Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-622/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X25 oğlunun katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1878-ci ildə Bakı şəhərində anadan olmuş X12 1963-cü ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin ulu nənəsi X24 1878-ci ildə Bakı şəhərində anadan olmuşdur. X24 ünvan 1 ünvanında yaşamış və 1963-cü ildə orada vəfat etmiş, Bakıda dəfn olunmuşdur. Onun vəfat etməsini şahidlər də təsdiq edə bilər. Ərizəçinin ulu nənəsindən sonra onun yaşadığı mənzil miras qalmışdır. Ərizəçi özü mənzili idarə edir. Lakin ölüm haqqında şəhadətnamənin olmaması səbəbindən ərizəçi faktiki idarə etdiyi miras əmlakı öz adına rəsmiləşdirə bilmir. O, bununla bağlı Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina edib, məhkəməyə müraciət etməsini tövsiyə etmişdirlər.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə ərizəçinin vəkili-nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx/xx-1644 nömrəli arayışdan görünür ki, X18 ilə X4 nikahı haqqında xx.xx.1961-ci il tarixdə 66 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Mahmudova” soyadı verilmişdir. Nikaha xx.xx.2006-cı il tarixdə X10 ölməsi ilə xitam verilmişdir. Sonradan xx.xx.2007-ci ildə X13 ölmüşdür.
7. Doğum haqqında AZ-İİ seriyalı, 138698 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1961ci il təvəllüdlü X2 atası X18, anası X7r.
8. Nikahın bağlanması haqqında 331980 nömrəli şəhadətnamədən görünür ki, X17 ilə X2 nikahı xx.xx.1979-cu il tarixdə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir.
9. Ölüm haqqında AZ-İİ seriyalı, 316843 nömrəli şəhadətnamədən görünür ki, X18 xx.xx.2006-cı il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 378 № ilə qeyd edilmişdir.
10. Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx/xx-1645 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2007-ci ildə Bakı şəhərində ölmüşdür.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2/10 hissədə Baba-zadə Kəmalə Nadir qızının, 2/10 hissədə Baba zadə Sevil Ağababa qızının, 2/10 hissədə X12, 3/10 hissədə X3, 1/10 hissədə X5 mülkiyyətindədir.
12. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1931-ci ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında xx.xx.1931-ci ildə doğulan X10 təvəllüdü qeyd olunur. X1, anası X9.
13. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr və arayışlar notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər.
14. “Bakı Baş Səhiyyə Mərkəzi” X32 3 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həkim sirri təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakı hallarda verilə bilər: istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə. Buna görə də adı qeyd olunan X24 barədə məlumat verilməsi məqsədəuyğun hesab edilmir.
15. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X10 xx.xx.1954-cü ildə Səbail rayon qeydiyyat şöbəsində Mahmudova (Qazbinovna) Şəmsinur Qara qızı ilə bağlanmış nikahının pozulması xx.xx.1958-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. R.Mahmudov xx.xx.1961-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1940-cı il təvəllüdlü Mahmudova (Əliyeva) Xalidə Qafar qızı ilə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.1961-ci ildə Məsumə Mahmudova, xx.xx.1963-cü ildə Ağa Mahmudov, xx.xx.1964cü ildə Mehriban Mahmudova və xx.xx.1966-cı ildə Mehparə Mahmudova adlı övladları doğulmuşdur. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən R.Mahmudovun doğumu haqqında, habelə X24 barəsində hər hansı vətəndaşlıq vəziyyəti aktının qeydə alınmasına dair məlumat aşkar olunmamışdır. “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən, mərhum X10 adına Bakı şəhəri 13 saylı dövlət notariat ofisində xx.xx.2008-ci il tarixdə vərəsəlik işinin açılması və həmin gün 2V-144 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi aşkar edilmişdir. X12 adına isə vərəsəlik işinin açılması aşkar olunmamışdır.
17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhəri 13 saylı dövlət notariat ofisində xx.xx.2008-ci il tarixdə 2V/1-144 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin kserosurəti məhkəməyə göndərilmişdir. Həmçinin, “Elektron notariat” İnformasiya sistemində X12 adına vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməməsi bildirilmişdir. Vərəsəlik işinin materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2008-ci il tarixli, 2V/1-144 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2006-cı ildə vəfat etmiş X10 vərəsəsi oğlu X15r.
18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə ünvan 1 ünvanına aid arxiv sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
19. Azərbaycan Respublikasının X23 xx.xx.2025-ci, xx.xx.2025-ci, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, X6 valideynləri haqqında tam məlumat – ad, ata adı, doğum aktlarının qeydiyyata alındığı yer və tarix təqdim edilmədiyi üçün sorğunun icrası imkan xaricindədir. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin doğum haqqında qeydiyyat kitabları arxivə qismən şəkildə 1920-ci ildən 1948-ci ilədək təhvil verilmişdir. Bu səbəbdən X10 babası və nənəsi barədə məlumat verilməsi imkan xaricindədir. X23 “Bakı quberniyası vergi idarəsi” fondunun sənədlərində Bakı şəhəri üzrə 1878-ci ilə dair X12 doğum tarixinə dair məlumat aşkar etmək mümkün olmamışdır. X23 tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri üzrə 1900-1905-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X6 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır.
20. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu ilə https://pamyat-naroda.ru saytından mərhum X6 X11 hərbi xidmətə göndərilməsi və itkin düşməsi barədə məlumatlardan əldə edilmiş çıxarış məhkəməyə göndərilmişdir. Həmin çıxarışdan X6 1902-ci ildə anadan olması, xx.xx.1942-ci ildə hərbi xidmətə çağırılması müəyyən edilir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
21. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/10 hissəsinin məxsus olduğu X24 1878-ci ildə Bakı şəhərində anadan olmuş, 1963-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Lakin onun ölüm haqqında şəhadətnaməsini heç bir qaydada əldə etmək mümkün olmadığından, hazırda evin həmin hissəsini faktiki idarə edən Ərizəçi (X12 oğlu X6 nəvəsi) evi öz adına sənədləşdirə bilmir. Ərizəçinin vəkili tərəfindən verilmiş sorğular, habelə onun vəsatətləri əsasında məhkəmə tərəfindən bütün aidiyyəti dövlət orqanlarına verilmiş sorğular nəticəsiz qalmış, X12 ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə etməyin qeyrimümkün olması müəyyən edilmişdir.
c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.5-ci bənd. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1 və 305.1.1-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddə. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddə. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
24. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, 1878-ci ildə Bakı şəhərində anadan olmuş X12 1963-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməlidir.
Nəticə:
25. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 1878-ci ildə Bakı şəhərində anadan olmuş X12 1963-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova