Məhkəmə qərarları › İş №2(006)-6226/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6226/2021

29.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6226/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X4 15 iyul 2011-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1933-cü il təvəllüdlü mərhum anası X10 20 ildən çox müddətdə onunla eyni ünvanda yaşayırdı. 88 yaşında idi, qocalmışdı, hansısa konkret xəstəliyi də yox idi. Təqribən 8 iyul 2021-ci il tarixindən etibarən anasının vəziyyəti pisləşdi, onda ümumi halsızlıq, iştahsızlıq və hərəkət qabliyyətinin məhdudlaşması müşaiyyət olunurdu, yemək yemirdi. 12 İyul 2021 tarixində 103-ə zəng edərək təcili tibbi yardımı çağırdılar, onlar anasına baxış keçirdikdən sonra, getdilər. Ertəsi gün, İyulun 13-ü, TTYdan bizə zəng edərək, anasını 5 nömrəli şəhər poliklinikasına qeydiyyata salmağı tövsiyə etdilər. O da, 33 saylı MKTB-dən anasının onunla eyni ünvanda yaşadığına dair arayış alaraq, mərhum anasını 5 nömrəli şəhər poliklinikasına qeydiyyata saldırdı. 15 İyul 2021 tarixində yaşadıqları ünvanda, bir neçə gün sürən bu halsızlıqdan sonra, anası vəfat etdi. Anasının vəfatından sonra, adına olan əmlakın vərəsəlik qaydasında sənədləşdirilməsi üçün ölüm faktının müəyyən olunmasına, yəni ölüm haqqında şəhadətnaməyə ehtiyyac yaranmışdır. Maraqlı şəxsnə müraciət edərək ölüm haqqında şəhadətnamə vermələri barədə müraciət etdilər. Maraqlı şəxs tərəfindən 10.09.2021-ci il tarixində verilmiş cavab məktubunda, tibb müəsisəsi tərəfindən ölüm faktının müəyyən edilməsi üçün zəruri olan sənəd təqdim olunmadığından ölümün qeydiyyata alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmaması qeyd olunmuşdur. Halbuki, VVAQ şöbəsinə etdiyi müraciətdə, o, bütün müvafiq sənədləri, o cümlədən TTY arayışlarını, 5 nömrəli Şəhər poliklinikasının imtina məktubunu da əlavə eləmişdi. 5 nömrəli Şəhər poliklinikasına müvafiq sənədin verilməsi İlə bağlı müraciət etdikdə isə, anasının orada müalicə almadığını əsas gətirərək, onlara həmin sənədi verməkdən imtina etdi və Nəsimi Rayon Məhkəməsinə müraciət etmələri tövsiyyə olundu. Belə halda, onların məhkəməyə müraciət etmədən, ölüm faktını rəsmi qaydada dövlət qeydiyyatına almaları mümkün görünmür. Anasının ölüm faktı TTY tərəfindən verilmiş sənədlədə öz sübutunu tapsa da, ölüm haqqında şəhadətnamə almaları mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, hazırda anasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik çəkdiyini bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 10.09.2021-ci il tarixli, 05/Q-1673/75 saylı məktubdan görünür ki, X4 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. 5 №-li Şəhər Poliklinikası tərəfindən ünvanlanmış 27.08.2021-ci il tarixli, 1451 saylı məktubdan görünür ki, Ərizəçi X4 poliklinikaya müraciət etmədiyinə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərindən Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməli olduğu izah edilmişdir. Beləliklə, ərizəçi anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. AZE 03358235 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 XX.XX.1933-cü il tarixdə Azərbaycan, Lerik rayonu, Babaküçə kəndində anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Lənkəran Rayon VVAQ Şöbəsi tərəfindən 12 oktyabr 1988-ci il tarixdə verilmiş Xİİİ- ЖГ seriyalı 398984 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Lənkəran şəhərində anadan olmuş, anası X5r. “Bakı şəhəri Təcili və X9 Stansiyası” PHŞ X13 Vərəqəsinin surətindən görünür ki, 12 iyul 2021-ci il tarixli çağırış üzrə 5 saylı təcili tibbi yardım briqadası xəstə X4 yanına – 3-cü Alatava, ev 167 ünvanına gəlmiş, yardımdan imtina edilmişdir. Təcili və X9 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 15.07.2021-ci il tarixdə X4 adına çağırış verilmişdir. Həkimə qədər ölümdür. Qadın cinsli meyit aşkar edilmişdir. Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən 26.10.2021-ci il tarixdə verilmiş 197 nömrəli Arayışdan görünür ki, X11 anası X10 15.07.2021-ci ildə vəfat edib və Şüvəlan qəbiristanlığında dəfn olunub. İş materiallarına tamamlanmamış qəbirüstü abidənin fotoşəkli əlavə edilsə də, onun kimə məxsus olmasını həmin fotoşəkil vasitəsilə müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun anası qonşusudur. X10 yaşlı qadın idi və 2-3 il idi ki, yataq xəstəsi idi. Yay aylarında Bakı şəhərində yaşadığı ünvanda vəfat etmişdir. Mərhumun “cümə axşamı” mərasimində iştirak etmişdir. Mərhumun vəfat etdiyi gün rayona gedirdi deyə, dəfn mərasimində iştirak edə bilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, mərhum onun qonşusu idi və həmişə Fərhadın evində yaşamışdı. Mərhuma Fərhadın arvadı qulluq edirdi. Mərhum X1 anası idi və onu müalicə edirdilər. Mərhumun vəfat etdiyi gün rayona getməkdə olduqları üçün, onun sonrakı yas mərasimlərində iştirak etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X10 ərizəçinin anası olmuşdur. X2 qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə və 5 №-li Şəhər Poliklinikasına müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1933cü il təvəllüdlü X4 15.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1933-cü il təvəllüdlü X4 15.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar