Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-62/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 2014-cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsinə əsasən 100117.01 ABŞ dolları əsas borc, 85528.62 ABŞ dolları hesablanmış faiz, 201.701.09 ABŞ dolları hesablanmış dəbbə, cəmi 387346.72 ABŞ dolları, 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinə əsasən 10000 avro əsas borc, 8.397.11 avro hesablanmış faiz, 7196.40 avro hesablanmış dəbbə, cəmi 25593.51 avro, 2015-ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsinə əsasən 10000 avro əsas borc, 8.196.57 avro hesablanmış faiz, 12525.50 avro hesablanmış dəbbə, cəmi 30722.07 avro, 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən 157707.87 manat əsas borc, 77685.75 manat hesablanmış faiz, 101078.71 hesablanmış dəbbə, cəmi 336472.33 manat, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulması, ipoteka predmeti 80.000(səksən min) manat qiymətləndirilsin və xx.xx.2014-cü il tarixli 0521/14/PB N-li X5 görə Cavabdeh mülkiyyətində olan BMW M6 markalı minik avtomobili (qeydiyyat şəhadətnaməsi AC 339352, ili 2013Ban: WBS6C91030DV73058, M.İ.H: 4395 sm3. Rəngi: qara metalik)açıq hərracda satılaraq 2014-cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsinə əsasən tələb edilən borc ödənilməsi, 2011-ci il tarixli MZ/PB-090/02/11 №-li ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixdə edilmiş 03 №-li əlavə ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət Cavabdeh şəxsi olan, 3 otaqlı, 104 N.li mənzil açıq hərracda satılaraq tələb edilən 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən borc ödənilməsi, mənzildə yaşayanlar Cavabdeh və X4 mənzildən çıxarılsın, fərdi yaşayış evi məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT ASC-nin İdarə Heyətinin sədrinin İ müavini Rəcəb Hüseynov Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 2014-cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsinə əsasən 80117.01 ABŞ dolları əsas borc, 30208.16 ABŞ dolları hesablanmış faiz, 224808.23 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 335133.4 ABŞ dolları; 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinə əsasən 9996.69 avro əsas borc, 9663.39 avro hesablanmış faiz, 7196.40 avro hesablanmış dəbbə, cəmi 26856.48 avro; 2015- ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsinə əsasən 9634.65 avro əsas borc, 9417.01 avro hesablanmış faiz, 12525.50 avro hesablanmış dəbbə, cəmi 31577.16 avro, 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən 157707.87 manat əsas borc, 88932.57 manat hesablanmış faiz, 101044.71 manat hesablanmış dəbbə, cəmi 347685.15 manat, hüquqi yardıma görə ödənilmiş xərcin ı zərərin) əvəzi 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulması, 2011-ci il tarixli MZ/PB-090/02/11 №-li ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixdə edilmiş 03 №-li əlavə ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət Cavabdeh şəxsi mülkiyyəti olan, 3 otaqlı, 104 nömrəli mənzil açıq hərracda satılaraq tələb edilən 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən borc ödənilməsi, mənzildə yaşayanlar- Cavabdeh və X4 mənzildən çıxarılması, fərdi yaşayış evi məcburi boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəqiqləşdirilməsini qəbul etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, bildirdi ki, Cavabdeh əvvəlki “İddiaçıbank” ASC-dən (indiki İddiaçı BOKT ASC-dən) 014-cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsinə əsasən illik 20 faizlə 48 ay müddətinə avtomobilin alınması məqsədilə 153000 (bir yüz əlli üç min) ABŞ dolları, 2015-ci il 10 oktyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinə əsasən illik 20 faizlə 24 ay müddətinə ev təmiri məqsədilə 10000 (bir on min) Avro, 2015-ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsinə əsasən illik 20 faizlə 12 ay müddətinə ev təmiri məqsədilə 10000 (bir on min) Avro, 2016-cı il 07 iyun tarixli 0102/16/PB №-li kredit müqaviləsinə əsasən illik 18 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 260000 (iki yüz altmış min)manat məbləğində borc almışdır. 2016-cı il 07 iyun tarixli 0102/16/PB№li kredit müqaviləsinə əsasən illik 18 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 260000 (iki yüz altmış min)manat məbləğində borcun təminatı olaraq, ünvan 2 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət Cavabdeh şəxsi olan, 3 otaqlı, 104 N.li mənzil 18. fevral .2011- i il tarixli MZ/PB-090/02/11 №-li ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixdə edilmiş 03 №-li əlavə ilə yüklü edilmişdir. 2014-cü il 19 dekabr tarixli 0521/14/PB №-li kredit müqaviləsinə əsasən illik 20 faizlə 48 ay müddətinə avtomobilin alınması məqsədilə 153000 (bir yüz əlli üç min) ABŞ dolları, 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinin təminatı olaraq xx.xx.2014-cü il tarixli 0521/14/PB N-li X5 görə Cavabdeh mülkiyyətində olan BMW M6 markalı minik avtomobili (qeydiyyat şəhadətnaməsi AC 339352, ili 2013Ban: WBS6C91030DV73058, M.İ.H: 4395 sm3’ Rəngi: qara metalik) yüklü edilmişdir. İpoteka (girov) müqavilələri notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2014-cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsinə əsasən 100117.01 ABŞ dolları əsas borc, 85528.62 ABŞ dolları hesablanmış faiz, 201.701.09 ABŞ dolları hesablanmış dəbbə, cəmi 387346.72 ABŞ dolları; 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinə əsasən 10000 avro əsas borc, 8.397.11 avro hesablanmış faiz, 7196.40 avro hesablanmış dəbbə, cəmi 25593.51 avro; 2015-ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsinə əsasən 10000 avro əsas borc, 8.196.57 avro hesablanmış faiz, 12525.50 avro hesablanmış dəbbə, cəmi 30722.07 avro, 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən 157707.87 manat əsas borc, 77685.75 manat hesablanmış faiz, 101078.71 hesablanmış dəbbə, cəmi 336472.33 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda həll edilməli məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətinin əks edilməsidir. İpoteka müqaviləsinin 3.1-ci bəndində göstərilir ki, müstəqil qiymətləndiricinin rəyinə əsasən 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən illik 18 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 260000 (iki yüz altmış min)manat məbləğində borcun təminatı olaraq: xx.xx.2014-cü il tarixli 0521/14/PB N-li X5 görə Cavabdeh mülkiyyətində olan BMW M6 markalı minik avtomobili (qeydiyyat şəhadətnaməsi AC 339352, ili 2013Ban: WBS6C91030DV73058, M.İ.H: 4395 sm3’ Rəngi: qara metalik) 80000 manat; 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən illik 18 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 260000 (iki yüz altmış min) manat məbləğində borcun təminatı olaraq, ünvan 2 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət Cavabdeh şəxsi olan, 3 otaqlı, 104 N.li mənzil 18. fevral .2011 -ci il tarixli MZ/PB-090/02/11 №-li ipoteka 120000 (bir yüz iyirmi min) manat müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə “İddiaçıbank” ASC arasında bağlanmış 2014cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsindən görünür ki, illik 20 faizlə 48 ay müddətinə avtomobilin alınması məqsədilə 153000 (bir yüz əlli üç min) ABŞ dolları kredit almışdır. İş materiallarında olan Cavabdeh ilə “İddiaçıbank” ASC arasında bağlanmış 2015-ci il 10 oktyabr tarixli 0340/15/PB №-li kredit müqaviləsindən görünür ki, illik 20 faizlə 24 ay müddətinə ev təmiri məqsədilə 10.000 (bir on min) Avrodur. İş materiallarında olan Cavabdeh ilə “İddiaçıbank” ASC arasında bağlanmış 2015-ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsindən görünür ki, illik 20 faizlə 12 ay müddətinə ev təmiri məqsədilə 10000 (bir on min) Avro kredit almışdır. İş materiallarında olan Cavabdeh ilə “İddiaçıbank” ASC arasında bağlanmış 2016-cı il 07 iyun ırixli 0102/16/PB №-li kredit müqaviləsinə əsasən illik 18 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 260000 (iki yüz altmış min)manat məbləğində borc almışdır. İş materiallarında olan Cavabdeh ilə “İddiaçıbank” ASC arasında bağlanmış 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsindən görünür ki, illik 18 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 260000 (iki yüz altmış min)manat məbləğində borcun təminatı olaraq, ünvan 2 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət Cavabdeh şəxsi olan, 3 otaqlı, 104 N.li mənzil 18. Fevral 2011-ci il tarixli MZ/PB-090/02/11 №-li ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixdə edilmiş 03 №-li əlavə ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh ilə “İddiaçıbank” ASC arasında bağlanmış 2014-cü il 19 dekabr tarixli 0521/14/PB №-li kredit müqaviləsindən görünür ki, illik 20 faizlə 48 ay müddətinə avtomobilin alınması məqsədilə 153000 (bir yüz əlli üç min) ABŞ dolları kredit vermişdir. İş materiallarında olan Cavabdeh ilə “İddiaçıbank” ASC arasında bağlanmış 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinin təminatı olaraq xx.xx.2014-cü il tarixli, 0521/14/PB saylı ipoteka girov müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan BMW M6 markalı minik avtomobili (qeydiyyat şəhadətnaməsi AC 339352, ili 2013Ban: WBS6C91030DV73058, M.İ.H: 4395 sm3’ Rəngi: qara metalik) yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 2014-cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsindən görünür ki, 100117.01 ABŞ dolları əsas borc, 85528.62 ABŞ dolları hesablanmış faiz, 201.701.09 ABŞ dolları hesablanmış dəbbə cəmi 387346.72 ABŞ dolları; 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinə əsasən 10000 avro əsas borc, 8.397.11 avro hesablanmış faiz, 7196.40 avro hesablanmış dəbbə, cəmi 25593.51 avro; 2015-ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsinə əsasən 10000 avro əsas borc, 8.196.57 avro hesablanmış faiz, 12525.50 avro hesablanmış dəbbə, cəmi 30722.07 avro, 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən 157707.87 manat əsas borc, 77685.75 manat hesablanmış faiz, 101078.71 hesablanmış dəbbə, cəmi 336472.33 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 26569 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxx 2014-cü il tarixli, 0521/14/PB saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə Cavabdeh “İddiaçıbank” ASC-nə olan borcu 142,925,34 ABŞ dolları məbləğində əyyən edilir, o cümlədən: əsas kredit borcu 100.117,01 ABŞ dolları, faiz borcu 42.808,33 ABŞ dolları, hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh “İddiaçıbank” ASC-nə borcu xx.xx.2019-cu il tarixdə 40.000,0 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödənişin 20.000,0 ABŞ dolları Bank tərəfindən əsas borc üzrə 20.000,0 ABŞ dolları isə faiz borcu üzrə silinmişdir. Qeyd olunanlar nəzərə alındıqda Cavabdeh “İddiaçıbank” ASC-nə olan borcu 102.925,34 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 80.117,01 ABŞ dolları, faiz borcu 22.808,33 ABŞ dollarıdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxxxx 2015-ci il tarixli 0340/15/PB saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə Cavabdeh “İddiaçıbank” ASC-nə olan borcu 11.651,76 Avro məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 9996,69 avro, faiz borcu 1655,07 avro. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxx 2015-ci il tarixli 0446/15/PB saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə Cavabdeh aqif oğlunun “İddiaçıbank" ASC-nə olan borcu 10.136,04 Avro məbləğində müəyyən edilir, cümlədən: əsas kredit borcu 9516,97 avro; faiz borcu 619,07 avro. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh tərəfindən “İddiaçıbank” ASC-nə xx.xx.2016-cı il tarixdə 504,53 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Həmin ödəniş Bank tərəfindən faiz borcu üzrə silinmişdir. Qeyd olunanlar nəzərə alındıqda Cavabdeh “İddiaçıbank” ASC-nə olan borcu 31,51 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 9516,97 ABŞ dolları; faiz borcu 114,54 ABŞ dolları. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış lumatları, xx xxxx 2016-cı il tarixli 0102/16/PB saylı kredit müqaviləsinin qeyd olunan rtləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixə Cavabdeh “İddiaçıbank” ASC-nə olan borcu 189.453,74 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 157.707, 87 manat, faiz borcu 31.745,87 manat, Hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh tərəfindən “İddiaçıbank” ASC-nə xx.xx.2018-ci il tarixdə 3366,0 manat məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödəniş faiz borcu üzrə silinmişdir. Qeyd olunanlar nəzərə alındıqda Cavabdeh xx.xx.2018-ci il tarixə “İddiaçıbank” ASC-nə olan borcu 186.087, 74 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 157.707, 87 manat, faiz borcu 28.379,87 manat müəyyən edilir. Göründüyü kimi, “İddiaçı BOKT” ASC cavabdeh qarşısında müqavilə ilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqaviləsi ilə üzərlərinə götürdüyü öhdəliyi tam icra etməmişdir və borcun ödənilməsi barədə iddiaçı “İddiaçı BOKT” ASC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Məhkəmə araşdırması zamanı müəyyən edilmişdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 26569 saylı ekspert rəyindən göründüyü kimi rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxx 2014-cü il tarixli, 0521/14/PB saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə Cavabdeh “İddiaçıbank” ASC-nə olan borcu 142,925,34 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 100.117,01 ABŞ dolları, faiz borcu 42.808,33 ABŞ dolları, hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh “İddiaçıbank” ASC-nə borcu xx.xx.2019-cu il tarixdə 40.000,0 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödənişin 20.000,0 ABŞ dolları Bank tərəfindən əsas borc üzrə 20.000,0 ABŞ dolları isə faiz borcu üzrə silinmişdir. Qeyd olunanlar nəzərə alındıqda Cavabdeh “İddiaçıbank” ASC-nə olan borcu 102.925,34 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 80.117,01 ABŞ dolları, faiz borcu 22.808,33 ABŞ dollarıdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxxxx 2015-ci il tarixli 0340/15/PB saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə Cavabdeh “İddiaçıbank” ASC-nə olan borcu 11.651,76 Avro məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 9996,69 avro, faiz borcu 1655,07 avro. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxx 2015-ci il tarixli 0446/15/PB saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə Cavabdeh aqif oğlunun “İddiaçıbank" ASC-nə olan borcu 10.136,04 Avro məbləğində müəyyən edilir, cümlədən: əsas kredit borcu 9516,97 avro; faiz borcu 619,07 avro. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh tərəfindən “İddiaçıbank” ASCnə xx.xx.2016-cı il tarixdə 504,53 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Həmin ödəniş Bank tərəfindən faiz borcu üzrə silinmişdir. Qeyd olunanlar nəzərə alındıqda Cavabdeh “İddiaçıbank” ASC-nə olan borcu 31,51 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 9516,97 ABŞ dolları; faiz borcu 114,54 ABŞ dolları. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış lumatları, xx xxxx 2016-cı il tarixli 0102/16/PB saylı kredit müqaviləsinin qeyd olunan rtləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixə Cavabdeh “İddiaçıbank” C-nə olan borcu 189.453,74 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 157.707, 87 manat, faiz borcu 31.745,87 manat, Hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh tərəfindən “İddiaçıbank” ASC-nə xx.xx.2018-ci il tarixdə 3366,0 manat məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödəniş faiz borcu üzrə silinmişdir. Qeyd olunanlar nəzərə alındıqda Cavabdeh xx.xx.2018-ci il tarixə “İddiaçıbank” ASC-nə olan borcu 186.087, 74 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 157.707, 87 manat, faiz borcu 28.379,87 manat müəyyən edilir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 224808.23 ABŞ dolları, 7196.40 avro, 12525.50 avro, 101044.71 manat məbləğində dörd müqavilə üzrə cərimələri Məhkəmə, Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimə məbləğlərinin azaldılmasını nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onun azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2014cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsinə əsasən 80.117,01 (səksən manat yüz on yeddi ABŞ dolları bir sent) ABŞ dolları əsas borc, 22.808,33 (iyirmi iki min səkkiz yüz səkkiz ABŞ dolları otuz üç sent) hesablanmış faiz, 200 (iki yüz) ABŞ dolları hesablanmış dəbbə, cəmi 103.125,34 (yüz üç min yüz iyirmi beş ABŞ dolları otuz dörd sent) ABŞ dolları; 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB/№-li kredit müqaviləsinə əsasən 9996,69 (doqquz min doqquz yüz doxsan altı avro altmış doqquz sent) avro əsas borc, 1655,07 (bir min altı yüz əlli beş avro yeddi sent) avro hesablanmış faiz, 71 (yetmiş bir avro) avro hesablanmış dəbbə, cəmi 11.722,76 (on bi min yeddi yüz iyirmi iki avro yetmiş altı sent) avro; 2015-ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsinə əsasən 9516,97 (doqquz min beş yüz on altı avro doxsan yeddi sent) avro əsas borc, 114,54 (yüz on dörd avro əlli dörd sent) avro hesablanmış faiz, 300 (üç yüz) avro hesablanmış dəbbə, cəmi 9.931,51 avro; 2016-cı il 07 iyun tarixli 0102/16/PB/№-li kredit müqaviləsinə əsasən 157707.87 (yüz əlli yeddi min yeddi yüz yeddi manat səksən yeddi qəpik) manat əsas borc, 28379,87 (iyirmi səkkiz min üç yüz yetmiş doqquz manat səksən yeddi qəpik) manat hesablanmış faiz, 1000 (bir min) manat hesablanmış dəbbə, cəmi 187.087,74 (yüz səksən yeddi min səksən yeddi manat yetmiş dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, 2011-ci il tarixli MZ/PB-090/02/11 №-li ipoteka müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə edilmiş 03 №li əlavə ilə yüklü edilmiş, bazar qiyməti olan 380.000 manat məbləğində müəyyən edilməklə, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 104 №-li mənzili açıq hərracda satılaraq tələb edilən borc ödənilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulmalıdır və Dövlət büdcəsinə köçürülməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2014-cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsinə əsasən 80.117,01 (səksən manat yüz on yeddi ABŞ dolları bir sent) ABŞ dolları əsas borc, 22.808,33 (iyirmi iki min səkkiz yüz səkkiz ABŞ dolları otuz üç sent) hesablanmış faiz, 200 (iki yüz) ABŞ dolları hesablanmış dəbbə, cəmi 103.125,34 (yüz üç min yüz iyirmi beş ABŞ dolları otuz dörd sent) ABŞ dolları; 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB/№-li kredit müqaviləsinə əsasən 9996,69 (doqquz min doqquz yüz doxsan altı avro altmış doqquz sent) avro əsas borc, 1655,07 (bir min altı yüz əlli beş avro yeddi sent) avro hesablanmış faiz, 71 (yetmiş bir avro) avro hesablanmış dəbbə, cəmi 11.722,76 (on bir min yeddi yüz iyirmi iki avro yetmiş altı sent) avro; 2015-ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsinə əsasən 9516,97 (doqquz min beş yüz on altı avro doxsan yeddi sent) avro əsas borc, 114,54 (yüz on dörd avro əlli dörd sent) avro hesablanmış faiz, 300 (üç yüz) avro hesablanmış dəbbə, cəmi 9.931,51 avro; 2016-cı il 07 iyun tarixli 0102/16/PB/№-li kredit müqaviləsinə əsasən 157707.87 (yüz əlli yeddi min yeddi yüz yeddi manat səksən yeddi qəpik) manat əsas borc, 28379,87 (iyirmi səkkiz min üç yüz yetmiş doqquz manat səksən yeddi qəpik) manat hesablanmış faiz, 1000 (bir min) manat hesablanmış dəbbə, cəmi 187.087,74 (yüz səksən yeddi min səksən yeddi manat yetmiş dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. 2011-ci il tarixli MZ/PB-090/02/11 №-li ipoteka müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə edilmiş 03 №li əlavə ilə yüklü edilmiş, bazar qiyməti olan 380.000 manat məbləğində müəyyən edilməklə, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 104 №-li mənzili açıq hərracda satılaraq tələb edilən borc ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-62/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-62/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver