Məhkəmə qərarları › İş №2(006)-631/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-631/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-631/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000010940 saylı kredit razılaşması üzrə 12542,77 ABŞ Dolları məbləğində əsas borcu, 4635,37 ABŞ Dolları məbləğində faiz borcu və 1500 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18.678,14 ABŞ Dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulması, ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətdə olan, mərtəbəsi zirzəmi, ümumi sahəsi 36.8 m2 qeyri-yaşayış sahəsi (2 saylı gön-dəri emalatxanası) açıq hərracdan satılması, 18.678,14 ABŞ Dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-nə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətdə olan, mərtəbəsi zirzəmi, ümumi sahəsi 36.8 m2 qeyri-yaşayış sahəsinə (2 saylı gön-dəri emalatxanası) tutma yönəldilsin və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 həmin qeyri-yaşayış sahəsi boşaldılsın və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 08.05.2008-ci il tarixli 01L000001021 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin 183 (yüz səksən üç) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 26.08.2013-cü il tarixli 01R000010940 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 01.06.2015-ci il tarixli 01R000010940S saylı, 01.12.2015-ci il tarixli 01R000010940SA saylı, 19.01.2016-cı il tarixli 01R000010940SB saylı, 29.02.2016-cı il tarixli 01R000010940SC saylı, 28.11.2016cı il tarixli 01R000010940SD saylı, 01.12.2016-cı il tarixli 01R000010940SE saylı, 04.04.2017-ci il tarixli 01R000010940SF saylı, 27.10.2017-ci il tarixli 01R000Q10940SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.08.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 17099.08 ABŞ Dolları ödəmiş, onun 12900.92 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 07.08.2020-ci il tarixə 752 gün üçün hesablanmış faiz borcu 12066.85 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 07.08.2020-ci il tarixə 752 gün üçün hesablanmış cərimə 15234.61 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış 21.08.2013-cü il tarixli 01M000001578 saylı ipoteka müqaviləsi (Bakışəhərinin notariusu Ə.A.Hüseynov tərəfindən təsdiq edilib) əsasında ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətdə olan, mərtəbəsi zirzəmi, ümumi sahəsi 36.8 m2 qeyri-yaşayış sahəsi (2 saylı gön-dəri emalatxanası) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 124 №-li reyestr kitabının 11576 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətdə olan mərtəbəsi zirzəmi, ümumi sahəsi 36.8 m2 qeyri-yaşayış sahəsi (2 saylı gön-dəri emalatxanası) Cavabdeh1nm kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan Cavabdeh1 ilə iddiaçı "xxxx" QSC ilə arasında bağlanmış 08.05.2008-ci il tarixli, 01L000001021 saylı kredit xətti müqaviləsindən görünür ki, 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin 183 (yüz səksən üç) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarından olan Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 26.08.2013-cü il tarixli 01R000010940 saylı kredit razılaşmasından görünür ki, əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 (otuz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. İş materiallarından olan Cavabdeh2 ilə "xxxx" QSC arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İş materiallarından olan iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanılmış 21.08.2013-cü il tarixli 01M000001578 saylı ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən xüsusi mülkiyyətdə olan, mərtəbəsi zirzəmi, ümumi sahəsi 36.8 m2 qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 124 №-li reyestr kitabının 11576 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən xüsusi mülkiyyətdə olan mərtəbəsi zirzəmi, ümumi sahəsi 36.8 m2 qeyri-yaşayış sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarından olan “Premium Legal Services MMC tərəfindən tərtib edilmiş 19.04.2021-ci il tarixli hesabatından görünür ki, 02.11.2020-ci il tarixinə bazar qiyməti 45.000 manat, 02.11.2020-ci il tarixinə likvid qiyməti 36.000 manat, hazırkı tarixə bazar qiyməti 45.000 manat, hazırkı tarixə likvid qiyməti 36.000 manat təşkil edir. İş materiallarından olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.09.2021-ci il tarixli, 9/5744 saylı ekspert rəyindən görünür ki, 12542,77 ABŞ Dolları məbləğində əsas borcu, 4635,37 ABŞ Dolları məbləğində faiz borcu təşkil edir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə düşür. Lakin, mülki işdə cavabdehin öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 425, 427, 439, 442, 448, 462-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşısında müqavilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Belə ki, "xxxx" MMC-nin 19.04.2021-ci il tarixli hesabatında göstərilmişdir: “ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətdə olan, mərtəbəsi zirzəmi, ümumi sahəsi 36.8 m2 qeyri-yaşayış sahəsini (2 saylı gön-dəri emalatxanası) ilkin satış qiyməti 36.000 manatdır”. Məhkəmə göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, «borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər». Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, «əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir». Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir». Azərbaycan Respublikası MM-nin 307.6-cı maddəsinə əsasən, «ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır». Həmin Məcəllənin 309-cu maddəsində göstərilmişdir ki, «daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır». İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000010940 saylı kredit razılaşması üzrə 12542,77 ABŞ Dolları məbləğində əsas borcu, 4635,37 ABŞ Dolları məbləğində faiz borcu və 1500 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18.678,14 ABŞ Dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulmalı, ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətdə olan, mərtəbəsi zirzəmi, ümumi sahəsi 36.8 m2 qeyri-yaşayış sahəsini (2 saylı gön-dəri emalatxanası) ilkin satış qiyməti 36.000 manat müəyyən edilməklə açıq hərracdan satılsın, 18.678,14 ABŞ Dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-nə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulmalı, ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətdə olan, mərtəbəsi zirzəmi, ümumi sahəsi 36.8 m2 qeyri-yaşayış sahəsinə (2 saylı gön-dəri emalatxanası) tutma yönəldilsin və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 həmin qeyri-yaşayış sahəsi boşaldılsın və alıcıya təhvil verilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul vəsait müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Dövlət büdcəsinə köçürülməli, iş üzrə "xxxx" MMC tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsait müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Premium Legal Services MMC-nin (AZ65UBAZ**********0060AZN001) hesabına köçürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən Məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000010940 saylı kredit razılaşması üzrə 12542,77 ABŞ Dolları məbləğində əsas borcu, 4635,37 ABŞ Dolları məbləğində faiz borcu və 1500 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18.678,14 ABŞ Dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulsun. ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətdə olan, mərtəbəsi zirzəmi, ümumi sahəsi 36.8 m2 qeyri-yaşayış sahəsini (2 saylı gön-dəri emalatxanası) ilkin satış qiyməti 36.000 manat müəyyən edilməklə açıq hərracdan satılsın, 18.678,14 ABŞ Dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-nə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulsun. ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətdə olan, mərtəbəsi zirzəmi, ümumi sahəsi 36.8 m2 qeyri-yaşayış sahəsinə (2 saylı gön-dəri emalatxanası) tutma yönəldilsin və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 həmin qeyri-yaşayış sahəsi boşaldılsın və alıcıya təhvil verilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul vəsait müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Dövlət büdcəsinə köçürülsün. İş üzrə "xxxx" MMC tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsait müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Premium Legal Services MMC-nin (AZ65UBAZ**********0060AZN001) hesabına köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar