Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5810/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, ərizəçinin nümayəndəsi X1, Maraqlı şəxs iştirakları ilə, ərizəçi "xxxx" MMC-nin (Maraqlı şəxs qismində cəlb edilməklə) qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları: “Araz supermarket" MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, Maraqlı şəxs tərəfindən şirkətə 28000 manat vurulmuş ziyana görə Tərəflər etiraf edir ki, İkinci Tərəf (Maraqlı şəxs) vurulmuş 28000 (iyirmi səkkiz min) Ərizəçi MMC-yə xx.xx.2024-cü il tarixdə 3600 manat ödəniş etmişdir. X4 Birinci Tərəfə 24400 manat borcu qalmışdır. Tərəflər razılaşır ki, İkinci Tərəf xx.xx.2024-cü il tarixdəm etibarən 24 ay ərzində xx.xx.2026-cı ilədək hər ayın 30dan gec olmayaraq aylıq 1017 manat olmaqla hər ay hissə-hissə borcunu ödəyəcək. X6 hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Birinci Tərəf dərhal məhkəməyə müraciət edərək İkinci tərəfdən borcunu tam şəkildə ödəməyini tələb edəcəkdir. Eyni zamanda Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Ərizəçinin tələbi: Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün “Maraqlı şəxs tərəfindən şirkətə 28000 manat vurulmuş ziyana görə Tərəflər etiraf edir ki, İkinci Tərəf (Maraqlı şəxs) vurulmuş 28000 (iyirmi səkkiz min) "Araz supermarket” MMC-yə xx.xx.2024-cü il tarixdə 3600 manat ödəniş etmişdir. X4 Birinci Tərəfə 24400 manat borcu qalmışdır. Tərəflər razılaşır ki, İkinci Tərəf xx.xx.2024-cü il tarixdəm etibarən 24 ay ərzində xx.xx.2026-cı ilədək hər ayın 30-dan gec olmayaraq aylıq 1017 manat olmaqla hər ay hissə-hissə borcunu ödəyəcək. X6 hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Birinci Tərəf dərhal məhkəməyə müraciət edərək İkinci tərəfdən borcunu tam şəkildə ödəməyini tələb edəcəkdir.” şərti ilə təsdiq edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ərizəçi "Araz Supermarket” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirdi ki, ayrı-ayrılıqda 1000 manat, 1500 manat, 1100 manat ödənilib. 3600 əvvəlcədən ödəmişdir, sonra da hər ay 600 manat ödəyir. 11800 manat borcu qalıb. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00921 nömrəli Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış barışıq sazişinə əsasən, - Tərəflər Ərizəçi MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtiər əsasında razılaşdılar: 1.Tərəflər etiraf edir ki, İkinci Tərəf vurulmuş 28000 (iyirmi səkkiz min) AZN ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-ci il tarixində 3600 (üç min altı yüz) AZN ödəniş etmişdir. X4 Birinci Tərəfə 24400 AZN ( iyirmi dörd min dörd yüz) AZN borcu qalmışdır. 2.Tərəflər razılaşırlar ki, İkinci Tərəf xx.xx.2024-cü il tarixdən etibarən 24 (iyirmi dörd) ay ərzində xx.xx.2026-cı ilədək hər ayın 30-dan gec olmayaraq aylıq 1017 (min on yeddi) AZN olmaqla hər ay hissə-hissə borcunu ödəyəcək.
3. X6 hansı ayın ödənişini ödəməzsə və ya gecidirərsə, Birinci Tərəf dərhal məhkəməyə müraciət edərək İkinci Tərəfdən borcunu tam şəkildə ödəməyini tələb edəcək. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00921 nömrəli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsidir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-ci il tarixli barışıq sazişini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Tərəflər mediasiya prosesində maddi ziyanla bağlı məsələdə barışıq əldə etmişlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi tam şəkildə deyil, qismən (sazişə əsasən aylıq 1017 manat ödənilməsi nəzərdə tutulsa da, maraqlı şəxs hər ay 600 manat ödəniş həyata keçirir) icra etmişdir. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin təsdiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçi "xxxx" MMC-nin (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi təmin edilməli, ərizəçi "xxxx" MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/9/2024-00921 saylı barışıq sazişi təsdiq olunmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq ərizəçiyə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi "xxxx" MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-ci il tarixdə Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/9/2024-00921 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.Tərəflər etiraf edir ki, İkinci Tərəf vurulmuş 28000 (iyirmi səkkiz min) AZN ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-ci il tarixində 3600 (üç min altı yüz) AZN ödəniş etmişdir. X4 Birinci Tərəfə 24400 AZN ( iyirmi dörd min dörd yüz) AZN borcu qalmışdır. 2.Tərəflər razılaşırlar ki, İkinci Tərəf xx.xx.2024-cü il tarixdən etibarən 24 (iyirmi dörd) ay ərzində xx.xx.2026-ci ilədək hər ayın 30-dan gec olmayaraq aylıq 1017 (min on yeddi) AZN olmaqla hər ay hissə-hissə borcunu ödəyəcək. 3.X6 hansı ayın ödənişini ödəməzsə və ya gecidirərsə, Birinci Tərəf dərhal məhkəməyə müraciət edərək İkinci Tərəfdən borcunu tam şəkildə ödəməyini tələb edəcək. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva