Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5917/2025 07.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1996-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi övladı - X7 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. X7 ərizəçi ilə birlikdə Bakı şəhəri, S.Rəhman küçəsi ev 2A, mənzil 6-da yaşamışdır. Hüseyn Orucov anadan gəlmə serebral paraliç xəstəsi və birinci qrup əlil olmuş, ona anası Ərizəçi və dayəsi baxmışdır. Hüseyn Orucov xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Hüseyn Orucov vəfat edən zaman X3 çağırılmış, lakin onlar gələnə kimi H.Orucov vəfat etmişdir. RTTTYM Yasamal TTTYS 1 saylı Bölməsi tərəfindən “həkimə qədər ölüm” olmasına dair “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi” verilmişdir. Daha sonra 5 nömrəli şəhər poliklinikasına müraciət olunan zaman, poliklinikadan Hüseyn Orucovun uzun müddət poliklinikaya müraciət etmədiyinə, müayinə və müraciət olmadığına görə ölümün səbəbini bilmədiklərindən “Forma 106” almaq mümkün olmamışdır və məhkəməyə müraciət etməli olunduğu bildirilmişdir. Ərizəçi oğlunun ölümü barədə şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, qeydiyyat şöbəsi tərəfindən müraciətə imtina verilmiş və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X12 qəbiristanlığında dəfn olunmuşdur. Buna dair şahid ifadələrinin aktı da tərtib edilmişdir. Qeyd edilən səbəblərdən oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin oğlu xx.xx.1996-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. Doğum haqqında AZ-İ seriyalı 691878 nömrəli şəhadətnamədən görünür ki, atası X9, anası X8 olan X7 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur.
7. Nikahın pozulması haqqında AZ-İ seriyalı 068341 nömrəli şəhadətnamədən görünür ki, X4 X8 ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 42 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Cəbrayılzadə” soyadı verilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı, 347022 nömrəli arayışından görünür ki, 1996-cı il təvəllüdlü X5 “müddətsiz” olmaqla “ümumi xəstəlik” səbəbindən birinci dərəcə əlillik verilmişdir. Əlilin işə yararlılığı barədə TSEK-in rəyi: Əmək qabiliyyətsiz, kənar şəxsin qulluğuna ehtiyacı var.
9. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 108 nömrəli Sərəncamından görünür ki, Ərizəçi xx.xx.1996-cı il təvəllüdlü X1 qəyyumu təyin edilmiş və ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
10. “Respublika Təcili və X3 Mərkəzi” PHŞ-nin Yasamal TTTYS-nın 7 saylı bölməsinin xx.xx.2025-ci il tarixli “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi”ndən görünür ki, həmin tarixdə saat 09:50-də ünvan 1 ünvanında X1 adına çağırış daxil olmuş, həkim Y.Cabbarov və feldşer A.Məmmədovadan ibarət tərkibdə təcili yardım briqadası ünvana gəldikdə “D-z: həkimə qədər ölüm. Kişi cinsli meyit” qeyd edilmişdir.
11. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 5 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 nömrəli şəhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına görə onun ölümünün səbəbini bilmədiklərinə görə “Forma № 106” almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir.
12. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında” tibbi şəhadətnamə olmadığına görə X1 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
13. Mərdəkan qəbiristanlığının müdiri X11, yaxın qonşular X6 və X2 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Mərdəkan qəbiristanlığında dəfn edilmişdir. Lakin bu günə kimi ölüm şəhadətnaməsi alınmamışdır.
14. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə Ərizəçi tərəfindən 100 (bir yüz) manat rüsum ödənilmişdir.
15. İş materiallarına, həmçinin, X1 qəbir üstünün fotoşəkli də əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş X7 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etmiş, Mərdəkan qəbiristanlığında dəfn olunmuşdur.
17. X1 ölümü haqqında tibbi şəhadətnaməni almaq üçün 5 nömrəli Şəhər Poliklinikasına müraciət edilsə də, müraciəti olmadığından, müayinə və müalicə olunmadığından ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsi isə şəxsin “ölüm haqqında tibbi şəhadətnamə”si olmadığına görə onun ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsinin mümkün olduğu barədə məlumat vermişdir.
18. Ərizəçi övladı X1 ölüm haqqında şəhadətnaməsini məhkəmədən kənar qaydada almağa çalışsa da buna nail ola bilməmişdir. Övladının ölüm haqqında şəhadətnaməsi ərizəçiyə onun ölümündən sonra verilən birdəfəlik müavinəti almaq üçün zəruridir. Buna görə də məhkəməyə xüsusi icraat qaydasında müraciət edilmişdir.
c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.5-ci bənd. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 104.2-ci maddə. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1 və 305.1.1-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddə. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddə. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
21. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı təqdim olunmuş sənədlərlə tam təsdiq olunduğuna, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydasının nəzərdə tutulmadığına və ərizəçinin qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyinə görə hazırki ərizə təmin edilməlidir.
22. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.
Nəticə:
23. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova