Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6266/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ərizə təmin edilməsi, 1929-cu il tarixdə İmişli rayonunun Yalavac kəndində anadan olmuş X1 rayonunun Yalavac kəndində 06.09.2008-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməsi, X7 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X3 1929-cu ildə İmişli rayonunun Yalavac kəndində anadan olmuşdur. X3 06 sentyabr 2008-ci ildə yaşadıqları İmişli rayonunun Yalavac kəndində evində vəfat etmişdir. Onu kəndində yaxınlığında olan Yalavac kənd qəbristanlığı adlanan qəbirstanlıqda dəfn etmişdir. Savadsızlığımızın ucbatından onun ölümünü qeydə aldırmamışlar. Hazırda vərəsəlik məsələsinin həlli üçün mərhum anasına ölüm sənədi lazım oldu. O, İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir ki, anasına ölüm haqqında şəhadətnamə versin. Lakin İmişli Rayon Qeydiyyat şöbəsində bildirdilər ki, mərhumun ölməsi faktı tibbi sənədlə təsdiq olunmadığından ölüm haqqında şəhadətnamə verilə bilməz. Həmin faktın müəyyən edilməsi üçün ona məhkəməyə müraciət etməyini məsləhət bilinmişdir. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, Ərizəçi onun əmisidir. X2 onun nənəsidir. Nənəsi rəhmətə gedəndə İmişlidə idi. Nənəsi ani anda rəhmətə getmişdir. Onlar eyni həyətdə yaşayırlar. Mərhum nənəsi X1 rayonunun Yalavac kəndində yerləşən qəbiristanlığında 06.09.2008-ci il tarixində dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, Ərizəçi onun əmisi, X2 onun nənəsidir. Nənəsi ani anda rəhmətə getmişdir. Onlar eyni həyətdə yaşayırlar. Mərhum nənəsi X1 rayonunun Yalavac kəndində yerləşən qəbiristanlığında 06.09.2008-ci il tarixində dəfn olunmuşdur. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli Rayon Qeydiyyat şöbəsinin 13.09.2021-ci il tarixli ölümün qeydə alınmasından imtina haqqında rəydən görünür ki, X2nın ölümünün qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti başçısının Rəsullu kənd inzibati ərazi idarəsi üzrə nümayəndəsinin arayışından görünür ki, İmişli mərkəzi rayon xəstəxanasına ondan ötəri ki, İmişli rayon Yalavac kənd sakini X7 06.09.2008-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, X1 rayonunun Yalavac kəndində 06.09.2021-ci il tarixində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1929-cu il tarixdə İmişli rayonunun Yalavac kəndində anadan olmuş X1 rayonunun Yalavac kəndində 06.09.2008-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1929-cu il tarixdə İmişli rayonunun Yalavac kəndində anadan olmuş X1 rayonunun Yalavac kəndində 06.09.2008-ci il tarixində vəfat etməsi faktı müəyyən edilsin. X7 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Nəsimi Rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6266/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6266/2021
08.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver