Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5785/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər Cavabdeh2nə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı «hərracın nəticələri protokolunun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin etibarsız hesab olunaraq ləğvi və s.» tələblərinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2nə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı «hərracın nəticələri protokolunun, hərracın yekunları barədə alqısatqı müqaviləsinin etibarsız hesab olunaraq ləğvi və s.» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı aidiyyət normalarına riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddiaçı iddia ərizəsində Cavabdeh2 ünvanını ünvan 1ektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh2 AZ1106, ünvan 2 ünvanında qeydiyyatdadır Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, digər Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, X1, ev 42 ünvanında qeydiyyatdadır. Həmçinin iddia ərizəsində digər cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin ünvanı ünvan 5şdir. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2nə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı «hərracın nəticələri protokolunun, hərracın yekunları barədə alqısatqı müqaviləsinin etibarsız hesab olunaraq ləğvi və s.» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-5785/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5785/2022
27.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver