Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5955/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 13.01.1953-cü il tarixdə Ağdam rayonunda anadan olmuş X2 Bakı şəhərində 11.10.2019-cu il tarixində vəfat etməsi faktı müəyyən edilməsi, X2 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, həyat yoldaşı X5 13.01.1953-cü ildə Ağdam rayonunda anadan olmuşdur. Onunla nikahları 4 fevral 1983-cü ildə rəsmi qayda qeyd etdirməklə həmin vaxtdan ölüm gününədək birgə yaşamışlar. Həyat yoldaşı, ailə üzvlərində də əvvəl Ağdam rayonunda, sonra isə Ağdam rayonundan məcburi köçkün düşərək ünvan 1 ünvanda yaşamışlar. Həyat yodaşı X5 uzun müddət idi ki, ağciyər, ürək .çatmazlığı xəstəliyindən əziyyət çəkirmirdi. Sonuncu dəfə 11.10.2019-cu il tarixdə Bakı şəhəri, S.Vurğun küçəsi 110, 3 saylı mənzildə oğlugildə olarkən o yenə xəstələndi və birə halı pisləşmişdi. Elə həmin vaxt Təcili və X3 çağırsaq da onun həyatını xilas etmək mümkün olmadı. O, 11.10.2019-cu il tarixdə vəfat etmiş və həmin tarixdə də 3 saylı Biləcəri qəbirstanlığmda dəfn olunmuşdur. Bir necə il mərhum həyat yoldaşının ölümünün qeydə alınması barədə müraciət etməmişdir. Sonradan yaşadığı ünvandan arayış, eləcə də ailə tərkibi barədə arayış lazım olan zaman ona deyilmişdir ki, həyat yoldaşının ölümü qeydiyyata alınmamış və ona görə də həmin sənədi əldə etməli oldğu bildirdilər. O, X2 barəsində ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi barədə vəfat etdiyi ünvanın aid olduğu ünvan 2linika tərəfindən yazılı şəkildə ona bildirildi ki, xəstə 3 il əvvəl poliklinikanın Dislokasiya ərazisindən kənarda rəhmətə getdiyindən, ölümə səbəb xəstəlikləri haqqında heç bir məlumat olmadığından həmin arayışın verilməsi mümkün deyildir. Həmçinin ölümün qeydə alınması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Həmin təşkilatdan ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğundan ölümün qeydiyyata alınmasının mümkün olmadığını və ölüm faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğunu bildirən imtina məktubunu verdilər. Həyat yoldaşının ölüm faktını və 3 saylı Biləcəri qəbirstanlığında dəfn edilməsi faktını təsdiqləyən şahidləri var. Ölüm faktının müəyyən olunması və qeydə alınması ona evmənzil məsələləri ilə bağlı ailə tərkibi barədə arayışın təqdim edilməsi üçün lazımdır. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Lakin Maraqlı şəxs rəisi Şəfəq Salmanlı məktubla məhkəməyə müraciət edərək, Maraqlı şəxs iş yükünün çoxluğunu nəzərə alaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, ərizənin rəfiqəsidir. X1 ürəktutmadan rəhmətə getmişdir. X1 Bakı şəhərində 11.10.2019-cu il tarixində vəfat etməsi etmişdir. Mərhumun bütün yas mərasimləri verilmiş və onun ailəsi da həmin məclislərdə iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, ərizəçinin qudasıdır. X1 Bakı şəhərində 11.10.2019-cu il tarixində vəfat etməsi etmişdir. Mərhumun bütün yas mərasimləri verilmiş və o, da həmin məclislərdə iştirak etmişdir. Mərhum R.Q.Ağayev Biləcəri 03 saylı qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİİ-ЖГ nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X5 arasında nikah 04.02.1983-cü ildə Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və nikahdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. İş materiallarında olan Təcili və X3 Stansiyası ölüm haqqında 11.10.2019-cu il tarixli xəbərdarlıq vərəqəsindən məlum olur ki, 11.10.2019-cu il tarixində saat 12:25 radələrində X2 adına çağırış daxil olmuşdur. Çağırışa gələn həkimlər “kişi cinsli meyit” aşkar etmişlər. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş A-767 saylı 24.04.2021-ci il tarixli arayışından görünür ki, X1 həqiqətən 11.10.2019-cu ildə vəfat etmiş və 03 saylı Biləcəri qəbristanlığında dəfn olunub. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 01 saylı şəhər Poliklinikasının 26.08.2021-ci il tarixli mə\ktubundan görünür ki, 13.01.1953-cü il təvəllüdlü X5 20.06.2016-cı ildən 01 nömrəli şəhər poliklinikasında ambulator qeydiyyatda olmuşdur. Onun həyat yoldaşı Hacıyeva Mahmurun dediyinə görə 11.10.2019-cu ildə ünvan 3 ünvanında vəfat etmişdir. Mərhum R.Q.Ağayevin poliknikaya son müraciət 21.09.2018-ci il tarixində olmuşdur. 24.08.2021-ci ildə ailə üzvləri poliknikaya ölüm haqqında AZS106 saylı arayış almaq üçün müraciət etmişlər. Xəstə 3 il əvvəl poliklinikanın dislokasiya ərazisindən kənarda rəhmətə getdiyinə və onun son vəziyyəti, ölümə səbəb xəstəlikləri haqqında heç bir məlumatları olmadığını nəzərə alaraq həmin arayışın poliknika tərəfindən verilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, X5 11.10.2019-cu il Bakı şəhərində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, 13.01.1953-cü il tarixdə Ağdam rayonunda anadan olmuş X2 Bakı şəhərində 11.10.2019-cu il tarixində vəfat etməsi faktı müəyyən edilməli, X2 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13.01.1953-cü il tarixdə Ağdam rayonunda anadan olmuş X2 Bakı şəhərində 11.10.2019-cu il tarixində vəfat etməsi faktı müəyyən edilsin. X2 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Nəsimi Rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5955/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5955/2021
29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver