Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-591/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2011-ci il buraxılışlı, SALLAAAD4BA583042 ban №-li, «X2» markalı ** OF *** (LS 080 TR 20 tranzit) dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2011-ci il buraxılışlı, SALLAAAD4BA583042 ban №-li, «X2» markalı avtomobili 2019-cu ildə Kənan adlı şəxsdən 29.000 ABŞ dollarına alğı-satqı qaydasında almışdır. Göstərilən avtomobilə BDYPİ-də ** OF *** dövlət qeydiyyat nişanı verilməklə həmin avtomobil onun adına qeydə alınaraq, onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində göstərilən avtomobili satmaq qərarına gəlmişdir. Buna görə də, xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən maşın bazarına getmişdir. Bazarda ünvan 1 mənzil 33 ünvanda qeydiyyatda olan, xx xxxxxxxx 1988-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş Cavabdeh2 ilə tanış olmuşdur və ona avtomobili satmaq istədiyini bildirmişdir. Cavabdeh2 avtomobil alverçisi olduğunu bildirmişdir və ona məxsus avtomobili satmağı öhdəsinə götürmüşdür. Ona inanaraq xx xxxxx 2020-ci il tarixdə özünə məxsus «X2» markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə 8-ci km. qəsəbəsindəki maşın bazarının yanında olan «Socar» yanacaqdoldurma məntəqəsində Vüsal və onun yanında olan, özünü Elnur kimi təqdim edən şəxslə görüşmüşdür. Həmin 2 nəfərin məsləhəti ilə tanımadığı, ünvan 3 mənzil 33 ünvanda qeydiyyatda olan xx xxxxxx 1996-cı il təvəllüdlü Cavabdeh1 sonuncunun iştirakı olmadan notariusda etibarnamə verməklə avtomobilin sənədlərini və açarı Elnura vermişdir ki, avtomobili Əliyə 26.000 ABŞ dollarına satıb pulunu xx xxxxx 2020-ci il tarixdə ona versinlər. Həmin gün Elnur ona 11.000 ABŞ dolları pul vermiş, 15.000 ABŞ dolları isə borclu qalmışdır. xx xxxxx 2020-ci il tarixdə və sonrakı tarixlərdə sonuncularla görüşüb pulun ödənilməmiş qalan hissəsini tələb etmişdir və onlar pulun qalan hissəsini yaxın zamanlarda ödəyəcəklərinə söz vermişlər və o da, sonunculara inanmışdır. Cavabdehlər onun sonunculara inamından sui-istifadə edərək, onsuz da ona borcları olduqlarını bildirmişlər və ondan xahiş etmişlər ki, sonunculara 1.500 ABŞ dolları borc versin və sonuncular ona yaxın vaxtlarda 16.500 ABŞ dolları ödəyəcəklər. Onlara inanaraq 1.500 ABŞ dolları borc vermişdir. Hazırkı vaxtadək cavabdehlər ona borclu olduqları 16.500 ABŞ dollarını müxtəlif bəhanələrlə ödəməkdən yayınmışlar. Buna görə də, avtomobili satmaqdan imtina edərək cavabdehlərə verilmiş etibarnamənin ləğv edilməsinə dair notariat kontoruna müraciət etmişdir. Etibarnamələrin ləğvi avtomatlaşdırılmış informasiya sisteminə yerləşdirildikdən sonra avtomobilin qaytarılmasına dair cavabdehlərə müraciət etmişdir. Lakin, nəticəsi olmamışdır. Buna görə də, avtomobilin qanunsuz idarə edilməsi ilə bağlı DİN BDYPİ-yə müraciət etmişdir. Bu zaman, ona məlum olmuşdur ki, cavabdehlər onun etibarından sui-istifadə edərək mülkiyyətində olan 2011-ci il buraxılışlı, SALLAAAD4BA583042 ban №-li, «X2» markalı ** OF *** (LS 080 TR 20 tranzit) dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyatdan çıxarmışlar və həmin avtomobilə LS 080 TR 20 dövlət qeydiyyat nişanı almışlar. Göstərilənlərə əsasən, həmin avtomobil onun mülkiyyətində olduğundan, həmin avtomobilə dair dövlət tərəfindən tanınan və qorunan hüquqlara malikdir. İstər Azərbaycan Respublikasının Konstitusiyası, istərsə də məlum Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Cavabdehlərin həmin avtomobili qanunsuz olaraq ona qaytarmamaları nəticəsində göstərilən avtomobilə dair dövlət tərəfindən tanınan və qorunan hüquqlarından qanunsuz olaraq faktiki məhrum edilmişdir. Buna görə də, etibarnaməni ləğv edərək, göstərilən avtomobili cavabdehlərin qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirdi ki, Cavabdeh1 onun tanışıdır və Toğrul ilə Əlini o tanış eləmişdir. Əli iddiaçı Toğrulun və onun etibarından sui-istifadə edərək avtomobili mənimsəmək istəmişdir. Belə ki, avtomobilin dəyərinin bir hissəsini ödəyərək qalanını yaxın müddətdə ödəyəcəyini demiş, Toğrul da ona görə inanaraq borcun qalanının ödəməsi üçün ona vaxt vermişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq o, nə qalan məbləği ödəmiş, nə də avtomobili qaytarmışdır, əksinə eşitdiyinə görə maşını etibarnamə ilə bir başqa adama da satmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, «X2» markalı ** OF *** dövlət qeydiyyat nömrəli 2011-ci il buraxılışlı qara metallik rəngli avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı həmin avtomobilə dair Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli etibarnamə vermişdir. Etibarnamənin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı notariat kontoruna müraciət edərək, qeyd olunan etibarnaməni ləğv etdirmişdir. Belə ki, Cavabdeh1 avtomobili iddiaçıdan almaq üçün razılaşdıqları məbləğdən 11.000 ABŞ dolları pul vermiş, 15.000 ABŞ dolları isə borclu qalmışdır. Yəni, Cavabdeh1 iddiaçıya ödəməli olduğu qalıq pulu ödəməmişdir. Bundan əlavə, Cavabdeh1 iddiaçıdan əlavə olaraq 1.500 ABŞ dolları borc almış, 16.500 ABŞ dolları borcu yaxın vaxtlarda ödəyəcəyini bildirmişdir. Lakin bu günədək, qeyd olunan məbləğ iddiaçıya qaytarılmamışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, «X2» markalı ** OF *** dövlət qeydiyyat nömrəli 2011-ci il buraxılışlı qara metallik rəngli avtomobil İddiaçı mülkiyyətində olduğundan və onun mülkiyyət hüququ Dövlət tərəfindən təminat altına alındığından, iddia qismən təmin edilməli və avtomobil Cavabdeh1 alınaraq İddiaçı qaytarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, «X2» markalı ** OF *** dövlət qeydiyyat nömrəli 2011-ci il buraxılışlı qara metallik rəngli avtomobil Cavabdeh1 alınaraq İddiaçı qaytarılmalıdır. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «X2» markalı ** OF *** dövlət qeydiyyat nömrəli 2011-ci il buraxılışlı qara metallik rəngli avtomobil Cavabdeh1 alınaraq İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-591/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-591/2021
23.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver