2019-cu il tarixli, DEN-00009-02/19A saylı kredit müqaviləsi üzrə 2.052.534,99 (iki milyon əlli iki min beş yüz otuz dörd manat, doxsan doqquz qəpik) manat əsas, 13.815,98 (on üç min səkkiz yüz on beş manat, doxsan səkkiz qəpik) manat faiz, habelə 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2.066.381,37 (iki milyon altmış altı min üç yüz səksən bir manat, otuz yeddi qəpik) manat məbləğində pul alınaraq iddiaçı Bank “xxxx” ASC-yə ödənilsin. Tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (1/2 hissəsinə) yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 2.600.000 (iki milyon altı yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılsın. Tutma ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (yaradıcılıq emalatxanası) yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 40.000 (qırx min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılsın. Satışlardan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı Bank “xxxx” ASC-yə olan kredit borcu ödənilsin. Əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. Hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 tutulsun. İpoteka predmeti satıldıqdan bir ay sonra boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (yaradıcılıq emalatxanası) boşaldılsın. «xxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 800 (səkkiz yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq «xxxx» MMC-nin “xxxx” KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-574/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-574/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver