Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6227/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi atası X3 12.01.1952-ci ildə İsmayıllı rayonunda anadan olmuş və Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, ev 140 A-da qeydiyyatda olmuşdur. Atası uzun müddət ürək çatışmazlığından əziyyət çəkdiyindən 03 sentyabr 2021-ci ildə 05:30-da yaşadığı Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, ev 140 A-da ürək çatışmazlığından vəfat etmişdir. Təcili tibbi yardıma mərhum atası üçün çağırış edilmiş, lakin 05:40 radələrində həkim gələnə qədər atası X3 vəfat etmişdir. Atası poliklinikada qeydiyyatda olmadığından həkim şəhadətnaməsi ala bilməmişdir. Mərhum atasının adına ölüm haqqında şəhadətnamə almaq üçün 1 saylı Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda göstərmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülür. Göstərilənlərə əsasən, 12.01.1952-ci ildə İsmayıllı rayonunda anadan olmu, Bakı şəhəri, Mərdanov Qardaşlar küçəsi, ev 140 A-da qeydiyyatda olan X2 3 sentyabr 2021-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, Maraqlı şəxs şöbə rəisi Şəfəq Salmanlı məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək göstərmişdir ki, ölən şəxsi tanıyır, onun dostunun atası idi. Bakıda dünyasını dəyişmiş və o, dəfndə də iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 07 sentyabr 2021-ci il tarixli, 144 nömrəli arayışından görünür ki, X3 həqiqətən 03 sentyabr 2021-ci il tarixində Bakı şəhərində vəfat etmiş və İsmayıllı rayonu, Basqal qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X3 12 yanvar 1952-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 03.09.2021-ci il tarixində Təcili və X4 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsində göstərilmişdir ki, X1 06:07-də onun yanına gəldikdə artıq vəfat etmiş və onun meyiti aşkar edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 08.09.2021-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsinin 5 №-li şəhər poliklinikasının 06.09.2021-ci il tarixili, 1466 nömrəli məktubunda bildirilmişdir ki, 12.01.1952-ci il təvəllüdlü X3 03 sentyabr 2021-ci il tarixində rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X3 03 sentyabr 2021-ci il tarixində vəfat etmiş və İsmayıllı rayonu, Basqal qəsəbə qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi atası X2 03 sentyabr 2021-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 12 yanvar 1952-ci il təvəllüdlü X2 03 sentyabr 2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6227/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6227/2021
15.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver