Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6058/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün “Maraqlı şəxs tərəfindən şirkətə 1000 manat vurulmuş ziyana görə Tərəflər etiraf edir ki, İkinci Tərəf (Maraqlı şəxs) Ərizəçi MMC-nin Qaraçuxur 01 filialından müxtəlif vaxtlarda, müxtəlif çeşiddə məhsullar mənimsəyərək 1000 (min) manat məbləğində “Araz Supermarket" MMC-yə ziyan vurmuşdur. Tərəflər razılaşır ki, İkinci tərəf xx.xx.2025-ci il etibarən hər ayın 5-dən 10-u tarixinədək aylıq 200 (iki yüz) manat olmaqla, 5 ay ərzində 1000 manat ümumi borc məbləğini tam şəkildə Ərizəçi MMC-yə ödəyəcəkdir. İkinci tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Birinci tərəf İkinci tərəfin borcunu tam ödəməsi şərtilə Barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir” şərti ilə təsdiq edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, Maraqlı şəxs tərəfindən şirkətə 1000 manat vurulmuş ziyana görə Tərəflər etiraf edir ki, İkinci Tərəf (Maraqlı şəxs) “Araz Supermarket" MMC-nin Qaraçuxur 01 filialından müxtəlif vaxtlarda, müxtəlif çeşiddə məhsullar mənimsəyərək 1000 (min) manat məbləğində “Araz Supermarket" MMC-yə ziyan vurmuşdur. Tərəflər razılaşır ki, ikinci tərəf xx.xx.2025-ci il etibarən hər ayın 5-dən 10-u tarixinədək aylıq 200 (iki yüz) manat olmaqla, 5 ay ərzində 1000 manat ümumi borc məbləğini tam şəkildə “Araz Supermarket" MMC-yə ödəyəcəkdir, ikinci tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Birinci tərəf İkinci tərəfin borcunu tam ödəməsi şərtilə Barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir. Eyni zamanda Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər arasında bağlanmış bar şıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Maraqlı şəxs tərəfindən aylıq ödənişlər könüllü şəkildə icra edilmədiyi üçün barışıq sazişinin 2-ci bəndi əsas götürülməklə borc məbləğinin tam şəkildə ödəməsi şərti ilə saziş təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. İş materiallarına əlavə olunmuş, Bakı şəhəri 20 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinə əsasən tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər:
1. Tərəflər etiraf edir ki, Tərəf 2 (Maraqlı şəxs) Ərizəçi MMC-nin Qaraçuxur 01 filialından müxtəlif vaxtlarda, müxtəlif çeşiddə məhsullar mənimsəyərək 1000 (min) manat məbləğində “Araz Supermarket" MMC-yə ziyan vurulmasını etiraf edir.
2. Tərəflər razılaşırlar ki, Tərəf 2 (Maraqlı şəxs) xx.xx.2025-ci il etibarən hər ayın 5-dən 10-u tarixinədək aylıq 200 (iki yüz) manat olmaqla, 5 ay ərzində 1000 manat ümumi borc məbləğini tam şəkildə Tərəf 1 (Ərizəçi MMC-yə) ödəyəcək.
3. Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 (Ərizəçi MMC) Tərəf 2 (Maraqlı şəxs)-nin borcunu tam ödəməsi şərtilə Barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 20 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi təsdiq olunmalı, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 355-25.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 20 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025ci il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflər etiraf edir ki, Tərəf 2 (Maraqlı şəxs) Ərizəçi MMC-nin Qaraçuxur 01 filialından müxtəlif vaxtlarda, müxtəlif çeşiddə məhsullar mənimsəyərək 1000 (min) manat məbləğində “Araz Supermarket" MMC-yə ziyan vurulmasını etiraf edir.
2. Tərəflər razılaşırlar ki, Tərəf 2 (Maraqlı şəxs) xx.xx.2025-ci il etibarən hər ayın 5-dən 10-u tarixinədək aylıq 200 (iki yüz) manat olmaqla, 5 ay ərzində 1000 manat ümumi borc məbləğini tam şəkildə Tərəf 1 (Ərizəçi MMC-yə) ödəyəcək.
3. Tərəf 2 (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 (Ərizəçi MMC) Tərəf 2 (Maraqlı şəxs)-nin borcunu tam ödəməsi şərtilə Barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs Ərizəçi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüsalə Musayeva